Namazı diqqətli qılmaq üçün ayə və hədislər

 
Namazı diqqətli qılmaq üçün ayə və hədislər

İnsan çata biləcəyi ən yüksək zirvəni namazda tapa bilər. Namazdan daha ali, daha fövqəl və daha müqəddəs məkan və an mövcud deyil. Sadəcə, biz bu sərvətdən məhrumuq. Namazlarımızı feli hərəkətdən qırağa çıxarda bilməmişik. Bunun üçün bir çox mübarək ayə və hədislər topladıq ki, bizi cənnətə aparmaq üçün vacib qılınan namaza bu qədər biganə yanaşmayaq. Ümidvaram ki, bu ayə və hədislər bizim namazda diqqətli olmağımıza yardım edəcək.

Qurani-Kərimdə buyurulur: “Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”
(“Taha” surəsi, 14)

“Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın”.
(“Bəqərə” surəsi, ayə 238)

“(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır”.
(“Nisa” surəsi, ayə 103)

“Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!”
(İbrahim surəsi, ayə 40)


Hədislər:Allahın Peyğəmbəri (s) buyurub: “Hər şeyin siması var, sizin dininizin də siması namazdır”.

Allahın Peyğəmbəri (s) buyurub:
“Allah Təala namazı mənim gözlərimin nuru etdi. Yemək - acın, su - təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram”.


İmam Əli (ə) buyurub:

“Namaz Allahın rəhmətini yerə endirər”.
İmam Əli (ə) buyurub:
Allahın Rəsulu (s) nə şam yeməyini, nə də başqa bir yeməyi namazdan önə salmazdı. Namaz vaxtı çatanda, elə bil nə ailəsini tanıyardı, nə də mehriban dostunu”.

İmam Əli (ə) buyurub:
“Namaz hər bir təqvalı üçün Allaha yaxınlaşmağın vasitəsidir”.

İmam Baqir (ə) buyurub:
“Namaz - dinin sütunudur. Namaz çadırın sütununun bənzər. Sütun möhkəm olsa, mıxlar və kəndirlər də möhkəm qalacaq, sütun əyilsə və sınsa, nə mıx möhkəm qalacaq, nə də kəndir”.

İmam Sadiq (ə) buyurub:
“Allahın yanında ən sevimli iş namazdır və o peyğəmbərlərin insanlara son tövsiyyəsidir”

İmam Sadiq (ə)
“Allah yanında ən üstün və ən çox sevilən əməl” barədə sualın cavabında buyurub:
“Allahı tanımaqdan sonra, namazdan üstün heç bir şey tanımıram. Məgər saleh bəndə İsa ibn Məryəmin «Mənə namazı tövsiyə etdi...!» dediyini görmürsənmi?”.


Allah Təala bizləri həqiqi namaz qılanlardan qərar versin!


Geri dön

aksana1993

  • 13 iyun 2012 22:46
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
deyerli serhleriniz ucun minnetdaram

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:17
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
“Allahın Rəsulu (s) nə şam yeməyini, nə də başqa bir yeməyi namazdan önə salmazdı. Namaz vaxtı çatanda, elə bil nə ailəsini tanıyardı, nə də mehriban dostunu”.

LoVe_LiFe

  • 25 may 2012 15:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GlaMurKa✰

  • 17 may 2012 18:55
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ANGEL LOVE

  • 17 may 2012 13:04
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allah razi olsun...................

--------------------

aksana1993

  • 16 may 2012 20:26
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
Allah butun namaz qilan bendelerin namazini qebul etsin ve qilmayanlarada nesib etsin bu gozel duygunu AMİN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

enigmatic_girl

  • 16 may 2012 17:59
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
“(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır”.

--------------------

Malina

  • 16 may 2012 16:26
  • Məqalə: 1
  • Şərh: 184
  • Bal:
{awards}
Allah menim ve butun namaz qilanlarin namazzini qebul etsin.Qilmayanlarada nesib etsin.Amin!

--------------------
[pppppp]

EnD of TiMe

  • 16 may 2012 16:08
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Allah razi olsun gozel xebere gore

Hilary Duff

  • 16 may 2012 15:41
  • Məqalə: 0
  • Şərh: 444
  • Bal:
{awards}
Tewekkurler Allah razi olsun

Priya

  • 16 may 2012 15:11
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Kaş ki, Allahu-təala namazı bizə dərk etdirə və bizi məhz Allah xatirinə namaz qılanlardan eyləyə, amin.
Məqalənizi bəyəndim.Təşəkkür edirəm.Çox razıyam.Rəbbim də sizdən razı olsun.

--------------------




SeL_cAn

  • 16 may 2012 14:25
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}

“Namaz Allahın rəhmətini yerə endirər”.
ƏLLƏRİNİZƏ SAĞLIQ


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

sevgi dushmeni

  • 16 may 2012 14:00
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
Allah Təala bizləri həqiqi namaz qılanlardan qərar versin! aminnnnnn cooox saol meqale ucun ellerine sagliq

--------------------

.♣.Chrysalis.♣.

  • 16 may 2012 13:39
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Allah Təala bizləri həqiqi namaz qılanlardan qərar versin! Amin Allah hamiya hidayet versin

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

✰Dгeaм✰

  • 16 may 2012 13:00
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}