Kiçik sevdalar şəhəri

 
Kiçik sevdalar şəhəri

Kiçik sevdaların şəhərində sıxılıb qalmışam. Mən və digərləri tənhayıq! Hamımız tək başımıza hamımız öz tənhalığımızda hamımız bir tərəfə sovrulmaqdayıq.
Bura kiçik sevdaların şəhəri böyük ürəkləri də özünə bənzədər sonunda. Mən qərarlıyam təslim olmayacağam amma elə çətindir ki müqavimət göstərmək.Bu şəhər məhbus etmiş eşqi. Nə getməsinə icazə verir nə adam kimi qalmasına; dəyişdirir eşqin özünü, sözünü özünə bənzədir.
Bəzən gücüm tükənir yoruluram. Ümidim azalır. Bir səhər oyanıram və səma heç günəşə pərdə açmayacaqmış kimi hiss edirəm. Və məni ən çox bu ümidsizlik qorxudur.Kiçik sevdaların şəhərində nə qədər saxta insan var bilə bilməzsiz. Nə qədər ürəyin məzarı olan bu şəhərdə əllərində eşqin qanıyla gəzən minlərlə cani yaşayır.Qan, qaranlıq və çirkinliyin qoxusu qarışır gecəyə. Hər gecə yarısı bu şəhərdə eşqə inanan bir ürək daha bir yataq otağında ürəyini itirir.
Kiçik sevdaların şəhəridir bura! Eşqə inanaraq yaşamaq axmaqlıq sayılır. Mən axmaq qalmağı seçirəm. Buludlar kəsdi deyə günəşin işığını günəşin varlığını inkar edə bilərikmi?Kiçik sevdaların insanları eşqi bir qəfəsə qoymuşlar. Küçə küçə gəzdirirlər ibrət üçün. Onun nə yazıq nə iradəsiz bir duyğu olduğunu danışırlar. Üstəlik buna da azadlıq deyirlər. Eşqin olmadığı yerdə azadlıq olarmı?Hər kəs qaçın qurtarın özünüzü deyir. Gedə bilmərik getməməliyik.Eşqin varlığı üçün inanmaq üçün bizlərə ehtiyac var. Hələ eşqdən ümidini kəsməmiş hələ eşqə və böyük sevdalara inanan bizlər olmasaq; o zaman həqiqətən bu şəhər ələ keçirilmişdir.Mən getmərəm bu şəhəri tərk etmərəm. Ən son mən qalana qədər son nəfəsimə qədər eşqə aşiq qalaram.


Geri dön

only-girl

  • 2 aprel 2011 12:05
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
TeweKkuR eDIReM))) SagOluN

--------------------

Grace_Angel

  • 8 noyabr 2010 21:41
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler yaziya gore...

--------------------

Ulya

  • 8 noyabr 2010 16:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

_M_E_H_I_

  • 8 noyabr 2010 16:15
  • Məqalə: 161
  • Şərh: 114
  • Bal:
{awards}
coooooox sag olun love

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

Yusif

  • 8 noyabr 2010 13:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkererrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}