
Yad üzər
Bilmirəm, xəyalsan, yoxsa gerçəksən?
Mənim dərdimi hardan biləcəksən?
Yolumun üstünə bitən çiçəksən,
Dərsəm solarsan, dərməsəm, yad üzər.
Daha bezdiribdir məni gileylər,
Ürək susar, gileyini dil eylər.
Qadını ucaldar, hörmətli eylər,
Yaxşı qardaş, saleh övlad, ya düz ər.
Ay Rəhimli, sevgi çoxdu ya nifrət?
Həqiqətin tək gərəyi cəsarət.
Bu ayrılıq, bu sənsizlik, bu həsrət,
Ya ömrümü parçalayar, ya düzər..
Bilmirəm, xəyalsan, yoxsa gerçəksən?
Mənim dərdimi hardan biləcəksən?
Yolumun üstünə bitən çiçəksən,
Dərsəm solarsan, dərməsəm, yad üzər.
Daha bezdiribdir məni gileylər,
Ürək susar, gileyini dil eylər.
Qadını ucaldar, hörmətli eylər,
Yaxşı qardaş, saleh övlad, ya düz ər.
Ay Rəhimli, sevgi çoxdu ya nifrət?
Həqiqətin tək gərəyi cəsarət.
Bu ayrılıq, bu sənsizlik, bu həsrət,
Ya ömrümü parçalayar, ya düzər..

Aygun Rehimli