azerbaycanda son xeberler muharibe

Təbiət, təmiz hava və iqlim

 
Təbiət, təmiz hava və iqlim


Sivilizasiyanın ilk yazılı nümunələrindən biri olan şumerlərin "Bilqamıs" dastanında insan-təbiət və iqlim münasibətlərinə geniş yer verilir. İlk insanlar hesab edilən şumerlərə görə, insan təbiətlə vəhdət təşkil edir. Orada deyilir: "Əvvəlcə insan təbiətdən ayrılır və cəmiyyətin bir üzvünə çevrilir, sonra təbiətə öldürücü zərbə vurur və bununla da özünü öldürmüş olur. Necə ki, Tanrıların hökmü ilə ölümə məhkum olunan Enküdü təbiətə mənfi münasibətinin cavabını aldı". Bilqamısa görə, insanın təbiəti dərk etməsi özünü dərk etməsi ilə ölçülür. Göründüyü kimi, lap qədimdən insanlar təbiətin, havanın, suyun, torpağın müqəddəsliyini dərk edib, ona zərər vuranı öldürməkdən belə çəkinməyiblər.

15 may Beynəlxalq İqlim Günü, dünya metereoloqları tərəfindən indiki və gələcək nəsillərin firavanlığı üçün resurs olan iqlimin qorunmasının 40 mühüm bəndinin elan edilməsi günü kimi tarixə salınıb. İnsan öz inkişafının bütün mərhələsində xarici mühitlə - havayla, su ilə, torpaqla, təbiətlə təmasda olur. Bu baxımdan Azərbaycanın relyefi də, iqlimi də rəngarəng və dəyişkəndir. Alimlər bu zənginliyi ərazinin relyef və iqlim şəraitinin çox əlverişli olması ilə əlaqələndirirlər. 370 növ bitki endemikdir, yəni yalnız Azərbaycanda bitir. Eldar şamı, dəmirağac, şabalıdyarpaq palıd, azad, qaraçöhrə, Lənkəran akasiyası, şümşad və bir neçə ağac və otun vətəni yalnız ölkəmizdir.

Tədqiqatlar göstərir ki, insanlar uzun illər təbiəti amansızcasına dağıdıblar. Nəticədə iqlim dəyişmələri - aramsız yağıntılar, qasırğalar, uçqunlar, torpağın aralanması, yayın ortasında qəflətən dolu tökməsi, qitənin şimal qütbünə yandırıcı istilərin düşməsi kimi təbiət hadisələri baş verib. Bu da dünyada ərzaq qıtlığına, təmiz su ehtiyatlarının azalmasına, iqtisadiyyatın dayanıqlı inkişafına mənfi təsir göstərir, sosial və iqtisadi itkilərə, insan tələfatlarına səbəb olur. Təbiət sisteminin bütün həlqələrinə daxil olan yad məhsullar ekosistemin mövcudluğu üçün təhlükə yaradır, iqlimi dəyişdirir, atmosferi məhv edir. İqlimin dəyişməsi alimləri qorxulu qənaətlərə gətirir. Onlar Yer kürəsini narahat edən təhlükəni təbiətə olan mənəvi münasibətin aşınması ilə izah edir, başqa səbəb axtarmırlar. Hər il dünya okeanlarına tonlarla neft məhsulları, dəmir birləşmələri, qurğuşun, qalay, xlor, fosfor, civə və sair tullanır. Nəticədə müxtəlif xəstəliklər, pataloji hallar yaranır, həm də okean cərəyanlarından əmələ gələn iqlim korlanır.

Bu kataklizmlər ölkəmizdə də müşahidə olunur. Əvvəllər sənaye müəssisələri tərəfindən təbiətə müxtəlif zərərli maddələr atılırdı. Paytaxtımızın hər kvadrat km. sahəsinə 14 ton tullantı düşürdü ki, bu da orta respublika göstəricisindən 20 dəfə çox idi. Bununla da şəhərin iqlimi, havası dəyişir, insanlar hava deyil, hidrogen və xlor atomları udurdular. Balığı və balıq məhsulları ilə öyünən Xəzər dənizi "ölü göl" təəssüratı bağışlayırdı. Neftlə çirklənmə yerin istilik rejiminə də məhvedici təsir göstərir, iqlimi və oksigen dövriyyəsini, həmçinin biosferi öldürürdü. Bundan başqa rayonlarda pambığın və tərəvəzin monokultur becərilməsi də torpağın pestisidlərlə çirklənməsinə, eyni zamanda onların torpaq sularına və içməli su mənbələrinə qarışmasına səbəb olurdu.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda ətraf mühitin və iqlimin mühafizəsinin Milli Konsepsiyası yaradıldı. Bu konsepsiya ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılmasına və ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəldildi, iqlimin və mühitin sağlamlaşdırılmasına başlanıldı. Cəmiyyətdə maarifləndirmə işi aparıldı, neftlə çirklənmiş xeyli ərazi təmizləndi, neft emalı üçün ən müasir texnologiyalar ölkəmizə gətirildi.

Paytaxtda və ətraf ərazilərdə yaşıllaşdırma kampaniyası aparıldı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızı gülüstana çevirmək aksiyası hər fəsil davam edir. Azərbaycan Xəzəryanı dövlətlər içərisində yeganə ölkədir ki, dənizin və ekvatoriyasının çirklənmədən təmizlənməsi üçün dövlət səviyyəsində kompleks tədbirlər planı həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il respublikamızda "Ekologiya ili" elan olundu. Hər yerdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirildi və bu indi də davam edir. Bunların hamısı iqlimin yaxşılaşmasına, ekoloji problemlərin həllinə yönəldilmiş irimiqyaslı tədbirlər sırasındadır. Yeri gəlmişkən xatırladaq ki, müstəqil Azərbaycan dövləti kimyəvi məhsullar üzərində nəzarətin tərəfdarı olduğunu qanuni formaya salıb. Çünki ekoloji çirkləndiricilər içərisində ən təhlükəlisi kimyəvi çirkləndiricilərdir. Vaxtilə Sumqayıt şəhərində 70-dən çox sənaye müəssisəsi yerləşirdi ki, bunlar da hər il havaya 73000 ton zəhərli kimyəvi maddə buraxırdı. Nəticədə hər şəhər sakininə 275 kq. zəhərli maddə düşürdü. "Kimya sənayesi", "Kauçuk birləşmələri" və alüminium zavodunun fəsadları Sumqayıtda doğulan hər uşağın səhhətində üzə çıxırdı.

Azərbaycanın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu, ölkə ərazisinin mülayim və suptropik iqlim qurşaqlarının yerləşməsi ilə əlaqədardır. İqlimi yaradan amillərə Günəş radiasiyasi və atmosfer sirkulyasiyasi daxildir. Coğrafi-enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları da iqlim əmələ gəlməsinə böyük təsir edir. Onlar birləşərək iqlimin əsas ünsürlərini - temperaturun, rütubətin, küləyin və başqa normallığın paylanmasını təmin edir. Ölkəmizin əksər ərazisi subtropik iqlim qurşağında - Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, təsirini zəiflədir. Xəzər dənizi də iqlimin mülayimləşməsinə müsbət təsir göstərir.

Müasir insan ekoloji cəhətdən təmiz suya, qidaya, havaya ehtiyacı olan insandır. Bunları təmin etmək üçün isə ilk növbədə biosferin mühafizəsi, təbii sərvətlərin düşünülmüş şəkildə istifadəsi, tullantıların azaldılması, havanı və suyu çirkləndirən, torpağa və onun sakinlərinə ziyan vuran hər hansı mənbənin buraxdığı zəhərli maddələrin məhv edilməsi vacibdir. Zəhərlənmiş təbiətin hər zərrəsi bərpa olunmalı, təbii resursların tükənməsinin qarşısı alınmalıdır. Meşə yeganə təbiət kompleksidir ki, onlar su, hava və torpaq kimi biosferin çox vacib olan kompanentlərinin sabitləşməsinə şərait yaradır.

Həyatımızı və yaşayışımızı onsuz təsəvvür etmədiyimiz, ana dediyimiz təbiəti, iqlimi israf etməməli, tükətdiyimizi də yerinə bərpa etməliyik. Çünki hər birimizin üzərində bu nemətləri gələcək nəsillərə olduğu kimi çatdırmaq məsuliyyəti var. Hər bir ölkənin təbiəti, landşaftı, təmiz havası, içməli suyu, açıq səması, iqlimi həm də onun mədəni irsidir.
-

milli.az


Geri dön

LoVe_LiFe

  • 25 may 2012 15:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
SUPPER XEBERE GORE TESEKKURLER

✰GoLd GirL✰

  • 16 may 2012 19:16
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
super meqaledir eladir dosi,ilk meqale de tebrik.........

pisik.

  • 16 may 2012 17:11
  • Məqalə: 0
  • Şərh: 288
  • Bal:
{awards}
MARAQLI DEYILL EE

_R_

  • 16 may 2012 06:02
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
Tewekkur Eliyirem.. Yaxwi Xeberdi.. Axira Qeder oxudum

Temiz hava insan bedeninin teleb olunan Qidasidir

Ilk Xeeberin de mubareydi

winked smile winked

--------------------
Kuley esse agacin yarpaqi eyer saralibsa mutleq yere dusecey (Aforizm)...
Guya daa, Yalannan : ))

enigmatic_girl

  • 15 may 2012 21:54
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmm uzun olduguna gore yaxsi oxuya bilmedim tesekkur

--------------------

sweet__love

  • 15 may 2012 21:37
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
sagolun eliniz qolunuz agrimasin amma goresen kimse serh yazanlardan xeberi axira kimi tam oxuyub?)))))) inanmiram cunki bu uzunluqda xeberi oxumaga hevesi olan adam elmi ish yazar))) fellow
yenede eziyete gore tesekurler

✰GlaMurKa✰

  • 15 may 2012 21:25
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: heyatin menasi
ama cok uzun okumaya sebrim catmadi

aynen amma yenede tsk

heyatin menasi

  • 15 may 2012 20:19
  • Məqalə: 2
  • Şərh: 174
  • Bal:
{awards}
ama cok uzun okumaya sebrim catmadi

ASMIYA

  • 15 may 2012 20:15
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MARAQLIDIR. TESEKKUR EDIREM

--------------------


Okush

  • 15 may 2012 19:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xeber idi bu arada ilk xeberinde mubarek

EnD of TiMe

  • 15 may 2012 19:17
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
ilk serh menden...kiz ilk xeberin munasibetile tebrik edirem...xeberde superdr....

nurlana77

  • 15 may 2012 19:17
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
maraqliydi. xebercun twkrler love

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}