110 ayə işığında Hz. Əli (ə): 61-70 ayələr

 
110 ayə işığında Hz. Əli (ə): 61-70 ayələr

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...


61) “Yaratdıqlarımızın içərisində elə dəstə vardır ki, haqqa tərəf hidayət edir və haqq ilə hökm edirlər“ (Əraf, ayə 181).
Suleyman Qunduzi belə rəvayət edir: İmam Əli (ə.) buyurur: Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Məndən sonra ümmətim 73 firqəyə (dəstəyə) bölünəcək: Onun 72 firqəsi cəhənnəmlikdir, ancaq 1 firqəsi nicat tapanlardır”. Sonra yuxarıdakı ayəni oxudu və buyurdu: “Bu ayədə nicat tapan dəstə həmin o dəstə haqqındadır ki, bu mən, Əhli-beytim (ə.s.) və bizə tabe olanlardırlar ”. (“Məvəddət Pinarları”, səh.23)

62) “Bir vaxt ki, dedilər: İlahi! Əgər bu sənin tərəfindən olan həmin haqdırsa, onda bizə göydən daş yağdır və ya bizə ağrılı əzab yetir “ ( Ənfal surəsi:32 ).
Əllamə Kalbisi adlı alim “Ğərirul-Quran“ təfsirinə əsasən belə nəql edir: Peyğəmbər (s.a.v.v.) Qədir-Xum günü imam Əlinin (ə) haqqını (vilayət və imamət) çatdırdıqdan sonra Cabir ibni Nəzər adlı birisi Peyğəmbərin (s.a.v.v.) yanına gələrək belə dedi: Ya Muhəmməd! Allahın birliyini və sənin də onun Rəsulu olmağını, namaz qılmağı, oruc tutmağı, həccə getməyi, zəkat verməyi bizə əmr etdin və biz də qəbul etdik. Bütün bunlardan razı deyilmisən ki, əmin oğlun Əlini bizdən (Mən kimin mövlasıyamsa Əli də onin mövlasıdır deyərək) üstün tutursan? Bu əmr sənin özündəndirmi, yoxsa Allahdandırmı? Peyğəmbər (s.a.v.v.) buyurdu: Allah and olsun ki, Allahdandır. Cabir (narazı halda) gedərək belə dedi: İlahi! Əgər Muhəmməd düz deyirsə göydən başımıza daş yağdır, ya da bizə ağrı verici bir əzab endir.
Cabir öz camaatına yetişmədən Uca Allah göydən bir daş endirərək onu öldürdü. (“Mə zə fil-Tarix ”, c.3, səh.151)

63) “Sən nə qədər ki, onların içindəsən Allah onlara əzab verməz. Bağışlanmalarını dilədikləri halda da Allah onlara əzab verən deyildir.“ (Ənfal, ayə 33).
Məvəddət Pinarları kitabının müəllifi bu ayənin təfsirində belə nəql edir: Peyğəmbər (s.a.v.v.) özü barədə olan bu mənanın Qiyamət gününə qədər Əhli-beytindən (ə.) gələcək İmamlar (ə.) haqqında da gerçəkləşəcəyini bəyan etmışdir. Necə ki, Peyğəmbər (s.a.v.v.) yer əhlinə amandır, onun Əhli-beyti (ə.) də yer əhli üçün amandır. Bu barədə bir çox hədislər rəvayət olunmuşdur. Necə ki, Peyğəmbər (s.a.v.v.) buyurmuşdur: “Əhli-beytim (ə) yer əhlinin amanıdır.Əhli-beytim (ə) həlak olarsa dünyanın sonu gələr”. (“Məvəddət Pinarları“; Mehdi Rasul, səh.131-132)

64) “Onlar onun Allahın və ya Peyğəmbərin (s.) dostları deyildirlər. Onun dostları ancaq təqvalılardır, amma çoxları bunu bilməzlər ”( Ənfal, ayə 34).
Hakim Həskaninin rəvayətinə görə İbni Abbas bu ayənin təfsirində belə demişdir: ”Onlar onun dostları deyildirlər“ ayəsində məqsəd Məkkə kafirləridir. “Onun dostları ancaq təqvalılardır” ayəsində məqsəd isə böyük şirkdən qorunanlardır, yəni Əli ibni Əbi-Talib (ə), Həmzə, Cəfər və Əqildir. Bunlar Allahın dostlarıdır, amma çoxları bunu bilməzlər. (“Şəvahidut-tənzil” c.1, səh.216)

65) “Bilin ki, qənimət etdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, Peyğəmbərə, onun yaxınlarına, yetimlərə, miskinlərə və yolda qalanlara aiddir. Allah hər şeyə qadirdir. (Ənfal, ayə 41).
İmam Sadiq (ə.) belə buyurdu: “Bu ayədə məqsəd Peyğəmbərin (s.a.v.v.) yaxınları: Möminlərin əmiri İmam Əli (ə.) və ondan sonra gələn Əhli-beyt (ə.) İmamlarıdır (ə.). Bu mənanı təsdiq edən Əhli-sünnə mənbələri:
1) ”Durrul - əsrar “ c.1, səh.159;
2) “Camiul - bəyan“;
3) “Təfsirul Qasimi“ c. 8, səh.3001, Misir;
4) “Təfsirul-təhrir və tənvir “ c.10, səh.9, Tunis;
5) ”Təfsirul-Quran lil Quran“ c.5, səh.618;
6) “İhyan ulumud-din“ c.3, səh.410, Qahirə;
7) “Müsnəd“-Əhməd ibni Hənbəl, c.1, səh.320, Misir;
8) “Təfsiri-Kəşşaf ”-Zəmxşəri;
9) “ Quranda Əhli-beyt“ səh.104.


66) “Və əgər sənə hiylə gəlmək istəsələr, (bil ki) təkcə Allah sənə yetər. Səni və möminləri yardımıyla dəstəkləyən Odur“ (Ənfal, ayə 62).
Əbu Hureyrənin nəql etdiyinə görə Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Ərşin üzərinə belə yazıldığını gördüm: Allahdan başqa İlah və onun şəriki yoxdur. Muhəmməd Allahın peyğəmbəri və quludur. Onu Əli ilə dəstəkləyib qüvvətləndirdim“. Ayədəki “Allahın yardımından” məqsəd Möminlərin Əmiri İmam Əlidir (ə.). Bir çox Əhli-sünnə alimləri öz kitablarında bu mövzunu dəstəkləmişlər:
1) Qunduzi “Yənabiul-məvədət” səh.94;
2) Təbəri “Zəxairul –uqbə” səh.69;
3) İbn Məğazili “Mənaqib” səh.39;
4) Xarəzmi “Mənaqib” səh.234;
5) Təbəri “Riyazun-nəzirə” c.2, səh. 272
6) İbn Həcər “Məcməuz-zəvaid” c.9, səh.121
7) Əlaəddin Hindi Hənəfi “Kənzul-ummal” c.6, səh.158
8) Bağdadi “Tarixul- Bağdad” c.11, səh.173
9) “Quranda Əhli-beyt” səh.100-105


67) “Ey peyğəmbər! Sənə və sənə tabe olan möminlərə Allah yetər.” (Ənfal, ayə 64).
Xətib Əbu-Bəkr Əhməd ibni Əli Bağdadinin nəqlinə görə Cabir ibni Abdullah Ənsari bu ayənin təfsirində belə demişdir: “Ey Peyğəmbər! Sənə və sənə tabe olan möminlərə Allah yetər” ayəsində məqsəd Əli ibni Əbi-Talibdir (ə) və möminlərin əmiridir (ağasıdır).
1) Xətib Bağdadi “Mənaqib” səh.186;
2) Əllamə Hindi “İrcahul-Mətalib” səh.88;
3) Əllamə Hənəfiyyə Mir Muhəmməd Salih Kəşfi Tirmizi “Mənaqib-lil-Kəşfi” bab 1.


68) “Bu Allahdan və onun Peyğəmbərindən böyük həcc günü insanlara bildirmişdir ki, həqiqətən, Allah da, Peyğəmbəri də müşriklərdən uzaqdır... (Tövbə, ayə 3)
Təfsir və tarix alimlərinin nəqlinə görə bu ayə nazil olanda Peyğəmbər (s.a.v.v.) Tövbə surəsinin ilk ayələrini Məkkə müşriklərinə oxumaq üçün Əbu-Bəkri göndərdi. Cəbrail (ə) nazil olub dedi: Rəbbin sənə salam söyləyir və buyurur ki, mənim yerimə ancaq sən və ya səndən olan birisi yerinə yetirə bilər. Peyğəmbər (s.a.v.v.) tez İmam Əlini (ə) Əbu-Bəkrin arxasınca göndərir ki, ayələri ondan alsın və bu ayələri müşriklərə özü oxusun. Bu hadisədən sonra Peyğəmbər (s.a.v.v.) belə buyurdu: ”Mənim yerimə ancaq mən özüm və ya Əli (ə) bir işi yerinə yetirə bilər“. Aşagıdakı bir çox təfsir, tarix və hədis alimlərinin bu hadisəni təsdiq edən kitablarını qeyd edirik
1) Buxari “Səhih” c.5, səh.37;
2) Təbəri “Camiul-bəyan fi təfsirul-Quran” c.1, səh.46;
3) “Təfsirul-mənar” c.10, səh.157;
4) “Təfsirul-Quranul Kərim” Şeyx Şəltut, səh.608;
5) “Təfsirul-təhrir vəl-tənvir” c.10, səh.100;
6) Suyutu “Durrul-mənsur”;
7) “Nizamul-durr” c.8, səh.364-365;
8) “Təfsirul-Quran lil-Quran” c.5, səh.698;
9) “Təfsirul-Qasimi” c.8, səh.3069;
10) Xarəzmi “Mənaqib” səh.24 və səh.223;
11) İbn Məğazili “Mənaqib” səh.112;
12) “Fəraidus-səmteyn” səh.58;
13) “Əs-səvaiqul-muhriqə” səh.75 və səh. 93;
14) Zəhəbi “Mizanul itidal” c.1,səh.205;
15) “Əl-istiab” c.3 səh.43;
16) Məhəmməd Yusif Gənci Şafei “Kifayətut-talib” səh.242;
17) Əhməd ibni Hənbəl “Fəzail əli ibni Əbi-Talib” c.1, səh.43;
18) Nisai “Xəsaisul Əmiril-muminin” səh.20;
19) Əyni “Mənaqib” səh.18 və səh.198;

69) “Və əgər ilqar bağladıqdan sonra andlarını sındarsalar (pozsalar) və dininizə lağ etsələr (tənə etsələr) onda küfrün imamları ilə döyüşün. Ona görə ki, onların andları yoxdur. (öz əməllərindən) Əl çəksinlər deyə” (Tövbə, ayə 12).
Hakim Həskaninin rəvayətinə görə İmam Əli (ə.) belə buyurdu: Cəməl və Suffeyn savaşında qarşı tərəfə qarşı, ancaq Allahın kitabında nazil etdiyi bu ayəyə əsaslanaraq savaşdım və bu ayə elə bu gün üçün nazil oldu. “Əgər and içdikdən sonra andlarınızı sındırsalar...”. (Hakim Həskani “Şəvahidut-tənzil” c.1, səh.205; “Quranda Əhli-beyt” səh.106)
Başqa bir rəvayətdə Mövlamız və Ağamız İmam Əli (ə) Bəsrədə olan zaman və Cəməl savaşı başlamazdan qabaq bu ayəni oxudu və belə buyurdu: “Allah and olsun ki, Peyğəmbər (s.) mənimlə əhd edib belə buyurmuşdu: Ey Əli! Andlarını pozanlara (əshabi Cəməl), baği (asi) olanlara (əshabi Suffeyn) və dindən çıxanlara (əshabi Nəhrivan) qarşı savaşacaqsan ki, onların imanı yoxdur.

70) “Məgər siz hacılara su verməyi və Məscidul-həramı təmir etməyi, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə bir tutursunuz? Onlar Allah yanında bir deyildir. Allah zalım bir qövmü hidayət etməz. İman gətirib hicrət edənlərlə və Allah yolunda malları və canları ilə cihad edənlər üçün Allah yanında çox böyük dərəcələr vardır və səadətə nail olanlar da elə onlardır “ (Tövbə, ayə 19-20).
Hafiz Süleyman Qunduzi adlı alim Nəsai adlı alimin “Xəsais” adlı kitabının 2-ci cildindən Qurtubi adlı alimin belə rəvayət etdiyini nəql edir: Bir gün Təlhə ibni Şeybə və Abbas ibni Əbdul-Muttəlib Kəbəyə olan xidmətlərindən bəhs edib iftixar edirdilər. Təlhə deyirdi: Kəbənin açarları məndədir. Abbas isə deyirdi: Hacılara su vermək işi də mənə aiddir. Onların yanında olan İmam Əli (ə) belə buyurdu: “Hər kəsdən 6 il qabaq mən bu evə (Kəbəyə) üz tutub səcdə edənəm və cihad edən də mənəm“. Bu vaxt Cəbarail (ə) nazil olub Peyğəmbərə (s.a.v.v.) bu ayəni gətirdi. (“Məvəddət Pinarları“)
İmam Baqir (ə) belə buyurdu: “Bu ayələr İmam Əli (ə), Həmzə. Cəfər, Abbas və Şeybə haqqında nazil olub. Abbas və Şeybə İmam Əliyə (ə.) qarşı iftixar etdilər. Abbas dedi: Mən səndən daha fəzilətliyəm, çünki hacılara su vermək mənim əlimdədir. Şeybə dedi: Mən də səndən (yəni Əlidən) daha fəzilətliyəm, çünki Məscidul-həramı təmir etmək mənim əlimdədir. İmam Əli (ə.) isə belə buyurdu: Mən ikinizdən daha fəzilətliyəm, çünki sizdən qabaq iman gətirdim (Peyğəmbərin (s.a.v.v.) şəriətinə) və Allah yolunda cihadda və hicrətdə oldum. Bu zaman Abbas və Şeybə belə dedi: Qoy Peyğəmbərin (s.a.v.v.) özü hökm etsin və onun dediyinə razıyıq. Onlar Peyğəmbərin (s) yanına gedib əhvalatı ona danışdılar. Bu zaman Allah bu ayələri nazil etdi. (“Quranda Əhli-beyt” səh.108)
Bu hadisəni nəql edən Əhli-sünnə kitabları:
1) Məhəmməd Yusif Gənci Şafei “Kifayətut-talib” səh.237-238;
2) “Ruhul-bəyan” c.1, səh.323;
3) “Nurul-əbsar” səh.77;
4) “Nuzhətul-məcalis” c.2, səh.169;
5) “Təfsiri-Cəlalin” c.1, səh.10;
6) “Təfsiri-Qurtəbi” c.8, səh.91;
7) “Təfsirul-mənar” c.1, səh.216;
8) “Təfsirul-Quranil Əzim” c.2, səh.241;
9) “Cami-ul bəyan fi təfsirul-Quran” c.10, səh.68;
10) “Məfatihul-ğeyb” c.4, səh. 422;
11) “Əsbabun-nuzul” səh.182;
12) Suyuti “Durrul-mənsur” c.3, səh.218;
13) “Fusulul-muhimmə” səh.123;
14) “Cami-ul-üsul” c.9, səh.477;

110 ayə işığında Hz. Əli (ə): 61-70 ayələr


Geri dön

✰GoLd GirL✰

  • 14 may 2012 20:06
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
Allah komeyiniz olsun........

enigmatic_girl

  • 14 may 2012 18:47
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
1) Məhəmməd Yusif Gənci Şafei “Kifayətut-talib” səh.237-238;
2) “Ruhul-bəyan” c.1, səh.323;
3) “Nurul-əbsar” səh.77;
4) “Nuzhətul-məcalis” c.2, səh.169;
5) “Təfsiri-Cəlalin” c.1, səh.10;
6) “Təfsiri-Qurtəbi” c.8, səh.91;
7) “Təfsirul-mənar” c.1, səh.216;
8) “Təfsirul-Quranil Əzim” c.2, səh.241;
9) “Cami-ul bəyan fi təfsirul-Quran” c.10, səh.68;
10) “Məfatihul-ğeyb” c.4, səh. 422;
11) “Əsbabun-nuzul” səh.182;
12) Suyuti “Durrul-mənsur” c.3, səh.218;
13) “Fusulul-muhimmə” səh.123;
14) “Cami-ul-üsul” c.9, səh.477; winked

--------------------

✰Dгeaм✰

  • 14 may 2012 13:13
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Gozel ve deyerli meqale ucun Allah razi olsun.

✰GlaMurKa✰

  • 14 may 2012 12:43
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

_TUNAR_MAMEDOV_

  • 14 may 2012 09:47
  • Məqalə: 673
  • Şərh: 4780
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN....

--------------------

LoVe_LiFe

  • 14 may 2012 09:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}