Qəlblərin ətrafında dolaşmasaydılar şeytanlar

 
Qəlblərin ətrafında dolaşmasaydılar şeytanlar

Qəlblərin ətrafında dolaşmasaydılar şeytanlar...

İnsan görürsə ki, halı var, qəlbi incəlib, ruhiyyəsi yerindədir, gərək bu durumunu israf etməsin, əldən verməsin. Əla fürsətdir. Fürsətini fövtə verməyib, ibadətinə, ziyarətinə, sileyi-rəhminə, Quran oxumasına, əl tutmağa, ehsan etməyə, mehribanlıq göstərməyə - cürbəcür saleh işlərə əl atsın gərək. Bu halda olanda Allah-təala ilə ünsiyyətini nə qədər istəsə, genişləndirə bilər. Münbit bir şəraitdir.
Yox, qəlbində bir yorğunluq, halsızlıq varsa, insan elə vacibatların yerinə yetirsin, bunlara diqqəti artırsın. Əlavə, müstəhəb, gözəl məsələlər ki, var, dinimiz deyir ki, onları insan gərək çalışsın özünün ruhi şadlıq halına salsın, daha münasib şəraitdə yerinə yetirməyə üstünlük versin. Qəlbi hazır olmadığı halda insan gərək çalışsın özünü ağır yükləməsin. Yenə də vurğulayaq ki, söhbət vacibatlardan getmir. Vacibatları hər bir ruhi vəziyyətdə yerinə yetirmək gərəkdir. Söhbət o işlərdən gedir ki, Allah- təala bunları bəyənib, lakin vacib buyurmayıb. Amma qəlb lazımi, hazır vəziyyətdə olanda, ona sahib çıxmaq gərəkdir, mənəvi nemətlərdən ruha hopdurmaq gərəkdir.

Qəlbi qorumaqla bağlı dinimizin bir çox göstərişləri var. Həzrət Peyğəmbərdən (s) nəql olunur: “Şeytanlar hər an insanların qəlblərinin ətrafında dolaşmasaydılar, insanlar hər an qeyb aləmini görərdilər”. Hər an bir məkrli və amansız ovçu təki insanın qəlbinin ətrafında iblisin tör-töküntüləri fırlanır, istəyir tor atsın, qəlbi qəsb etsin, ələ keçirsin, qəlbə sahib olsun. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəlinə aid bir mövzudur. Lənətlik iblis insan övladına qənim kəsilib və bütün səyini yönəldir ona ki, qəlbi irin və çirkə qərq edərək, insanı mənfi əməllərə sövq etsin. Bu iblislər insanların qəlbinin ətrafında hərlənməsəydi, insanların bəsirətləri açılardı, onlar qeyb aləmini görməyə qədər gəlib yetişərdilər.
İndi bu məlunlar hər an insanın qəlbinin ətrafındadırsa, insan gərək hər an diqqətli olsun, qəlbinin zəhərlənməsinə, əldən çıxmasına rəvac verməsin. Qiyamət gününə əliboş getməyə, iblislə yoldaş olmağa özünü məhkum etməsin. Nicat yolunu seçsin, işığa doğru getsin. Qəlbinin ətrafında hərlənən iyrənc məxluqların qəlbinin içərisinə daxil olmasına macal verməsin. Elə bir ruhi vəziyyətə yetişsin ki, iblis və onun tör-töküntüləri onun qəlbinə belə yaxınlaşmaqdan məəttəl olsunlar. Əliboş qoysun daim bu məlunları.
.

Qəlblərin ətrafında dolaşmasaydılar şeytanlar


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:18
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
ALLAH RAZI OLSUN

LoVe_LiFe

  • 25 may 2012 15:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

enigmatic_girl

  • 16 may 2012 17:09
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Sitat: R.M_FaNaTka
Maraqli Xebere gore tewekkurler Cox Beyendim ALLAH RAZi Olsuj

--------------------

R.M_FaNaTka

  • 16 may 2012 12:05
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
Maraqli Xebere gore tewekkurler Cox Beyendim ALLAH RAZi Olsuj
smile

--------------------

sema-20

  • 16 may 2012 11:33
  • Məqalə: 1
  • Şərh: 63
  • Bal:
{awards}
http://legend.az/75131-qelblerin-etrafinda-dolasmasaydilar-seytanlar.html

--------------------
DOSTLUQ var meqsedi xeyir ucun...---DOSTLUQ var meqsedi xow vaxt kecirmek ucun...(men 1-ci olani secerdim.)..BES SEN?...

✰Dгeaм✰

  • 16 may 2012 11:27
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}