110 ayə işığında Hz. Əli (ə): 51-60 ayələr

 
110 ayə işığında Hz. Əli (ə): 51-60 ayələr


51. “Allah hər kimi istəsə (və ya Allah hər kimə ki, zəlaləti istəsə onu) zəlalətdə (azğınlıqda) buraxar və hər kimi istəsə (və ya kim doğru yol istəsə) doğru yol üstündə sabit (möhkəm) edər” (Ənam, ayə 39).
“Və onları seçdik (qəbul etdik) və doğru yola hidayət etdik (yönəltdik, saldıq)“ (Ənam, ayə 87).
Hakim Həskaninin rəvayətinə görə bu 2 ayədəki ”Siratun mustəqim”, yəni doğru yol dedikdə məqsəd İmam Əlidir (ə.). İmam Baqir (ə.) bu ayənin təfsirində buyurdu: Allahın işarə etdiyi yol (siratun mustəqim) Ali-Muhəmmədin (ə.) yoludur. (“Şəvahidut - tənzil” c.1, səh.59-61)

52. “De ki: tutarlı dəlil (yəni bu dəlili göstərmək) Allaha məxsusdur. Əgər Allah istəsəydi sizin hamınızı mütləq doğru yola yönəldərdi” (Ənam, ayə 59).
Məğazili Ənəsin bu ayənin təfsirində belə dediyini nəql etmişdir: Peyğəmbərin (s.a.v.v.) yanindaydıq. Peyğəmbər (s.a.v.v.) Əli ibni Əbi-Talibi (ə.) görüb dedi: “ Mən və Əli (ə.) Qiyamət günündə bu ümmətin üzərinə dəlil və höccətik”. (“Mənaqib“ İbni Məğazili, səh.40-197
Ali-Muhəmmədin (ə.) dünyada və Qiyamət günündə Allahın bu ümmət üzərinə höccət və dəlil olaraq göndərildiyini dəstəkləyən hədislər çoxdur .
1) Suyuti “Məğtul-hadis“: səh. 19;
2) Təbəri “Zəxairul-uqba“: səh. 77;
3) Təbəri “Riyazun-nəzirə“: c. 2 , səh. 193;
4) Xətib Bağdadi “Tarixi – Bağdad“: c. 2 , səh. 88;
5) Xarəzmi “Mənaqib“: səh. 228.


53. “ Ata-ananıza ehsan (yaxşılıq ) edin”. (Ənam, ayə 151)
Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Uca Allah mənə itaət etməyinizi, mənə qarşı çıxmamağınızı və əmrimə tabe olmanızı vacib etdi. Mənə tabe olmanızı vacib etdiyi kimi məndən sonra Əli ibni Əbi-Talibə (ə.) itaət etməyinizi vacib etdi. Mənə qarşı çıxmağınızı qadağan etdiyi kimi Əli ibni Əbi-Talibə (ə.) qarşı çıxmağınızı qadağan etmişdir. Əli məndəndir, mən də Əlidənəm. Əlini sevmək iman, Əliyə buğz etmək (nifrət etmək) küfrdür. Onu sevən məni sevmişdir, ona buğz (nifrət) edən mənə buğz etmişdir. Mən hər kimin mövlasıyamsa (hökmdarıyamsa) Əli də onun mövlasıdır. Mən bütün müsəlmanların mövlasıyam. Mən və o (yəni Əli (ə.)) ümmətin atasıyıq. (“Mənaqib Miətu Mənaqib“, nömrə 22, səh.15)
Məğazili deyir: Peyğəmbər (s.a.v.v.) buyurdu: “Əlinin müsəlmanlar üzərindəki haqqı atanın övladlar üzərində olan haqqı kimidir”.
1) İbn Məğazili “Mənaqib” səh. 48;
2) Zəhəbi “Mizanul-itidal“ c.2, səh. 313;
3) Əsqalani “ Lisanul-mizan “ c.4, səh.399;
4) Xarəzmi “ Mənaqib-Xarəzmi “ səh. 23-219.


54 “İblis (l.ə.) dedi: “Sən məni rəhmətindən qovduğuna görə mən də (Adəm övladlarını) azdırmaq üçün sənin doğru yolunun üstündə duracağam”. (Əraf, ayə 16)
Hakim Həskaninin nəql etdiyi bir rəvayətə görə Peyğəmbər (s.a.v.v.) bu ayənin təfsirində belə buyurdu: “Bu ayədə “sənin doğru yolun” (siratun mustəqim) dediyi yol Əli ibni Əbi-Talibin (ə) yoludur”. (“Şəvahidut-tənzil“ c.1, səh.200)

55. “Möminlər deyərlər: Bizi buraya (Cənnətə) hidayət edən Allaha həmd olsun. Əgər Allah bizi hidayət etməsəydi biz (özlüyündə) hidayət tapa bilməzdik”. (Əraf, ayə 43)
Əllamə Kabbisi Təbəridən belə nəql edir: Peyğəmbər (s.a.v.v.) “Qədir-Xum” günü xütbəsində belə buyurdu: “Ey insanlar!!! Sizə dediyim kimi möminlərin əmiri olan Əli ibni Əbi-Talibi (ə.) təbrik edin və belə deyin: “(möminlər) deyərlər ki, həmd olsun Allaha ki bizi hidayət etdi. Əgər etməsəydi hidayət tapa bilməzdik“ (Əraf, ayə 43). Uca Allah bütün deyilənləri və nəfsində (qəlbində) xainlik olanları bilir. (“ Şəvahidut-tənzil “ c.1, səh.156; “Kitab Mazar Tarix” c.3, səh.156)

56. ”Əraf üzərində kişilər vardır ki, hamını üzlərindən tanıyarlar” (Əraf, ayə 46 ).
İbni Həcər adlı alim Sələbi adlı alimin “Təfsir”-indən İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət edir: “Əraf sirat körpüsünün üstündə olan yüksək bir dağdır. O dağın üstündə Abbas, Həmzə, Əli ibni Əbi-Talib və Cəfəri-Təyyar dururlar. Onları sevənləri (dostlarını) üzlərinin ağlığından (nurundan) və öz düşmənlərini (nifrət edənləri) isə üzlərinin qara olmasından tanıyarlar“. (“Səvaiqul- muhriqə” səh.101)

57. “Əraf əhli üzlərindən tanıdıqları insanları səsləyib deyərlər: Cəm etdikləriniz (mal-dövlət ) və təkəbbürlüyünüz sizə bir fayda vermədi“ (Əraf, ayə 48).
Qunduzi adlı alimin rəvayətinə görə Salman Farsi belə demişdir: Peyğəmbərin (s.a.v.v.) İmam Əli ibni Əbi-Talibə (ə.) belə buyurduğunu eşitdim: “Ey Əli! sən və sənin vəsilərin (yəni 11 məsum imamlar) cənnətlə cəhənnəm arasında olan Əraf əhlisiniz. Sizi tanıyanlar və sizin tanıdığınız (vilayəti qəbul edənlər) cənnətə girə biləcək və cəhənnəmə də ancaq sizi inkar edənlər və sizin inkar etdikləriniz girəcəkdir. (“Yənabiul-məvəddə“ səh.452; “Şəvahidut-tənzil“ c.1 , səh. 199)

58. “Hittə (yəni səcdə edən halda qapıdan daxil olaraq İlahi! bizim günahlarımızı bağışla.) deyin ki, biz də sizin günahlarınızı bağışlayarıq və tezliklə yaxşılıq edənlərin (savabını) artırarıq“ (Əraf, ayə 161).
Heysəmi adlı alimin rəvayətinə görə Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Əhli-beytimin (ə.) sizin aranızda məsəli İsrail övladlarının Hittə qapısı (səlamətlik qapısı) məsəli kimidir. Kim o qapıdan daxil olarsa Allah onu bağışlayar. (“Məcməuz-zəvaid” c.9, səh.153)
Muttəqi Hindi adlı alimin rəvayətinə görə Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Əli ibni Əbi-Talib (ə) Hittə qapısıdır. Kim o qapıdan daxil olarsa (yəni kim o qapıdan girərsə) mömin olar və kim də o qapıdan çıxarsa kafir olar (yəni kim o qapıya daxil olmaqdan imtina edərsə) kafir olar“. (“Kənzul-ummal“ c.6, səh.153)
Bu hədisi bir çox Əhli-sünnə alimləri nəql etmişlər:
1) Suyuti “Əl-qavlul cəlil“ hədis 39;
2) Şeyx Muhəmməd Derulşi ”Əsnal Mətalib“ səh.141, Misir çapı;
3) Əllamə Hindi “Mənaqib” səh.38;
4) İbrahim ibni Əbdullah Rişabı “Əsnal Mətalib“ 18-ci babın sonu.


59. “(Yad et) bir zaman Rəbbin Adəm övladından, onların bellərindən (gələcək) nəsillərini çıxardıb, özlərini şahid tutub dedi: Məgər mən sizin Rəbbiniz deyiləmmi? Onlar dedilər: Bəli, buna şahidik. Bu Qiyamət günündə: “bizim bundan xəbərimiz yoxdur“ deməməyiniz üçündür“ (Əraf, ayə 172).
Bəzi Əhli-sünnə alimləri bu ayənin təfsirində belə rəvayət etmişlər: Peyğəmbər (s.a.v.v.) belə buyurmuşdur: “İnsanlar İmam Əlinin (ə) nə zamandan bəri möminlərin əmiri sifətini aldığını bilsəydilər, onun fəzilətlərini inkar etməzdilər. İmam Əli (ə) möminlərin əmiri sifətini alan zaman Adəm (ə) ruh və cəsəd arasında idi (yəni həyata gəlməmişdi). Uca Allah kitabında belə buyurur: (sonra yuxarıdakı ayəni oxuyur). (Əllamə Deyləmi “Dəlilus-sidq”; Məğazili “Mənaqib” səh. 271-272)

60. “Allah hər kimi hidayə etsə o hidayətdədir və hər kimi azdırsa (və ya hər kim azsa) onlar ziyana düşənlərdir”(Əraf, ayə 178).
Suleyman Qunduzi adlı alimin rəvayətinə görə İmam Əli (ə) öz xütbələrinin birində belə buyurdu: “Mənəm hadi (yəni hidayət edən) və mənəm doğru yola yönəldən (və ya doğru yolda olan)“. (“Yənabiul məvəddə” səh.495)

110 ayə işığında Hz. Əli (ə): 51-60 ayələr


Geri dön

✰GoLd GirL✰

  • 13 may 2012 15:35
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
Allah komeyiniz olsun..........

✰GlaMurKa✰

  • 13 may 2012 15:22
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

pionist

  • 13 may 2012 14:38
  • Məqalə: 2
  • Şərh: 399
  • Bal:
{awards}
tesekkurler

--------------------
Heyat aci sokalata benzeyir
Aciligini hiss etsen de hevesle yeyirsen

enigmatic_girl

  • 13 may 2012 14:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 13 may 2012 13:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli meqaleye gore ALLAH RAZI OLSUN

✰Dгeaм✰

  • 13 may 2012 13:23
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.Gozel,deyerli ve menali yazidi.

...BARSA FANATI....

  • 13 may 2012 13:21
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Tesekkurler...!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}