Canım

 
Canım


Bu gün daha qəmgin durmuşdu yuxudan. Bu gün deyəcəydi. Ağır olsada deyəcəydi. Ayrılmaq qərarını... Amma çox qorxurdu. Onunla yaşadığıda gözəl günlər... Onun gözləri... Onlarsız yaşaya bilməzdi amma artıq onunla da yaşaya bilmirdi. Tez yataqdan qalxıb ona zəng vurdu. Həmişəki yerə gəlməsini istədi. Ürəyi çox sıxılırdı.
Yenə də birinci gəlmişdi. Bir neçə dəqiqədən sonra Aysel də burda idi. Aysel "onun" gözlərindən söhbətin ağır olacağını hiss etdi. Artıq yarım saat idi ki, ikisidə sükut içində coşqun dənizin "hayqırtı"sını dinləyirdilər. Sanki dəniz onları başlarına gələcək faciədən xəbərdar etəyə çalışırdı. Qız ölü sükutu pozaraq "mən üşüyürəm. Hələ çox heykəl kimi burda duracayıq?!" dedi. Onlar bir kafeyə gələrək oturdular. Aysel səbirsiz halda "mənə nəsə vacib bir söz deyəcəksən?" dedi. Oğlan qızın gözlərinin içinə baxaraq"". Çox vacib bir söz deyəcəm. Yadındadı mən 3 gün bundaq qabaq sənə zəng eləmişdim. Sənə gözəl bir şeir yazmışdım onu oxumaq üçün. Amma sən " heç yeridi şeirin! Sənin başqa işin yoxdu! Get dərs oxu imtahanlara az qalıb!!!" demişdin. Yadındadı?
-Hə yadımdadı! İndi bunları niyə yada salırsan?
-Hə Aysel mən o gün sənə... Sən başa düşmürsən... Sənin üçün hər şey oxumaq, özünə gözəl bir kariyera qurmaq mənnən bəlkədə ailəndən daha da vacibdi! Bəlkə düz demirəm?!-Axı bu ... Sənin axı lap əvvəldən mənim bu xasiyyətimi bilirdin!
-Elə əvvəldən biz böyük bir səhv etmişik! Sənlə mən ağla qara kimiyik. Sən bu neçə ildə bircə dəfə də mənə səhər "səni sevirəm" deyə balaca bir sms belə yazmamısan!!! Yadındadı mən bərk xəstələnmişdim. Mənim qrup yoldaşlarım və sən bizə gəldin. Onda mənim bir dostum mənə "kefdəsənee Aysel sənə baxar 2 günə turp kimi olarsan" dedi. Sən onda əsəbləşdin. Mənə göz süzdürüb "mən xəstə baxıcısı deyiləm!" dedin.
-Axı mən... Sən niyə bu söhbətləri yada salırsane! Bilirsənki, belə məsələrdə xasiyyətim pisdi.
- Biz bir-birimizə antonimik! Biz... Ayrılmalıyıq!...
-Axı niyə? Yoxsa arada qız..
-Yox! Belə bir şey yoxdu çətinki sənnən sonra bir neçə müddət də olsun!!!
-Axı sən bilirsən ki, mən romantik deyiləm. Ola bilmərəm də başa düş! İndi sən mənnən şair olmağımı istəyirsən?!
-Yox! İstəmirəm! Heç olmağını da gözləmirəm! Ona görə də...

Yenə o ölü sükut... Aysel çantasını və kurtkasını əlinə aldı. Və dedi gedək?
-Mən hələ burda oturmaq istəyirəm. İstəyirsənsə sən get! Onlar axırıncı dəfə qucaqlaşdılar...Aysel son dəfə "sənə həyatda uğurlar" deyərək getdi...
O kafedə yarım saata yaxın oturdu və fikirləşdi. Görəsən düz elədim. Hə düz elədim. Bizimki onsuzda alınmayacaqdı... Beləcə durub sahilə getdi. BirSəhər saat 7 idi. Saatın zənginə oyandı. Tələsik geyinməyə başladı. Telefonu götürdükdə 12 cavabsız zəng və 1 mesaj gördü. Onnan idi. "Canim"dan... Ayselin adı onun telefonunda hələ də canım idi.
Yalnız onları sevməyi sevdim. Onlarsız da sevdim amma səni sənsiz yaşaya bilmirəm. Bu sevgini ürəyimdə ən dərində gizlətdim heç kim görüb əlimdən almasın deyə. Yalnız sənə deyirəm gözəl gözlüm bircə səni sevirəm sənə görə də öləcəm amma sənsiz... ƏLVİDA... CANIM...
İlk dəfə idi ki, Ayseldən belə bir mesaj alırdı. Gözləri doldu Telefonu əlinə alaraq "canım"a zəng etdi. Telefonu başqa biri götüdü.
-Salam xanım! Ayseli olar? Vacib lazımdı.
- Cavabda qadın ağlamağa başladı. O intihar edib. Mən onun anasıyam oğlum. O bütün gecəni kiməsə davamlı olaraq zəng edirdi. Səhər otağının işığının yanılı qaldığını görəndə otağına girdim. Aysel özün asmışdı.

Dəlixana həkimləri hesabat yazırdılar. Biri digərdin soruşdu. 3 ay bundan qabaq gətirilən xəstə necə oldu?
-O telefonu əlində bərk-bərk sıxır və heç kimin götürməsinə icazə vermir. Bir nömrəyə davamlı olaraq mesaj yazır. O gün onu yatızdırandan sonra dözməyib oxudum.
-Nə yazılmışdı?
"Yalnız onları sevməyi sevdim. Onlarsız da sevdim amma səni sənsiz yaşaya bilmirəm. Bu sevgini ürəyimdə ən dərində gizlətdim heç kim görüb əlimdən almasın deyə. Yalnız sənə deyirəm gözəl gözlüm bircə səni sevirəm sənə görə də öləcəm amma sənsiz... ƏLVİDA... CANIM..."
-Kimə yazırdı ki?
-"canım" adında birinə dözməyib ona da zəng elədim. Bu nömrə artıq işləmirdi...


Geri dön

LoVe_LiFe

  • 25 may 2012 16:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
:(((((( COX PIS OLDUM TESEKKURLER MARAQLI HEKAYEYE GORE

✰GlaMurKa✰

  • 17 may 2012 18:39
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurlerrrrrr

ANGEL LOVE

  • 17 may 2012 12:52
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk hekayeye gore.................

--------------------

Niqul

  • 17 may 2012 10:37
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
BU HEKAYENI EWITMIWDIM COX QEMLI HEKAYEDI no
XEBERE GORE TEWEKKURLER no

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

My_Life_

  • 17 may 2012 01:00
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
Canim sozunnen iyreniremeeeeee

--------------------
..................

Hilary Duff

  • 16 may 2012 22:05
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler...

enigmatic_girl

  • 16 may 2012 20:35
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Ayy pis oldume....((( recourse

--------------------

oliviya

  • 16 may 2012 19:39
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
men bu seri turk dilinde sessli dinlemisdim ondada mene cox tesir etmisdi,indide.bir seyi unutmayaq sevdiyimizi olduqu kimi qebul etek ve olduqu kimide sevek cunku deyisdirsek o, o olmayacaq.

SU PƏRİSİ

  • 16 may 2012 19:26
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
TESSEKURLER....CANİK...

--------------------

lovelyyy

  • 16 may 2012 19:10
  • Məqalə: 0
  • Şərh: 344
  • Bal:
{awards}
Teşekkürler

--------------------
İnSaNıN hƏyAtInDa CəMi Üç BöYüK hAdİsƏ vAr: DoĞuLmAq, YaŞaMaQ vƏ öLmƏk... O, nEcƏ dOğUlDuĞuNu HiSs EtMiR, iNsAn KiMi YaŞaMaĞı UnUdUr Və ƏzAbLaR İçİnDə ÖlÜr...

Priya

  • 16 may 2012 19:06
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Səmimiyyətimə inanın, gözlərim doldu.Mən hər hekayədən ötəri gözlərimə hakim ola bilərdim.Amma, sizin bu məqaləniz...Bilirsiniz, sevgidə belə anlaşılmazlıqlar çox olur.İnsan gərək sevdiyinə keçirdiyi hissləri gizlətməsin.Mən belə düşünürəm.Çox təşəkkürlər.

--------------------




✰Dгeaм✰

  • 16 may 2012 18:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}