Oxumağa dəyər aforizmlər

 
Oxumağa dəyər aforizmlər

Sevdiyinə söz keçirə bilmirsənmi? O zaman yol ver getsin gedəcəyi yerə qədər.

*

-Mənim olan eşşək, onun-bunun qatırından daha qiymətlidir.

*

-İnsanların gücü bədənlərində deyil, başlarındadır.

*

-Ərinizi, arvadınızı anladığınızı söyləyərək öyünməyin. Qadın psixologiyası ilə kişi; kişi psixologiyası ilə qadın aydın ola bilməz.

*

-Gerçək xeyriyyəçi, etdiyi köməklər eşidildiyində bundan utanc hissi keçirən insandır.

*

-Yanılıb da bir cahillə müzakirəyə girsən, uzun bir müddət üzərindəki çirkabı təmizləmək məcburiyyətində qala bilərsən.

*

-Hər kəsi dinləməmiz nəsihət edilmişdir bizə; xeyr hər kəs dinlən dinlənilməz, çünki bəzilərini dinləməklə zamanımızı keçirəcək qədər uzun bir ömürümüz olmaya bilər.

*
-Tək başına qalsanda haqq və ədalətdən ayrılma; bu gün bu davranışın səbəbiylə zərər görə bilərsən, hətta öldürülə bilərsən, amma sabah heykəlini də tikdirə bilərsən.

*

-Üz gözəllikləri tükənənlərin, ruh gözəllikləri yoxsa, vay onların halına!

*

-Pis yazmaqdanmı qorxursunuz? Olsun, yenə də yazın. Beləsi heç yazmamaqdan daha yaxşıdır.

*

-Ümidsizlikdən, əsarətdən, kədərlərdən xilas olmaqmı istəyirsən? Elə isə sevəcəksən!

*

-Səni sevməyənləri də sevə bilirsənsə, bax o zaman könül adamı olarsan.

*

-Malımızı oğurlayan oğrudur; yaxşı, xoşbəxtliyimizi oğurlayan nədir ya da kimdir?

*

- Qəmli könüllər ən çox xoşbəxtliyə həsrət qalanlardır.

*

-Qorxularını, ehtiraslarını, hirslərini, qısqanclıqlarını at ki boşalan yerlərə xoşbəxtlik dolsun.

*

-Hər girdiyin könül sənə bir xoşbəxtlik dənizi hədiyyə edər.

*

-Gözəl bir sözün, onu eşidə biləcək gözəl bir qulağa ehtiyacı vardır.

-Bomba atıb öldürməklə niyə məşğul olursan, bir cəmiyyətdəki insanların arasına kin toxumları əlavə et, yetər. Bombadan daha təsirli nəticələr əldə edəcəyindən heç şübhən olmasın.

*

-Çox and içən çox da yalan danışır deməkdir.

*

-Qapılar girmək və çıxmaq üçündür. Mədaxilin, heç çıxmayacaqsan zənn etmə; çıxışın, heç girməyəcəksən zənn etmə.

*

-Sizdə olanı başqalarının da istəyə biləcəyini qəbul etməsəniz, dünyadan barış və dinclik gözləməyin.

*

-Ah bu şairlər, ah bu şairlər! Eşq dedinmi, şərab dedinmi həmişə ağla gəlirlər.

*

-Korun belə görənini sev!

*

-Bildiyini zənn edən, öyrənməkdən əl çəkmiş deməkdir.

*

-Bəzi ağıllı insanların, niyə ortaya bir əsər qoya bilmədən bu dünyadan köçüb getdiklərinimi maraqlanırsan? Elə isə bu düstura bir bax lütfən: Əsər=Zəka+Alın Təri+İlham

*

-Öz işığından verə bilmirsənsə, bir də başqalarının işığından verməyi sına.

*

-Sənin yerinə düşünən qəzetlər, televiziyalar, yazarlar, siyasi liderlər v. b varsa, sənə nə gərək var?

*

-Gözün görüş sahəsinə girən hər şey görülə bilməz.


Geri dön

Ulya

  • 8 noyabr 2010 15:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
super hamisini beyendim

Yusif

  • 7 noyabr 2010 17:39
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 70
Cəmi: 87

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}