Quranda qadına verilən əhəmiyyət

 
Quranda qadına verilən əhəmiyyət

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Bəzi insanlar İslamda qadına nə qədər böyük əhəmiyyət verildiyindən xəbərsizdirlər. Quran haqqında yetərli məlumata sahib olmayan bu insanlar, hətta qadınların özləri belə bu gerçəyi bilmədikləri üçün haqlarını cahiliyyə əxlaqındakı yanlış üsul və tətbiqlərlə qorumağa çalışırlar. Hazırda dünyadakı qadın cəmiyyətlərinə baxdığımızda bu həqiqət çox açıq şəkildə ortaya çıxır. Dünyanın bir çox ölkəsində şiddətə və pis münasibətə məruz qalan, işsiz, yardıma möhtac, yaşlılar evində tərk edilmiş çox qadın var və onların bu vəziyyətlərinə hələ çarə tapılmayıb. Məsələnin həlli yolları isə səhv yerlərdə axtarılır. Cahiliyyə sistemi içərisində, cahiliyyə məntiqi və cahiliyyə qaydalarını əsas götürərək tapılacaq çarələr, izləniləcək yollar insanları bir nəticəyə çatdırmaz.

Allah Quranın “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.” (Muminun Surəsi, 71) ayəsi ilə bu həqiqətə diqqət çəkmişdir. İnsanlar həyatlarını özlərinin təyin etdiklərini düşünüb həyatlarını səhvlər üzərinə qurduqları zaman nəticə mütləq hüsran olacaq. Yer üzündəki hər şey pozulacaq.

Cahiliyyə cəmiyyətlərində insanların çətinlik içərisində yaşadıqlarını gördükləri halda bu vəziyyətə bir çıxış yolu tapa bilməmələri də işə cahiliyyə inanclarına görə yanaşmaqdakı israrlarından, özlərini rifaha çıxaracaq yoldan bilə-bilə üz çevirmələrindən qaynaqlanır.

Tək çarə hər mövzuda olduğu kimi yalnız Qurandadır. Allah Quranla insanlara ən rahat, ən sakit və ən gözəl şəkildə yaşaya biləcəkləri sistemi təqdim etmişdir. İnsanlara xeyir və qazanc təmin edəcək, onları doğru yola çatdıracaq olan yeganə yol Allahın yoludur. Allah Quranla insanlara ‘şan və şərəflərinin gətirildiyini’ bildirir. İslam əxlaqına tabe olan, Allahın Quranda bildirdiyi yolu izləyən insanlar hər mövzuda rifaha çatırlar.

Qadınların məruz qaldıqları bütün çətinliklərin tək çarəsi də yenə Qurandadır. Allahın insanlar üçün hidayət rəhbəri olaraq endirdiyi İslam dini qadına böyük dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqlarını qorumuş, cahiliyyə cəmiyyətlərində qadınlara aid olan səhv dünyagörüşünü aradan qaldırmış, qadına cəmiyyət içərisində hörmətli yer qazandırmışdır. Rəbbimiz Quran ayələriylə insanlara Allah Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bildirmişdir.

Allah qadınların cəmiyyət içərisində qorunmalarını, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınacaq tədbirləri Quran ayələri ilə bizlərə bildirmişdir. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inancında olan insanların səhvlərini ortadan qaldırmışdır.


Geri dön

✰GlaMurKa✰

  • 13 may 2012 23:16
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Sitat: EnD of TiMe
Allah razi olsun...qadina verilen deyer cox boyukdur..tesekkurler

nurlana77

  • 13 may 2012 22:51
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
Allah razi olsun twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

EnD of TiMe

  • 13 may 2012 21:37
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah razi olsun...qadina verilen deyer cox boyukdur..tesekkurler

oliviya

  • 13 may 2012 21:33
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
tsk gozel movzudu oxudum

_favorit_arkadas

  • 13 may 2012 21:22
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun....

--------------------

enigmatic_girl

  • 13 may 2012 21:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Cahiliyyə cəmiyyətlərində insanların çətinlik içərisində yaşadıqlarını gördükləri halda bu vəziyyətə bir çıxış yolu tapa bilməmələri də işə cahiliyyə inanclarına görə yanaşmaqdakı israrlarından, özlərini rifaha çıxaracaq yoldan bilə-bilə üz çevirmələrindən qaynaqlanır.

--------------------

✰Dгeaм✰

  • 13 may 2012 21:00
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Miss Glamour

  • 13 may 2012 20:47
  • Məqalə: 4
  • Şərh: 65
  • Bal:
{awards}
Çox sağ olun şərhlərinizə görə

--------------------
Miss Glamour

✰GoLd GirL✰

  • 13 may 2012 20:42
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Cox sag olun deyerli meqaledir......tesekkurler.........

NAZLI YAGMURLAR

  • 13 may 2012 20:36
  • Məqalə: 1
  • Şərh: 415
  • Bal:
{awards}
Axira kimi oxudum cooox maraqli idi ne deyilirse duzdu xebere gore twkler

ILk serh menden ama bunu oxumaga deyer

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!

lie to the world

  • 13 may 2012 20:31
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
Aleykum Salam...muellife cox cox twkler olsun cox beyenerek maraqla oxudum..

--------------------

LoVe_LiFe

  • 13 may 2012 20:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}