London Haqqında Nə bilirik?

 
London Haqqında Nə bilirik?

London
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur.
Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur.

Adın mənşəyi
London sözü qədim Roma mənşəli olub latın dilindəki Londinium sözündən götürülmüşdür. Lakin, London sözünün mənşəyi haqqında müxtəlif fikirlər də mövcuddur ki, bunlardan dördü daha diqqətə layiqdir:
Latın mənşəli oub, "Lond" sözündən götürülmüşdür ki, bu da "Xam ( əl dəyməmiş ) yer" mənasını verir.
Kelt mənşəli olub, iki sözdən: "Llyn" (göl) və "Dun" (bənd, dayaq): keltlərin zamanında şəhər "Llyndid" adlandırılmışdır.
Qədim Avropa mənşəli Plowonida sözündən əmələ gəlmiş və "daşıb-tökülən çay" mənasını daşıyır.
Latın mənşəli olub şəxs adından götürülmüşdür və "qüdrətli" deməkdir.

Qeyri-rəsmi adı

İngilislər çox vaxt Londonu The Big Smoke (The Great Smog) adlandırırlar ki, mənası "Nəhəng tüstü" deməkdir. Bu da əlbəttə XIX-XX əsrlərdə Londonun sənaye müəssisələrinin tüstüsü ilə əlaqədardır. Digər qeyri-rəsmi adı isə The Great Wendir. "Wen" – qədim ingilis sözü olub "çiban" (furunkul) deməkdir ki, bu da həddən artıq məskunlaşmış şəhər olmasına işarədir.

İnzibati bölgüsü
Londonun paytaxt kimi tarixi iki min ildir.O əvvəlcə Roma Britaniyasının, sonralar İngiltərə və Böyük Britaniya krallığının əsas şəhəri olub. Bütün ingilis və Britaniya kralları əsas etibarilə ölkəni Londondan idarə etmişlər. Hal-hazırda da bütün hakimiyyət orqanları paytaxt Londonun Vestminster sahəsində yerləşir.

Mühafizəkar Boris Conson Londonun hazırkı meridir (5 may 2008-ci ildən). Əvvəlki mer leyborist Ken Livinqston iki müddətə bu vəzifəyə seçilmişdi. London Britaniya parlamentinin İcmalar palatasında 74 deputatla (44 leyborist, 21 mühafizəkar, 8 liberal-demokrat və 1 RESPECT partiyasının üzvü) təmsil olunmuşdur.

Şəhər çox mürəkkəb idarəetmə strukturuna, şəhər və bələdiyyə idarələrinə malikdir. Şəhər idarəsi – Böyük London Admnistrasiyası (ing. Great London Authority, ixtisarla GLA) strateji lahiyələrin hazırlanmasına, şəhərin iqtisadi inkişafına, polisə, yanğın xidmətinə və nəqliyyata, bələdiyyələr isə yerli layihələrə, məktəb, sosial xidmətə cavabdehdir.

Böyük London Admnistrasiyası iki hissədən: icra hakimiyyətini yerinə yetirən merdən və onun səlahiyyətlərini məhdudlaşdırmaq, şəhər büdcəsini təsdiq etmək hüquqlarına malik olan London şəhər assambleyasından ibarətdir.

London boro (ing. borough) adlandırılan 32 bələdiyyə rayonunu və orta əsr idarəçilik ənənəsinə sadiq idarə strukturuna malik olan Sitini özündə birləşdirir. Siti dünyada beynəlxalq valyuta hesablaşmalarının ən böyük mərkəzlərindən biridir. Bu əməliyyatlar və əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş və dünyanın ən varlı şəhərlərindən birinə çevrilmişdir.

Əhalisi
Hələ eramızın 140-cı ilində Londonda 30 000, 1300-cü ildə 100 000 və 1801-ci ildə 1 milyon əhali yaşamışdır. 1825-1925-ci illərdə London dünyanın əhalisinə görə ən böyük şəhəri olmuşdur. 2001-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 7 172 091 nəfərdir.
Ənənəvi olaraq London müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı bir şəhərdir. XX əsrin əvvəllərində Londona irlandlar, polyaklar, italyanlar, şərqi Avropa yəhudiləri, eləcə də keçmiş müstəmləkə ölkələrindən (Hindistan, Pakistan, Şri-Lanka və Banqladeş) çox sayda mühacir gəlmişdir.

Dini tərkibi
2001-ci il siyahıyaalmasına görə[4]:
58,2% xristian
8,5% müsəlman
4,1% indus
2,1% yəhudi
1,5% sikx
0,8% buddist
0,5% digər dinlər
15,8% ateist
8,7% naməlum

Xristianların əksəriyyəti Anqlikan kilsəsi (ing. Church of England) icmasına aiddirlər. Yepiskopun iqamətgahı baş kilsə sayılan Müqəddəs Pavel kafedral kilsəsidir (ing. Saint Paul’s Cathedral).
Vestminster kafedralı (ing. Westminster Cathedral) İngiltərə və Uelsin baş katolik kilsəsi sayılır. İngiltərə kral evinin protestantlığı qəbul etməsindən sonra uzun əsrlər boyu Londonda katolik kilsəsi olmamışdır. XIX əsrdən etibarən yenidən katolik icması bərpa olunmuşdur. Digər xristian dini icmalarına Birləşmiş reformist kilsə, kvaker və ortodoks kilsəsi aiddir.
London əsasən Böyük Britaniyanın İslam mərkəzi sayılır. Böyük Britaniya müsəlmanlarının 38%-i, təxminən 1 milyon müsəlman Londonda yaşayır. Mərkəzi London məscidi (ing. London Central Mosque) şəhərin ən böyük məscidi sayılır.

Paytaxt London
Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi "Barbiken" göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar – Vestminster sarayı, Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğu Pikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı – Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.

Muzeylər və beşulduzlu hotellər
Müharibədən sonra aparılan quruculuq işləri İngiltərə paytaxtının klassik görkəminin müəyyən dərəcədə itirilməsinə səbəb oldu. Buna baxmayaraq, elm və maarifin mərkəzi sayılan London ölkənin mədəni həyatında böyük rol oynayırdı. Burada London Kral Cəmiyyəti (1660), Universitet (1836), Britaniya akademiyası (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərir. Salamat qalmış muzeylər və təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir. Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur "Old-Bik" teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı – "Röyal – Festival – Holl" yerləşir. London 1908-ci ildə IV və 1948-ci ildə XIV Olimpiya oyunlarına ev sahibliyi edib. İndi isə 2012-ci ildə keçiriləcək möhtəşəm Olimpiya oyunlarının hazırlığı ilə məşğuldur. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri və tarixi abidələr toplanıb; Müqədds Pavel məbədi, Manşen-Xaus (şəhər bələdiyyəsinin iqamətgahı), Giild-holl (Ratuşa), Tauer və Böyük yanğının (1661) qurbanlarının xatirəsinə ucaldılmış 61 metr hündürlüyü olan monumental abidə. Burada XVII və XVIII əsrlərdə tikilmiş kilsələrə rast gəlmək olar. Keçmiş London həbsxanasında hazırda işgəncələr muzeyi yerləşir. Tauerdə Britaniya tacına məxsus xəzinə saxlanılır. Trafalqar meydanında admiral Nelsonun şərəfinə heykəl qoyulub. Onun yaxınlığında Milli şəkil qalereyası və Britaniya Admirallığının binası yerləşir. Qeyd etmək lazımdır ki, Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem sarayı və Parlament meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsidir. Ondan bir qədər aralıda Britaniya Krallığının tacqoyma mərasiminin keçirildiyi yer – Vestminster abbatlığı seyrçilərdə gözəl təəssürat yaradır. Burada görkəmli dövlət xadimləri, yazıçı və alimlər dəfn olunublar. Abbatlığın yaxınlığında Parlamentin rəsmi kilsəsi hesab edilən Sent-Marqaret dövlət xadimlərinə xidmət göstərir. Göründüyü kimi, London mədəniyyət ocaqlarının və tarixi abidələrin sayına görə, bəlkə də dünyada ən zəngin şəhərdir. Viktoriya və Albert muzeyi, elm və təbiətşünaslıq muzeyləri və Kral coğrafiya cəmiyyətinə gələnlər çox böyük təəssüratla buradan gedirlər. "Olimpiya" sərgi zalı və Qrinviç sarayı həm yerli tamaşaçıları, həm də xarici qonaqları öz möhtəşəmliyi ilə valeh edir. Qeyd edək ki, bu, mədəniyyət ocaqlarının tam siyahısı deyil.

London həm də sənaye mərkəzidir
London şəhəri, eyni zamanda, ölkənin iri sənaye mərkəzidir. Burada elektrotexnika, radioelektronika, maşınqayırma, avia, avto, cihazqayırma, gəmi təmiri zavodları, telefon və radioaparatlar və digər sənaye məhsulları istehsal edən müasir texnologiyaya malik çoxsaylı müəssisələr var. Bunlardan əlavə, kağız, poliqrafiya, tütün, ərzaq, toxuculuq, kimya və mebel sənayesi çox inkişaf edib. Avropada ən qədim metro Londonda 1863-cü ildən işləməyə başlayıb. Paytaxt əhalisinin məişət və ticarətinin daha səliqəli və abadlaşmış ərazisi Uest-End hesab olunur. Azərbaycanın turizm həvəskarları yəqin ki, dünyanın möhtəşəm şəhərlərindən biri olan Londona qiyabi olaraq "Oralar" teleserialı vasitəsi ilə səyahət ediblər. Şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin turistləri də İngiltərənin paytaxtı Londona səyahət edib, əyani surətdə onunla tanış olmaq imkanı əldə edəcəklər.

Nəqliyyat
London 5 hava limanına malikdir.
Hisrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) – 4 terminala, illik 75 million sərnişin daşıma gücünə malikdir. (1930)
Qetvik – Londondan 45 km cənubda yerləşir, 2 şimal və cənub terminallarına, illik 40 million sərnişin daşıma gücünə malikdir (1958)
Stansted – Londondan 55 km şimalda, Esseks qraflığında yerləşir, əsasən Avropa istiqamətində uçuşlar həyata keçirilir. (1942)
Luton – Londondan 50 km şimal-qərbdə yerləşir, əsasən Avropa istiqamətində uçuşlar həyata keçirilir. (16 İyul 1938)
London siti – çarter biznes reyslərinə xidmət edir.(5 noyabr 1987)

Dəmir yolu
Şəhər hələ XIX əsrdə tikilmiş bir neçə vağzala malikdir.
Vaterloo – cənub-qərb qraflığı istiqamətində hərəkət edən qatarlara xidmət edir.
Viktoriya – ətraf qraflıqlar istiqamətində hərəkət edən qatarlara xidmət edir.
Paddinqton – qərb qraflığı və Uels istiqamətlərində hərəkət edən qatarlara xidmət edir.
Sent Pankras – Avropa istiqamətində hərəkət edən qatarlara xidmət edir.
Kinqs Kross – Şotl
andiya istiqamətində hərəkət edən qatarlara xidmət edir.


Geri dön

..:MeleK kiz:..

  • 14 may 2012 17:19
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
kaw sekilleride olardi

AysU_DilarE

  • 13 may 2012 22:11
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
en cox getmek isdediyim yer inwallah gedecem qismet olsa twkler

--------------------

Priya

  • 13 may 2012 19:26
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Aaaaaaaaah...Keşke, getmə imkanım olsaydı.Təşəkkür.

--------------------




VIPTOZ

  • 13 may 2012 18:37
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
ekser gozel,gezmeli sehrler sirsinda londonunda adini demek olar.sekillerde yox heqiqeten gezib gormek isterem tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

enigmatic_girl

  • 13 may 2012 18:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ooooo ne coxdu))

--------------------

Dalga

  • 13 may 2012 17:33
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Gozel weherlerden biridir Melumat ucun tewekkur edirem

--------------------

:(

  • 13 may 2012 16:57
  • Məqalə: 0
  • Şərh: 536
  • Bal:
{awards}
[center][/center]COOOOX MARAQLI IDI TWK

--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

LoVe_LiFe

  • 13 may 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox gozel seherdirr coox beyeniremmm insallah getmek nesib olar. mulumatlara gore coox sagolun bilmirdim coxunuu)))

✰GoLd GirL✰

  • 13 may 2012 16:47
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox gozel seherdir......beyenirem........tesekkurler........

nurlana77

  • 13 may 2012 16:43
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
maraqli xeberdir. twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

✰GlaMurKa✰

  • 13 may 2012 16:42
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
bilirem london haqqinda tesekurler canim

Miss Glamour

  • 13 may 2012 16:17
  • Məqalə: 4
  • Şərh: 65
  • Bal:
{awards}
Hemise ora getmek istemisem

--------------------
Miss Glamour

✰Dгeaм✰

  • 13 may 2012 16:11
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hemise ora getmek istemisem.InsAllah gederem.Melumat verdiyin ucun cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}