"Xoşbəxtlik həsrəti..." (2-ci hissə)

 
"Xoşbəxtlik həsrəti..." (2-ci hissə)

Sevincin sevgisindən dəli divanə olan Tərlan həmişə kənardan ona tamaşa edərdi. Artıq 17 yaşları vardı. Və bir gün ona qəlbini açacağı günü gözləyirdi. Amma heç cürə onu tək tuta bilmirdi. Həmişə harasa gedəndə ya yanında anası vardı, ya da qonşu qızı "rəfiqəsi" Arifə. Baxmayaraq ki, Sevinc ona sevgisi üçün bir səbəb verməmişdi, amma yenə də əlində deyildi. Uşaqlıqdan Sevinclə oynadığı gizlən-qaçdan bəri sevirdi onu.

Arifə isə Tərlanın Sevincə olan gizli sevgisini hiss etmişdi. Lakin bu sevginin baş tutmamağı üçün nə lazım olsa etməyə də hazır idi. Sevinci həmişə qısqanırdı. Onun paxıllığını elə lap uşaqlıqdan çəkirdi. Hər zaman atasının, anasının sevimlisi olmuş, oyunlarda daim qalib olmağı bacarmış, məktəbdə əlaçı olmuş, hər kəsin mehriban və şirin qız kimi sevgisini qazanmış Sevincin paxıllığını edirdi. Üstəlik pəncərədən baxanda hər dəfə Tərlanın Sevincə necə baxdığının şahidi olduqca ağlına hər fikir gətirirdi. Tək istəyi, məqsədi artıq Tərlan olmuşdu. Beynində qərar vermişdi ki, nə olur-olsun Sevinc Tərlana ərə gedə bilməsin. Sevincdən nəyim əskikdir ki, elə özüm gedərəm ona" deyərdi. Həmişə Sevincgilə üzünə "rəfiqə" maskası taxaraq gedərdi. Tərlanın onu tək tuta bilməməsi üçün əlindən gələni də edirdi. Sevinc hara getsə yanına düşərdi. Guya onu çox istəyir, evdə də oturmaqdan ürəyi partlayır. Sevinclə birgə onun anasının tikdiyi paltarları sahiblərinə verib gələrdilər.

Vaxt beləcə keçirdi. Gün gəldi Tərlan əsgər getdi. Onun əsgər getməsinə Arifə çox sevinirdi. Çünki planında Tərlanın əsgərlikdə olduğu vaxt ərzində Sevincə bir ər tapmaq vardı. Çalışırdı ki, Tərlan gələnə kimi onun "başını bağlasın" . Bunun üçün şəhərdə yaşayan əmisi qızına zəng vurdu:

"Əgər oralarda kimsə evlənməyə kənd qızı axtarsa de, biri var Sevinc. Atası rəhmətə gedib 18 yaşı var. Gözəl-göyçək qızdı. Anası dərzidi. Savab qazanarsan"

Əmisi qızı şəhərdə tibb bacısı işləyirdi. Günlərin bir günü elə təsadüfən iş yoldaşının qardaşı haqqında danışdıqlarını eşitdi:

-- Qardaşım Rusiyada işləyir. Atamın? anamın tək oğludur. Istəyirik bir halal süd əmmiş qız tapaq. Ona qalsa illər keçsə də tapa bilməz. Cəmi 28 yaşı var. Atam xəstədir. Deyirik, nə qədər ki, yaşıyır oğlunun toyunu görsün. Amma öz aramızdı, hardadı indiki zəmanədə halal süd əmmiş qız? Olsa-olsa kənd yerində olar. O da tanıdığım yox, bildiyim yox...

Elə onda əmisi qızı Arifəyə zəng vurub dedi ki, bəs, təcili qızın rəsmini göndər. Arifə də böyük məharətlə Sevincin albomuna baxmaq bəhanəsi ilə şəkillərindən birini gizlincə götürdü. Poçta gedib onu bir zərfə qoydu. Çatacağı ünvana kimi qeyd edib evinə gəldi. Əmisi qızı şəkili əldə etdiyi gün elə iş yoldaşı tibb bacısına göstərdi. O da evlərinə aparıb qardaşına və atasına anasına göstərdi. Hamısı bəyəndikdən sonra xəbər etdilər ki, bəs, əmin qızına de ki, o qızın evinə elçi gedəcək bu yaxınlarda.

Arifə xəbəri eşidən kimi həm paxıllıq etdi ki :"qızdakı bəxtə bax e, bir göz qırpımında elçilər hazırdı". Bir yandan da sevindi ki, "Tərlana qismət olmayacaq. Əsgər gələnə kimi Sevinc də ərdə olar. O da məcbur qalar məni alar. Məgər məndən başqa kimi bəyənər ki, anası"...

Müəllif: Xəyalə Murad

Kopya edilməsi qadağandır.


Geri dön

I am Happy

  • 4 iyun 2012 20:15
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
Muellife sonsuz teshekkurler.

--------------------

✰GoLd GirL✰

  • 1 iyun 2012 16:41
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
bu hisseini oxudum cox maraqlidir tesekkur.....

SabriNa B-va

  • 31 may 2012 20:25
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
AY ne bicok qizdiiiiiiiiii

LoVe_LiFe

  • 25 may 2012 14:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox beyendim coxx maraqli geldii eee bess sonnnuuuuu?

Aysel_

  • 24 may 2012 14:31
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Super di Tesekkurler..

Caspi

  • 16 may 2012 17:10
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
Men kocurdub basqa sayta da qoydum
xaxaxa

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

EnD of TiMe

  • 16 may 2012 11:06
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
bunun 3 hissesi ni istiyirem...cunki evvel orda qalmisdim...cox tesekkurler

✰GlaMurKa✰

  • 15 may 2012 22:02
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurlerr

Xəyalə Murad

  • 15 may 2012 21:22
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
HƏR KƏSƏ OXUYUB ROMANIMI BƏYƏNDİYİ ÜÇÜN MİNNƏTDARAM. ANGEL-11 *** QADAĞANDIR ONA GÖRƏ Kİ MƏNİM MÜƏLLİF HÜQUQLARIM QORUNUR. VƏ MƏNDƏN İCAZƏ ALMADAN ONU KİMSƏ KOPYA ETMƏK HÜQUQUNA MALİK DEYİL. BURDA DƏRC EDİLMƏSİNƏ İSƏ ŞƏXSƏN TƏBRİZ BƏYƏ İCAZƏ VERMİŞƏM. BUYURUN OXUYUN VƏ SADƏCƏ ŞƏRHLƏRİNİZİ YAZIN.

enigmatic_girl

  • 15 may 2012 16:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
eeee sonra ne oldu..... sonra????? belay

--------------------

Hilary Duff

  • 15 may 2012 14:38
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler

✰Dгeaм✰

  • 15 may 2012 12:50
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye cox gozel idi.Teskkurler.

SU PƏRİSİ

  • 15 may 2012 12:20
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
TESSEKURLER.............

--------------------

Aquamarine

  • 15 may 2012 11:55
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
{awards}
maraqlidi dogurdanda muellife twekrler

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

Angel-11

  • 15 may 2012 11:47
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
niye qadagandiki???

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}