Sən axı hardan çıxdın bir daha qabağıma?

 
Sən axı hardan çıxdın bir daha qabağıma?

Yenə də qarşılaşdıq, bu hiss mənə tanışdı,
Unudulmuş keçmişim dilə gəldi, danışdı.
Xatirələr canlandı, sanki gözüm acışdı,
Gözümdən bir damcı yaş süzüldü yanağıma.
Sən axı hardan çıxdın bir daha qabağıma?

Kədər dolu qəlbimi ovutmuşdum nə yaxşı,
Qan ağlayan gözümü qurutmuşdum nə yaxşı,
Çox çalışıb mən səni unutmuşdum nə yaxşı,
Nə üçün sən od vurdun xatirə qalağıma?
Sən axı hardan çıxdın bir daha qabağıma?

Dayan, gözüm, ağlama, vaxtı çatmayıb, gözlə.
Ey titrəyən əllərim, ürəyimi əzizlə,
Indi gülümsəyirsən baxıb mənə, nə üzlə?
Inanmaram desən ki, düşmüsən sorağıma.
Sən axı hardan çıxdın bir daha qabağıma?

Mənə dərman olmadın, səndə ikən əlacım.
Indi daha gözləmə gəlim sənə əl açım.
Yadında saxla, sənə qalmayıb ehtiyacım!
Səni bağışlamaram, düşsən də ayağıma.
Sən axı hardan çıxdın bir daha qabağıma?


Xatirində qalıbsa bu qəlb bir vaxt sənindi,
Parçaladın, dağıtdın, bərpa etmən çətindi.
Artıq sənsiz həyata öyrəşmişəm mən indi,
Artıq “əlvida” sözü həkk olub dodağıma.
Nahaq yerə çıxmısan bir daha qabağıma!

11 may 2012

Müəllif : Həmid Piriyev


Geri dön

LoVe_LiFe

  • 25 may 2012 15:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Kədər dolu qəlbimi ovutmuşdum nə yaxşı,
Qan ağlayan gözümü qurutmuşdum nə yaxşı,
Çox çalışıb mən səni unutmuşdum nə yaxşı,
Nə üçün sən od vurdun xatirə qalağıma?
Sən axı hardan çıxdın bir daha qabağıma?

✰GlaMurKa✰

  • 17 may 2012 19:12
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Mənə dərman olmadın, səndə ikən əlacım.
Indi daha gözləmə gəlim sənə əl açım.
Yadında saxla, sənə qalmayıb ehtiyacım!
Səni bağışlamaram, düşsən də ayağıma.
Sən axı hardan çıxdın bir daha qabağıma?

GERI DONME

  • 16 may 2012 17:45
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
ELAAAAAAA ELERIVIZE SAGLIQ BUNA MEN SEIR DEYE BILEREM.........SAIRE KIMI TEBII KI QIYMET VERDIM laughing

Dinar Mamedova

  • 16 may 2012 17:16
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Dayan, gözüm, ağlama, vaxtı çatmayıb, gözlə.
Ey titrəyən əllərim, ürəyimi əzizlə,
Indi gülümsəyirsən baxıb mənə, nə üzlə?
Inanmaram desən ki, düşmüsən sorağıma.
Sən axı hardan çıxdın bir daha qabağıma?

--------------------

AYSHEGUL

  • 16 may 2012 16:41
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
Coooox gozel sheirdi ellerine sagliq smile

enigmatic_girl

  • 16 may 2012 16:22
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Xatirində qalıbsa bu qəlb bir vaxt sənindi,
Parçaladın, dağıtdın, bərpa etmən çətindi.
Artıq sənsiz həyata öyrəşmişəm mən indi,
Artıq “əlvida” sözü həkk olub dodağıma.
Nahaq yerə çıxmısan bir daha qabağıma!

--------------------

oliviya

  • 16 may 2012 12:38
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
mene derman olmadin sende ike elacim.
ondi daha gozleme gelim sene el acim.
yadinda saxla sene qalmayib ehtiyacim,
seni baqislamaram,dussende ayaqma
sen axi hardan cixdin bir daha qabaqma

My_Life_

  • 16 may 2012 12:22
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
Kədər dolu qəlbimi ovutmuşdum nə yaxşı,
Qan ağlayan gözümü qurutmuşdum nə yaxşı,
Çox çalışıb mən səni unutmuşdum nə yaxşı,
Nə üçün sən od vurdun xatirə qalağıma?
Sən axı hardan çıxdın bir daha qabağıma?
love

--------------------
..................

R.M_FaNaTka

  • 16 may 2012 12:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Maraqli Xebere gore tewekkurler Cox Beyendim

--------------------

✰Dгeaм✰

  • 16 may 2012 11:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Super seirdi.Cox beyendim.Ellerine sagliq.

ANGEL OF LOVE

  • 16 may 2012 11:07
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
Yenə də qarşılaşdıq, bu hiss mənə tanışdı,
Unudulmuş keçmişim dilə gəldi, danışdı.
Xatirələr canlandı, sanki gözüm acışdı,
Gözümdən bir damcı yaş süzüldü yanağıma.
Sən axı hardan çıxdın bir daha qabağıma?

love love love

Tacire

  • 16 may 2012 11:04
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
Əla! icazənizlə oğurladım,çünki çox bəyəndim! winked

sweet__love

  • 16 may 2012 11:01
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
elleriniz saliq beyendim

EnD of TiMe

  • 16 may 2012 09:19
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
canim super seirdir...seri yazanada ve bura qoyanada cox tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}