Zəhranın (ə) 40 milyon nəsli

 
Zəhranın (ə) 40 milyon nəsli

Qeyd etdiyimiz kimi, İslam peyğəmbərinin (s) düşmənlərinin – kafirlərin, müşriklərin, münafiqlərin cahiliyyə adət-ənənəsinə əsasən o həzrət üçün zəiflik əlaməti kimi saydıqları məsələlərdən biri də bu idi – onlar deyirdilər ki, Peyğəmbərin (s) öz nəslini davam etdirmək üçün oğlan övladı olmadığı üçün o həzrət bir sonsuz, arxası və dayağı olmayan fərd olacaq, nəsli-kökü kəsiləcək və tezliklə unudulacaqdır. Amma uca Tanrı vəhy vasitəsilə Öz peyğəmbərinə ürək-dirək verərək buyurdu ki: “Biz sənə Fatimə kimi Kövsər bəxş etmişik və o sənin nəslini davam etdirəcək. Sənin düşmənlərinin özləri sonsuz və nəsli kəsilmişlərdir.”[1]

Bu kiçik girişdən sonra böyük fərəh və sevinc hissilə qeyd edək ki, Fatimeyi-Zəhranın (ə) vücudunun bərəkəti o həzrətin övladlarının – nəvələrinin, xələflərinin sayına görə elə bir həddə çatmışdır ki, heç bir bəşər övladı bu gün bu baxımdan onun tayı-bərabəri ola bilməz. Bəli, bu gün Zəhranın (ə) pak nəsli – Peyğəmbərin (s) gözünün nuru olan bu qadının övladları sayca həddindən çoxdur. Belə ki, bəzi yazıçı və tədqiqatçılar, xüsusilə də bioqrafiya yazanlar və nəsl şəcərəsi üzrə mütəxəssislər belə hesab edirlər ki, Zəhranın (ə) nəvələrindən və pak nəslindən 40 milyon nəfərə yaxını Suriya, Hindistan, Pakistan, Əfqanıstan, İran, İraq, Misir, Mərakeş, İndoneziya, Əlcəzair, Tunis, Liviya, Türkiyə, İordaniya, Avropa və Amerikada yaşayır. Onların hamısı bir neçə nəsl fasilə ilə Zəhra kimi böyük bir ananın övladları olmaqları ilə fəxr edirlər.[2]

Bu gün əhalinin siyahıya alınmasına dair məlumatlarla bir neçə nəsl fasilə ilə Fatimeyi-Zəhranın (ə) nəslindən olan seyyidlərin sayı belə gətirilib: İran – 3 milyon nəfər, İraq – 1 milyon nəfər, Misir – 5 milyon nəfər, Mərakeş – 5 milyon nəfər, Yəmən, Hindistan və Pakistan – 20 milyon nəfərə yaxın.

Qeyd etmək lazımdır ki, bu siyahıları tərtib edənlər öz hesablarında Türkiyə kimi böyük bir müsəlman ölkəsini nəzərə almamışlar. Halbuki burada eyni nəslə məxsus 9 milyondan artıq ələvilər yaşayırlar. Bundan əlavə qeyri-İslam ölkələrinin ərazilərində də siyahıya alma düzgün aparılmamışdır. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, dünya seyyidlərinin – Fatimənin övladlarının sayı yuxarıdakı rəqəmdən çoxdur.

Zəhranın (ə) övladları sayca çox olmaqla bərabər, keyfiyyət və cəmiyyətdə tutduqları mövqe və ümumiyyətlə, hər baxımdan olduqca dəyərli insanlardır. Onlar İslam aləmində xeyir-bərəkətin mənşəyi və doğru yolun məşəlçiləridir. Bəli, Zəhranın (ə) ilk sevimli oğulları imam Həsən (ə) və imam Hüseyndən (ə) başlayaraq dünənki və bugünkü İslam azadlıq hərəkatlarının rəhbərlərinə qədər, həmçinin müasir din xadimləri və başçıları – hər biri İslam dünyasının əqidə və fikir sahibləri sayılan bu görkəmli şəxsiyyətlər o böyük və bərəkətli nəslin övladları, davamçılarıdır. Doğrudan da, bu cür bənzərsiz keyfiyyət və kəmiyyətə malik xeyir-bərəkət Fatimeyi-Zəhradan (ə) başqa bəşər əhlindən heç kimə nəsib olmamışdır.


Geri dön

mesumeli

  • 15 may 2012 12:24
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
eshq olsunehli-beyt ashiqlerine amin

--------------------
mehemmed313

enigmatic_girl

  • 14 may 2012 20:16
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

SU PƏRİSİ

  • 14 may 2012 19:23
  • Məqalə: 153
  • Şərh: 3603
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !!!

--------------------

✰Dгeaм✰

  • 14 may 2012 19:18
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Allah razi olsun.

✰GoLd GirL✰

  • 14 may 2012 19:03
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
Allah komeyiniz olsun.............

LoVe_LiFe

  • 14 may 2012 16:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

Hilary Duff

  • 14 may 2012 16:50
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Allah razi olsun Tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}