Bir Dəstə Gül: 2. Namaz və onun təsiri haqqında hədislər

 
Bir Dəstə Gül: 2. Namaz və onun təsiri haqqında hədislər


10. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə’ni belə şəxs ummətin yaxşı adamalrının Peyğəmbərin mərhəmət və lütfünə şamil olunduqları yerə daxil olmaz və Həzrətin ummətindən sayılmaz)”. (Mən la yəhzurul-fəqih / 1 / 206)

11. İmam Sadiq (ə) buyurur: “Əgər sizlərin birinin qapısından bir çay axsa cə o şəxs hər gün orada beş defə yuyunsa onun bədənində çirk qalarmı, Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar”. (Biharul-ənvar / 82 / 236)

12. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Vacib namaz Allah yanınıda yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir”. (Biharul-ənvar 99 / 14)

13. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməklə) heç etməyin, Həqiqətən hər kəs namazın vaxtında və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin”. (Biharul-ənvar / 83 / 14)


14. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Namazda elə halda ol ki, sanki ömrünün axrıncı namazını qlırsan (namazı son dərəcə huzuri-qəlblə qıl, e’dam hökmü verilmiş şəxsin e’damdan qabaq qıldığı son namaz kimi)”. (Biharul-ənvar / 69 / 408)

15. İmam Əmirəl-mö’minin Əli (ə) buyurur: “Əgər nmaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olunduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi”. (Təsnifu Ğurərul-hikəm / 175)

16. İmam Baqir (ə) buyurur: Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”. (Biharul-ənvar / 7 / 267)


17. İmam Sadiq (ə) buyurur: “Həqiqətən bizim şəfaətmiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrul olarlar). (Biharul-ənvar / 82 / 236)

18. İmam Məhəmməd Baqir (ə) buyurur: “Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar: Allahdan başqa heç bir mə’bud olmadğına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, oHəzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq etmək, nmaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutumaq, Allah evininin ziyarətinə-həccə getmək, Allah vəlilərinin vilayətinin iqrar etmək, Allah düşmənlərindən uzq olmaq və bütün məsedici şeylərdən çəkinmək”. (Xisal / 432)

19. İmam Əmrəl- mö’minin (ə) buyurur: “Namaz hər bir pəhrizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona iaət etməsidir”. (Nəhcül-bəlağə, kəlimati qisar / 136)


20. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyər: Ey qəbr əhli, bu gün üçün və üçün qibtə edirsiniz? Artıq axirət işinin aşkar şəkildə gördünüz?! Ölülər cavabında deyərlər: Biz mö’minlərə qibtə edirik ki, məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə vermirik. Onlar Ramaz ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimiziə!” (İrşadul-qulub / 53)

21. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey əni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsilə ilə) söndürün”. (Mustədrəkul-vəsail / 3 / 102)

22. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər tamam kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar”. (Biharul-ənvar / 82 / 202)


23. Əbu Bəsir deyir: Mən Ummu Həmidənin yanına gedib imama Cə’fər Sadiq əleyhissalamın dünyadan getməsini ona baş sağlığı verdim. O ağladı, mən də onun ağlamğına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam əleyhissalam can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərinin açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Biz hamının bir yerə toplandıqdan sonra Həzrət onlara baxıb buyurdu: “Həqiqətən bizim şəfaətimiz amazı yüngül sayanlara çatmaz”. (Vəsailuş-şiə / 4 / 26)

24. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Haram yeməklə birlikdə olunan ibadət , (narın) qumlar üstündə tikilən binaya oxşayır”. (Biharul-ənvar 84 / 258)

25. Rəsuli-əkrəm (s.a.a.) buyurur: Mö’minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalrından ehtiyacsız olmaqdır”. (Biharul-ənvar / 77 / 120)


26. İmam Əmirəl-mö’minin (ə) buyurur: “Hər kəs gecə çox yatsa (yəni gecə namazı qılmasa) , elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz”. (Ğurərul-hikəm / 289)

27. İmam Sadiq (ə) buyurur: “Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun”. (Biharul-ənvar / 83 / 127)

28. İmam Sadiq (ə) buyurur: “Rəsuli-əkrəm (s.a.a.) Cəbrailə dedi: Mənə nəsihət et. Cəbrail dedi: Ey Məhəmməd, nə qədər istəsən yaşa, onsuz da axırda öləcəksən; hər nəyi istəsən sev, onsuz da onlardan ayrılacaqsan; hər nə istəyirsən əml et, onsuz da onları görəcəksən. Mö’mininin şərəfi gecə namazında, izzəti isə cammatın namus-qeyrətiə toxunmamaqdır”. (Xisal / 72)

29. İmam Sadiq (ə) buyurur: “Üç şey mö’minin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axrında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.a.a.) övladlarından olan İmamın vilayətini qəbul etmək”. (Biharul-ənvar / 75 / 107)

Bir Dəstə Gül: 2. Namaz və onun təsiri haqqında hədislər


Geri dön

✰GoLd GirL✰

  • 13 may 2012 15:49
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
Allah komeyiniz olsun.........

✰GlaMurKa✰

  • 13 may 2012 15:31
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 13 may 2012 14:23
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
21. Rəsuli-əkrəm (s.a.a.) buyurur: “Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey əni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsilə ilə) söndürün”. (Mustədrəkul-vəsail / 3 / 102)

--------------------

ELIF

  • 13 may 2012 12:46
  • Məqalə: 0
  • Şərh: 340
  • Bal:
{awards}
Allahim meni namazdan ayirma. Amin

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

FLY TİME

  • 13 may 2012 11:58
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
deyerli xebere gore tesekkurler,,,,,,,,,,,

L115A1

  • 13 may 2012 11:43
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
{awards}
Bilirsiz sevgi ve ya bawqa movzulara werh yazib dini movzulara werh yazmiyanda adam nese pis hiss edir ozun. ama burada yazmaga werh tapa bilmirem recourse

--------------------

✰Dгeaм✰

  • 13 may 2012 11:38
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun...

LoVe_LiFe

  • 13 may 2012 11:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 56
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}