Franz Kafka - Aforizmlər

 
Franz Kafka - Aforizmlər

Bu aforizmləri Frans Kafka 1917-1920-ci illər ərzində yazıb. Təəssüf ki, digər yazıları kimi bu aforizmlər də yarımçıq qalıb. Aforizmləri yazdığı dövr F. Kafka ömrünün ən ağır, çətin günləri hesab olunur. Çünki o vaxt F. Kafka təzəcə vərəm olduğunu öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda, uzun illər işlədiyi Siğorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideynləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xususi bir diqqətlə aforizmləri yazmağı sübut edir ki, o bu yazıları çap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız dostu Brod olmasaydı, onun aforizmləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun “xəyanətini” alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: “Brod dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın...”

Aforizmlər

Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.

***

Şəhvani eşq ilahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça ilahi eşq olduğuna görə də eləyə bilər.

***

Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür.

***

Ölüm sinif divarından asılmış “İsgəndər müharibəsi” kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.

***

Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.

***

Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.

***

Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.

***

Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.

***

Dünya ilə öz müharibən vaxtı dünyanın tərəfində ol.

***

Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.

***

İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməllikdir yəni hərəkətsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir.

***

İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəlik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular tənbəl olduqlarına görə, qayıda bilmirlər. Amma bəlkə də əsas bir günahı var insanların: Səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbrsizlyə görə də qayıda bilmirlər.

***

Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.
***

Qəfəslərin biri quş axtarmağa gedib.

***

Ayaq basdığın yerin ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.

***

Müsbət hərəkət eləməyi bizdən xahiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.

***

Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünki göy üzü qarğaların yoxluğu deməkdir.

***

Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.

***

İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.


Geri dön

✰GlaMurKa✰

  • 2 iyun 2012 01:26
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.

enigmatic_girl

  • 16 may 2012 23:50
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.

--------------------

EnD of TiMe

  • 13 may 2012 19:13
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
aforizmleri cox sevirem..tesekkurler

enigmatic_girl

  • 13 may 2012 18:52
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Ölüm sinif divarından asılmış “İsgəndər müharibəsi” kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.

--------------------

Deniz

  • 13 may 2012 18:13
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Xosuma geldi, aforizmleri sevirem....ellerinize saglik winked

LoVe_LiFe

  • 13 may 2012 16:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür.


COX SAGOLUN MARAQLI MEQALEYE GOREE))

✰GlaMurKa✰

  • 13 may 2012 16:37
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.

nurlana77

  • 13 may 2012 16:34
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.
qewey sozlercun twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Zumka

  • 13 may 2012 16:23
  • Məqalə: 2
  • Şərh: 124
  • Bal:
{awards}
budünya üçün qonşularla savaşmaq gülüncdür.tek bu aforizmi beyendim twkbb

--------------------
Bir gecə səssizscə olmuşdum aşkar,
Səssiz yox oluram,ey sevgili yar.
Ağlama,burada qəribə nə var??
Necə gəlmişdimsə,elə gedirəm.

P.S Xeyanete wahid olduqca elinden opurem yalnizligimin... :(

✰Dгeaм✰

  • 13 may 2012 16:19
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Maraqli cumlelerdi.Ellerine sagliq.

Miss Glamour

  • 13 may 2012 16:19
  • Məqalə: 4
  • Şərh: 61
  • Bal:
{awards}
Cox beyenmedim

--------------------
Miss Glamour
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 61

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}