Səni sevəcəyəm mən

 
Səni sevəcəyəm mən


Səni sevəcəyəm mən...

Bu sevda əbədidir, ey ucaruh dilbərim
Göylərin boşluğuna, çilənər zərrələrim
Səni arar dodağım, qırıq-qırıq əllərim

Özgürlüyüm sarğındır, o ruhda, o bədəndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Bu sevdanın yolunda, əgər belim bükülsə
Ayrılıq əlləriylə, sevən qəlbim sökülsə
Ruhuma umudsuzluq, saçıma qar tökülsə

Mənim məhəbbətimə, biganə qalsan sən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Səni sevdim gözəl qız, xəyallarım duruldu
Ürəyimdə sevdadan, yeni dünya quruldu
Mənim könlüm sevməkdən, nə durdu, nə yoruldu

Bu mehriban diyarda, bu sevimli vətəndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Mən bu ulu sevginin əvət əsiri oldum
Sevdalı əsarətdə, özgürlüyümü buldum
Eşqin iradəsiylə doğru yola qoyuldum

Mən bu yoldan bezmərəm, yolun köku sinəmdə
Səni sevəcəyəm mən, sən məni sevməsən də

*

Məhəbbəti könlümdə, selləndirər bu sevda
Ürəyimin tellərin, dilləndirər bu sevda
Məndə yeni duyğular, gülləndirər bu sevda

Məhəbbətin önündə, səcdəyə gəldim mən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də

*

Mənim nəm nəfəslərim, tellərini titrədər
Sənin qara gözlərin, gecəmə ulduz ələr
Qoy gözlərim kor olsun, mən səndən dönsəm əgər

Mənim sevgi naməmi sən yellərə versən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Qəlbimi ayağının altına atsan da sən
Yenə də bu sevdadan bir an əl üzmərəm mən
Nəfəsindən ömrümə, yayılsa da duman çən

Sərgərdan qalar olsam, bu dumanda bu çəndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də

*

Həsrətində titrəyən, mənim yazıq ürəyim
Ayrılıq əlləriylə qazıq-qazıq ürəyim
Sənsizcə öz içində olmuş azıq üreyim

Ruhuma əmr eyləyən bir sevgi vardı məndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Qovuşmadan ölərsəm, qəbrim üstə gələrsən
Həsrətindən can verən, aşiqini dilərsən
Məzarımdan yüksələn, tüstüləri görərsən

Bu eşqin alovundan, od tutacaq kəfən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də

*

Yanağından opduyum, ləzzətlər itməyəcək
Torpağın altında da tənimdən getməyəcək
Məzarımın üstündə lalə olub bitəcək

Bir şərqi səslənəcək yaz yelləri əsəndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Bizim sönməz eşqimiz, torpaqda tutmaz qərar
Uzayların bağrında, yüksəlib də barınar
Nur olub,yağmur olub, göylərdən yerə yağar

Yağmur şərqisi söylər; dağ da, çöl də, çəmən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də


Geri dön

::..ONSLAUGHT::..

  • 12 mart 2011 16:32
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekkur edirem ela seirdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 4 mart 2011 17:55
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gözəl şeirə görə çox sağol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 7 noyabr 2010 14:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super

Yusif

  • 7 noyabr 2010 11:01
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrr

sevgi yalandir

  • 7 noyabr 2010 01:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
superdii twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi yalandir

  • 6 noyabr 2010 23:50
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Həsrətində titrəyən, mənim yazıq ürəyim
Ayrılıq əlləriylə qazıq-qazıq ürəyim
Sənsizcə öz içində olmuş azıq üreyim

Ruhuma əmr eyləyən bir sevgi vardı məndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Qovuşmadan ölərsəm, qəbrim üstə gələrsən
Həsrətindən can verən, aşiqini dilərsən
Məzarımdan yüksələn, tüstüləri görərsən

Bu eşqin alovundan, od tutacaq kəfən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də

*

Yanağından opduyum, ləzzətlər itməyəcək
Torpağın altında da tənimdən getməyəcək
Məzarımın üstündə lalə olub bitəcək

Bir şərqi səslənəcək yaz yelləri əsəndə
Səni sevəcəyəm mən, sən məni sevməsən də.

*

Bizim sönməz eşqimiz, torpaqda tutmaz qərar
Uzayların bağrında, yüksəlib də barınar
Nur olub,yağmur olub, göylərdən yerə yağar

Yağmur şərqisi söylər; dağ da, çöl də, çəmən də
Səni sevəcəyəm mən, sən məni sevməsən də

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}