Gecikən "Dəyər" (hekayə)

 
Gecikən "Dəyər" (hekayə)

Solmaz qardaşlarının şəkillərini otağının divarına vurmuşdu. Ağlaya-ağlaya onlar mənim halımdan xəbərsizdilər, deyirdi. – Yoxsa məni bu halda qoymazdılar. Onlar mənim qeyrətli qardaşlarımdılar. Onları mən böyütmüşəm. Onlar məni atmayıblar, sadəcə məndən xəbərsizdilər, deyərək özünə təsəlli verirdi...

Əsl yalnızlıq insanın özü özünü təsəlli etmək məcburiyyətində qalmasıdır, deyirlər. Bəli. Solmaz sözün əsl mənasında yalnız idi. Evin böyük qızı idi. Anaları cavan öldüyündən 2 qardaşına özü analıq etmiş, onları minbir zəhmətlə böyütmüşdü. Qardaşlar böyüyüb, evlənib, hərə bir tərəfə səpələnmişdilər. Müəyyən müddət bacılarına kömək etsələr də sonradan arvadları buna mane olmuşdu.

– “Uşaqlarımız var, sən ancaq bizi düşünməlisən!” – böyük qardaş Fərahimin arvadı belə deyə-deyə soyutmuşdu Fərahimi bacısından. – Biz Rusiyada, o Azərbaycanda. Burdan ora nə qədər əl tutmaq olar? Biraz da Siyavuş vaxt ayırsın, düçünsün bacısını...
Kiçik qardaş olan Siyavuşu da qaynanasıgil uzaqlaşdırmışdılar Solmazdan. Bakıdakı bütün iş karyerasını onun üçün qaynatası qurmuşdu deyə, onların yanında üzükölgəli idi. Bir sözlərini iki edə bilmirdi.

Əvvəllər ara-sıra zəng edər, Solmazın halını dilucu da olsa soruşardılar amma neçə ay idi ki, artıq arayıb-axtaran da yox idi.
Solmaz 53 yaşında ağır xəstəlik də tapmışdı. O, dövlətin ona ayırdığı azacıq ünvanlı sosial yardımla dolanırdı. Qardaşları üzündən vaxtında ərə gedə bilməmişdi. Sonradan bunu çox istəsə də onu alan olmamışdı.

Solmaz tək başına dolanmağın həm maddi, həm mənəvi çətinliklərinə öyrəşsə də, son 5-6 ayda tapdığı xəstəlik onu çox sıxırdı. Vaxtı-vaxtında dərmanlarını almağa maddi imkanı yetmirdi. Aldığı ünvanlı yardım gündəlik vacib olan sosial təminatı belə ödəmirdi. Ona görə demək olar ki, Solmazın axırı gəlmişdi. Qüruru üzündən (Arvadlarının yanında qardaşlarını pis etməsin deyə) onlara xəstəliyini xəbər də etməmişdi. Qonşu Salman (sağolsun, Solmazı tək qoymurdu, ona yanıb-dönən qonşulardan idi Salman) bir neçə dəfə Solmazın qardaşlarına bu haqda xəbər versə də, onlar bunu ciddi qəbul etməmişdilər. Gəlib dəyəcəyik, deyib, vədlərini arvadlarının kinayəli baxışları, zəhmində unutmuşdular...

***

Salman həyətlərində payızın tökdüyü yarpaqları təmizləyirdi. Bir vaxtlar uca çınarların, qoca tut ağacının zirvəsində yellənən-nazlanan, hamını üstdən-aşağı seyr edən yarpaqlar indi saralıb-solmuşdular. Sanki ayaqlar altından sabiq yerlərinə baxıb həsrət çəkirdilər.
Salman bu düşüncələrə qapılmışdı ki, birdən Solmaz sevincli səslə: “Ay Siyavuşum, ay Fərahimim..!” –deyə təkrar-təkrar səsləndi. Deyəsən qardaşları gəlmişdi Solmazın. Salman tez əlindəki qirəbili yerə atıb, yuxarı çıxdı. Əynini dəyişib tələsik Solmazgilə yollandı.
Solmazgildə sakitlik idi. Səs-soraq yox idi. Salman təəccübləndi. Çağırmağa başladı:
- “Ay Solmaz, ay Fərahim, gəlmisiz, qardaş?
Səs çıxmadı...

Salman qapının açıq olduğunu görüb yuxarı qalxdı. Bəlkə Solmaza nəsə olub, - ürəyinə gəldi.
Tələsik Solmazın otağına girdi. Solmaz üz üstə yerə yıxılmışdı. Hərəkətsiz idi. Salman əlini Solmazın çiyninə qoyub – “Solmaz, bacı, Solmaz bacı, salamatlıqdı?” –deyə sakit səslə sanki onu yuxudan oyadırmış kimi çağırdı. Solmazdan səs çıxmadı. Salman dizlərini yerə atıb onu arxası üstə çevirdi. Gözlərinə inanmadı: Solmaz qardaşlarının şəkillərini sinəsinə sıxıb canını tapşırmışdı. Salmanın tükləri biz-biz durdu. – “Bismillah!” –deyib üşəndi.
Tez çölə çıxdı. – “Ay Məhəmməd, ay Sərvinaz, Solmaz bacı tapşırıbeeey.” –deyə var gücü ilə qışqırıb qonşulara xəbər saldı. Solmazın belə ölümü onu çox üzmüşdü. Axı Solmaz bütün əzab-əziyyətlərini onun gözü önündə çəkmişdi.
- “Allah sənə rəhmət eləsin... Ya Allah, ya Allah!

–deyib ağlamağa başladı. - Sən belə ölümə layiq deyil idin, Solmaz bacı...Sən yalqız ölməməli idin...
Yarım saatın içində bütün qonum-qonşu yığışdı Solmazgilə. Ara-sıra ona söz atanlar da, salamının cavabını almayanlar da... Sevənlər də, sevməyənlər də - tamaşa üçün hamısı toplaşmışdı.

Salman əvvəl həyəcanla evinə qaçdı. Telefonu götürüb Siyavuşu yığdı. Sonra kəndin məscidinə xəbər göndərdi. Mollanı çağırtdırdı ki, dəfn-kəfən mərasiminə hazırlıq görsün...

***

Hamı gəlmişdi. Bütün qohum-əqrabalar tapılmışdı. Solmazı diriliyində adam saymayan bütün yaxınları, sağolsunlar, ölüsünə dəyər vermişdilər. Artıq Fərahim də, Siyavuş da, ailələri də - hamısı əl-ayaqda idi. Hər kəsə tapşırıq verilmişdi ki, bacımızın yas məclisi ən üstün səviyyədə qeyd olunacaq. Məhlədə - biri arvadlar, biri kişilər üçün iki çadır qurulmuşdu. Qazanlar asılmış, qoçlar kəsilmişdi. Həyət-bacanı ehsan iyi bürümüşdü. Artıq qarabəxtli Solmaz qara torpağın qucağına verilmişdi.

Həyətin bir başında gülüb, şaqqanaq çəkən kim, laqqırtı vura-vura siqaret çəkən kim...Bircə Solmazın belə qərib ölümünə vicdan əzabı çəkən yox idi bu həyətdə. Sanki elə belə də olmalı imiş.

– “Əcəli buracan imiş, qismətdən artıq yemək olmaz!” –deyərək böyük qardaş Fərahim həm ləkəli vicdanını həm “məraklı” qonaqları yola verirdi...
Bütün hazırlıqlar görülmüşdü. Hətta indidən qara mərmərdən olan hündür başdaşı da “zakaz” verilmişdi.

***

Ehsan süfrəsində masanın üzərində nə desən var idi: Bananından, kivisindən tutmuş, albalı-gilasına kimi. Hətta əyləşənlərin istəyinə uyğun olaraq süfrəyə siqaret paketləri də qoyulmuşdu. – Qara kent, Vesti, Marlboro və s... Millət armudu stəkanlarda süzülmüş pürrəngi çaydan vura-vura gözlərini baş mollaya zilləmişdilər.

- “Mərhumun ruhu haqqında ucalı bir salavaaaat!” –deyə başda sırayla səf çəkmiş mollalardan biri, baş molla sükutu pozub, İlahi bir görkəm alıb, boğazını arıtlaya-arıtlaya söhbətə başladı:

Əvvəla bunu deyim ki, maşaəllah, bu iki qardaş tərtib etdikləri bu cür nurani, səviyyəli ehsan məclisi ilə həm bacılarının ruhunu şad etdilər, həm də əlhəqqü vəl insaf, biz insanlara örnək oldular. İnşaəllah ki, Allahu-mütəal bu iki qədirbilən qardaşın ehsanlarini dərəceyi-məqbula yetirsin.
-“Amiiiin!” –hamı xorla dedi.

- Molla qarşısına qoyulmuş qaynar sudan bir qurtum sovurub söhbətinə davam etdi:
Adətü-ənənələrimizin belə unudulduğu, ehsan məclislərimizin sönükdüyü bir zamanda bu iki qardaş bir daha sübut etdilər ki, xeyir, hələ insaniyyət ölməyib, hələ də bizim səxavətli, əliaçıq oğlanlarımız var... Eşitdiyimə görə bu iki qardaş öz zəhmətləri sayəsində və əlbətdə ki, İlahinin lütfü-inayəti altında özləri üçün yaxşı imkan qurmuşlar. Allahu-taala, inşallah ki, kisblərinə bərəkət versin...

Söhbət - məclisin ayaq tərəfində əyləşmiş Siyavuş və Fərahimi nəyi ki var məmnun edir, ürəklərinə yağ kimi yayılırdı...
Məclisin bir küncündə oturan Salmanı isə bu təriflər, bu yaltaqlıqlar boğurdu. Axı hər şey onun gözü önündə olmuşdu...

Molla səsini biraz da qalınlaşdırıb, sinəsini qabağa verərək:
Mən bu elin 25 illlik axundu kimi sizi əmin edə bilərəm ki, belə təm-təraqlı ehsan məclisi tərtib etdiklərindən sonra Xaliyi – ləmyəzəl onların daha da başından tökəcək., inşaəllah. Və sizi əmin...

Salman dözməyib ayağa qalxdı. Əlinə stolun üstündəki banandan, kividən götürüb, mollanın sözünü kəsərək, əsəblə:
- “Cənab Molla, axund və ya hər nə, bu bananlar, kivilər, bu ehsanlar, çaylar, şokoladlar Solmazın ölüsünün nəyinə lazımdı? Cənab molla, Solmazın dirisinin dərmana ehtiyacı var idi, bilirsiniz? Cənab molla, özünüz bilməzliyə vurmayın, Solmaz acından öldü, kefindən deyil... Cənab 25 illik axund, Solmazın dirisi bu süfrədə olan naz-nemətə həsrət getdi, ölüsünə də zorla yedirtməyin, lütfən...

Məclis bir-birinə qarışdı. Yandan-böyürdən, ə, yaxşı, ayıbdı, ə, bəsdi, sakit dur və s. bu kimi qorxaqyana tövsiyələr yağmağa başladı. Salman isə heç kimə qulaq asmadan davam elədi:

Cənab molla, mən də səni, böyründə oturan rəngarəng mollaları və məclisdə əyləşən hamını əmin edirəm ki, indi bu lazımsız, israfçıl ehsan məclisini görüb Solmazın ruhu əzab çəkir.
Sonra üzünü Fərahim və Siyavuşa tutub: - “Ay qardaşları, dirisnə əzab verdiniz, barı, ölüsündən əl çəkin, yazığın!
Molla yenə özünə tolerant bir görkəm verib:
Əslində rəvayətlərdə var ki, qəzəb Allahın ən sevmədiyi əxlaqdı, qəzəblənməyin və onu deyim ki...
Salman yenə də mollanın sözünü ağzında qoydu:
A kişi, necə qəzəblənməyim?! – Axı Solmaz mənim əllərimdə kimsəsizlər kimi can verib. Bu məclisin bir gününün xərci verilsəydi Solmaz tamamilə müalicə olunardı...Booy, A kişi, niyə biz öləndən sonra dəyərlənirik?! Niyə camaaatı aldadırıq?! Niyə özümüzü aldadırıq...?!

Salman ard-arda sözlərini deyib əsməyə başladı. Tez iki-üç nəfər onu tutub çölə çıxartdılar. Aləm bir-birinə dəydi, hər şey alt-üst oldu. Fərahim özünə əsəbi görkəm alıb, camaatı sakitləşdirmək istəsə də, ondan daha yumşaq ürəkli olan Siyavuş diz üstə çöküb ağlayırdı...

***

Günəşli bir payız havası...Yağış yenicə dayanıb...Hamı Solmazın 40 məclisinə toplaşıb. Qəbir üstünə yollanırlar...
Uzaqdan Solmaza qoyulmuş qara mərmərdən olan baş daşı diqqəti çəkir...Üzərində Solmazın cavanlıq bir xoşbəxt şəkili, təbəssüm edən halda...
Yaxınlaşdıqca Solmazın ad-familiyasının altında qara mərmərin üzərinə ağ təbaşirlə yenicə yazılmış bir misra hamınlı heyrətə salır:
Sağlığımda dəyən daşlar azmış kimi,
Öləndə də daş qoyurlar başım üstə...
Hamı o yan-bu yana baxır, Fərahim gözlərini döyür, boylanaraq Salmanı axtarır...Budur, Salman, əli təbaşirli, kürəyini Solmazın başdaşına söykəyib, əyləşib, mənalı-mənalı özünə qapılıb...
(Axı) onların mallarında dilənçinin və (abrına qısılıb dilənə bilməyən) yoxsulun haqqı (payı) var idi.
(Zariyat surəsi, 19)

Gecikən "Dəyər" (hekayə)


Geri dön

LoVe_LiFe

  • 25 may 2012 14:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
MARAQLIDIR BEYENDIM TESEKKURLER

Germany_Gülinka

  • 23 may 2012 00:26
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
çoxsagol yaxsidir

--------------------
₪₪₪₪₪ Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət ₪₪₪₪₪

Xəyalə Murad

  • 18 may 2012 16:42
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
SAYTIN QAYDASINA UYĞUN OLARAQ DEYİM Kİ, ƏYƏR BU BOYDA HEKAYƏNİ KOPYA ETMƏYƏ ƏRİNMƏDİZSƏ GƏRƏK ONUN MÜƏLLİFİ OLAN İLQAR KAMİL BƏYİ DƏ SONDA QEYD EDƏSİZ... MÜƏLLİFİN ƏMƏYİNƏ HÖRMƏT EDƏK MÜMKÜNSƏ.

Sabinka))

  • 16 may 2012 12:54
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
beyendim twklerno

ANGEL OF LOVE

  • 16 may 2012 12:35
  • Məqalə: 7
  • Şərh: 922
  • Bal:
{awards}
ayyy c......x ibretamiz hekayediyee ..cox twk))

✰GlaMurKa✰

  • 15 may 2012 21:54
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
maraqli idi tesekkurlerr

enigmatic_girl

  • 15 may 2012 18:39
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

oliviya

  • 15 may 2012 17:50
  • Məqalə: 0
  • Şərh: 381
  • Bal:
{awards}
oxudum tesekkur le ibratamiz hekaye ucun ,coz duzdur insanlara gerek saqliqindabe hormet veresen.

Melek Kiz

  • 15 may 2012 17:36
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox maraqli idi

.♣.Chrysalis.♣.

  • 15 may 2012 13:52
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Oxudum hamisini maraqli idi cox sag ol.indiki yas merasimlerinde dogurdanda camaat ancaq qeybet qirmaga dalca danismaga sufredeki olan nemetleri muzakire etmeye gediller.cox teessuf sad

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

✰Dгeaм✰

  • 15 may 2012 12:55
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Hekaye ucun cox sag ol.

-------

  • 15 may 2012 12:45
  • Məqalə: 0
  • Şərh: 51
  • Bal:
{awards}
cox maraqli idi... beyendim...

Deniz

  • 15 may 2012 12:31
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Oxudum sebrle, cox gozel hekayedi....Tesekkurler

SU PƏRİSİ

  • 15 may 2012 12:15
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
OXUDUM COOOOOOOOOOOOOOOOOOOOOOOX MARAQLİ İDİ................

--------------------

Aquamarine

  • 15 may 2012 12:13
  • Məqalə: 0
  • Şərh: 410
  • Bal:
{awards}
coooox maraqlidi tewekkurler

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

Angel-11

  • 15 may 2012 11:54
  • Məqalə: 0
  • Şərh: 671
  • Bal:
{awards}
oxudum ve beyendimm

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}