Mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm

 
Mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm...

Səni sevmək, illər əvvəl, səni ideal kimi qəlbimdə böyüdüb, heyranlığımın yavaş yavaş eşqə dönüşdüyünü gizləyərək qələmə aldığım

məktublarıma, eyni incəliklə, eyni həsrətlə, eyni heyranlıqla verdiyin cavablarına inanmaq idi.

Bütün təkidlərimə baxmayaraq, bu bənzərsiz lənəti pozmaqdan çəkinib, aylarla səni bir dəfə belə axtarmamaq idi.

Sonra qəflətən yollara düşüb, uşaqlığımda ürəyimdə cücərən sevgisi sənin eşqinlə yaşıllaşan bu şəhərin küçələrində öz sözlərinlə

"bu incəliyin və bu dərin anlayışın üzünü", yəni o maraqlandığın üzümü, gözlərinə daşımaq idi.

Mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm...

Görüşümüzdə, ayların günlərin təlaşı və susqunluğuyla izah etdiyin şeylərin heç birini

qəbul etmədən, yalnız heyranlıqla səni, seyr edərək, o təlaşlı, o uşaq əllərində özünü ələ verən həyəcanıma inanmaq idi...

Mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm...

Səni sevmək, sevgi uğruna, amma səndən icazəsiz, başqa bir şəhərdəki həyatımı tamamilə silib, yaşadığın şəhərə, yaşadığın göyün altına,

islandığın yağışların altına gəlib yenidən yerləşmək idi.

Səndən başqa, bu böyük şəhərdə kimsəsizlik idi səni sevmək... Küçələrdə tək bir tanış simaya rast gəlməməyə alışmaq idi

çətinliklə...

Təkliyin soyuq qollarından bir az olsun sıyrılıb, nəfəs ala bilmək üçün gecələri saatlarla tək qaranlıq küçələrdə

insanların nəfəsiylə istiləşməyə çalışmağım idi.

Heç tanımadığım insanların üzündə sənin üzünü axtarmaq, onların itmiş, ümidsiz həyatlarında

yaralı keçmişinin və uşaqlıq xəyallarınımın canlanması idi

Səni sevmək, bu şəhərin tozlu, işıqları ruhumu sancaraq, eyni gecənin ulduzları altında sənin üçün dəlilər kimi darıxmaq idi.

Mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm...

Aid olduğun səmada səni azad buraxmaq idi. Qoparmamaq idi qanadlarını. Ruhunun və qələminin tək qida qaynağından,

başqa sevgilərin şeirinə əlavə etdiyi misralardan qısqanclıqla səni məhrum etməyə cürət etməmək idi.

Ruhumun tək sahibi olan səni sahiblənməməyə qanaya-qanaya razı olmaq idi.

Tək imtina edə bilməyəcəyinin mən olduğuma özümü inandıraraq, həyatına boyun əymək idi.

Mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm...

Bir gün qəflətən, telefonda eşitdiyin bir səsə, ya da yeni tanış olduğun bir qadına aşiq olduğunu, səni necə qısqandığımı görmək istəyən şişirdilmiş bir

həyəcanla söyləyəndə, təlaşa qapılmamaq, bunun keçici hiss olduğuna və əsla məndən imtina edə bilməyəcəyinə inanmaq idi...

Yenə də içimdəki o qaçılmaz narahatlıq istər-istəməz saraldı .. Səsim nəfəsim kəsildi birdən... Həmin anlarda məni çox qucaqlayıb,

"Sən kiçik bir qızsan, bilirsənmi" deyən şəfqətli səsini sevirəm ən çox.

Və əslində mən, heç kimi sevə bilməyəcəyimi düşünüb kədərlənirəm...


Geri dön

::..ONSLAUGHT::..

  • 4 mart 2011 17:52
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
gözəl şeirə görə çox sağol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Grace_Angel

  • 8 noyabr 2010 21:37
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

AskZede

  • 8 noyabr 2010 20:17
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
mm cox super idi twk

--------------------

Lindo

  • 8 noyabr 2010 19:49
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
tesekkurler

Sergio Ramos

  • 8 noyabr 2010 19:40
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
tŞk...

--------------------

Yusif

  • 8 noyabr 2010 18:08
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

Klopp

  • 8 noyabr 2010 18:02
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Ецуллгк

Ulya

  • 8 noyabr 2010 16:37
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
twk

_M_E_H_I_

  • 8 noyabr 2010 14:43
  • Məqalə: 161
  • Şərh: 113
  • Bal:
{awards}
cox sag olun love

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

SerSeRi_RuzGaR

  • 8 noyabr 2010 14:21
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
MaRaqLidIr_CaniM-TEwEKkur_ediRem_))) recourse

--------------------
<<<$aLunKa>>>

sevgi yalandir

  • 8 noyabr 2010 14:20
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 75

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}