Citroen şirkəti C1 Connexion Special Edition nümayiş etdirib

 
Citroen şirkəti C1 Connexion Special Edition nümayiş etdirib

Citroen şirkəti Internet vasitəsilə öz pərəstişkarlarına müraciət edərək Citroen C1 kompakt şəhər heçbekinin yeni eksklüziv versiyasının hazırlanmasında kömək etmələrini xahiş etmişdi. Fransız avtoistehsalçının rəsmi Facebook səhifəsində ümumi səsvermə nəticəsində 24 mindən artıq müxtəlif versiyaların arasından ən yaxşısı seçilmiş və ona C1 Connexion Special Edition adı verilib. Avtomobil elə bu adla da seriyaya gedəcək. Xüsusi versiya Avropa bazarı üçün nəzərdə tutulub və məhdud tirajla buraxılacaq. Lakin dəqiq say hələlik məlum deyil.

Citroen şirkəti C1 Connexion Special Edition nümayiş etdirib

Citroen C1 Connexion Special Edition heçbeki C1 1.0i modeli seriya modifikasiyanın VTR komplektasiyası bazasında olacaq. Üçqapılı şəhər heçbeki kuzovunun Caldera Black adlandırılan xüsusi qara rəngi onunla təzadda Scarlett Red qırmızı rəngli detalları ilə bir-birini çox yaxşı tutacaq. Elə bu da avtomobili seriya versiyasından fərqləndirəcək. Avtomobil qırmızı korpuslu arxa görünüş güzgülərinə, qırmızı qapı dəstəklərinə, qabaq bamperdə vertical işıq-diod gündüz işıqlarına, xrom dekor elementlərinə və yüngül lehimli disklərə sahib olacaq.

Citroen şirkəti C1 Connexion Special Edition nümayiş etdirib

Avtomobilin salonu da iki rəngdə həll ediləcək və onlara gümüşü aksessuarlar əlavə ediləcək. Həmişə olduğu kimi yenə də modifikasiyanın adı yazılmış lövhəciklər avtomobilin eksklüzivliyini əks etdirəcək.

Citroen C1 Connexion 68 a.g. və 93 Nm fırlanma anı hasil edən 1,0 litrlik standart üç silindrli mühərriklə təchiz ediləcək. Beş pilləli mexaniki və opsiyada avtomat ötürücü qutu ilə ön ötürməli heçbek ilk 100 km/saat sürətlənməyə 13,7 saniyə vaxt sərf edəcək və maksimum 157 km/saat sürət əldə edə biləcək.


Geri dön

frog

  • 20 may 2012 13:38
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
bele deeeeeeeeeeeee

✰GoLd GirL✰

  • 14 may 2012 20:06
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
super masindir tesekkur.......

enigmatic_girl

  • 14 may 2012 18:53
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmmm qesengdi))

--------------------

✰Dгeaм✰

  • 14 may 2012 13:14
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Bele de pis masin deyil,yene de sag ol.

✰GlaMurKa✰

  • 14 may 2012 12:41
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
normal masindi tsk

LoVe_LiFe

  • 14 may 2012 09:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
BELEDE PIS MASIN DEYIL. TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 66
Cəmi: 86

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}