Halal qazanc Allah yolunda cihaddır

 
Halal qazanc Allah yolunda cihaddır


Halal qazanc Allah yolunda cihaddır


Nə edirsiniz? Hansı işlə məşğulsunuz? Hansı vəzifə və məsuliyyəti öhdənizə götürmüsünüz?

İş və əmək insanın şərəfi və həyatın cövhəridir. Dünya və axirət xoşbəxtliyi və müvəffəqiyyət insanın əməksevərlik və çalışqanlığına bağlıdır. Arzu və xəyallarla yaşamaq insanı heç bir məqam və zirvəyə çatdırmayacaqdır. Yüksək məqam və şərəfə çatmaq üçün işlərdə ciddi, iradəli və çalışqan olmaq lazımdır. Allahın Rəsulu, əzəmətli Peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfa (s) halal ruzi qazanmaq üçün zəhmət çəkib, əziyyətlərə qatlaşıb alın təri ilə çörək qazanan insanları Allah- Taala yolunda döyüş meydanında cihad edən şəxslərə oxşatmışdır. Buna görə də, səhər sübh tezdən yuxudan oyanıb eşq və şövq ilə faydalı, halal, şərəfli iş arxasınca gedən və axşam yorğun, lakin alnıaçıq və başıuca evə qayıdan kişi, sanki Allah yolunda olan cihad meydanından qayıtmışdır.


Sən, ey əziz bacım! Bilməlisən ki, pişvazına çıxdığın, gülərüzlə qapını açıb qarşıladığın və mehriban əllərinlə üz-gözündəki, üst-başındakı toz-torpağını sildiyin və xoş sözlərlə əzizləyib süfrə başına dəvət etdiyin kişi, həqiqətdə, İslam uğurunda döyüş meydanından yaralı və üz-gözü qanlı qayıtmış İslam əsgəri kimidir. Bil ki, ərin bir İslam döyüşçüsü savabına çatırsa, sən də döyüş meydanlarında əsgərlərin üz-gözündən qanı silib onlara tibbi yardım göstərən tibb bacısının qazandığı savaba nail olursan. Bəlkə də, ondan daha çoxuna, çünki sənin gülər üzün və mehriban əllərin ərinin həm ruhunun və həmdə cisminin məlhəmidir.


Bütün müsəlman, imanlı, ismətli və kəramətli qadınların borcudur ki, öz ərlərinə halal və faydalı bir iş tapmaqda köməkçi olsunlar və onları zəhməti çox olsa da belə halal qazanc dalınca getməyə təşviq etsinlər. Həmişə ərlərini və onların sənət, peşə və işlərini ən gözəl sözlərlə tərifləyib, öz gözəl davranışları ilə onların zəhmətlərinə qiymət verib, onlara təşəkkür etsinlər ki, onlar da öz işlərində güclü olsunlar və çətinliklərə qələbə çala bilsinlər.


Aşağıda oxuyacağınız məktubda öz ilahi və insani vəzifəsini layiqincə yerinə yetirən birisiylə tanış olacaqsınız:


"... Ərim çox yaxşı bir cavandır. Zirək, bacarıqlı və çalışqandır. Səhər tezdən, axşama qədər iş-güc dalısıncadır. Həm əxlaq və davranış qaydalarını və həm də yaşayış xərclərini layiqincə yerinə yetirdiyinə görə ondan tam razıyam və təşəkkür edirəm. O da məndən razıdır. Həmişə anasına mənim səliqə və təmizliyimi tərif edir. Mən buna görə çox xoşhalam… Amma o, həddindən artıq çox işləyir. Biz təkcə bazar günləri iki uşağımızla birlikdə olur və gəzintiyə çıxa bilirik. O, bəzən, hətta bazar günləri də bizimlə olmur və bizi tək qoyub işləməyə gedir... Mən nə qədər desəm də ki, xərclərimizə qənaət edərik, ehtiyac yoxdur sən bazar günləri də işləyəsən, qulaq asmır. Deyir ki, tənbəllik etmək olmaz, abırlı dolanmalı və başqalarından geri qalmamalıyıq.


Mənim sizdən xahişim budur ki, onu öz fikrindən daşındırmaq üçün mənə kömək edib onun bazar günləri işə getməyib evdə qalması üçün nə etməli olduğumu mənə deyəsiniz. Çünki mən heç olmazsa bazar günləri uşaqlarımızın əlindən tutub istirahət parklarına və ya qohumları yoxlamağa getməyi uşaqların tərbiyəsi, ruhi və fiziki sağlamlığı üçün lazımlı bilirəm...?
"


O, düz deyir ki, tənbəllik etmək olmaz çünki, tənbəllik dinə və dünyaya zərərlidir.[1] Hər kəs ruzi qazanmaq və dünya işlərini nizama salmaqda çalışmayıb tənbəllik etsə, onun həyatda yaşamağının xeyri və faydası yoxdur.[2]


O, düz deyir ki, həyatda abırlı yaşamalı, ailənin ehtiyaclarını şərəf və izzətlə təmin etməlisən. Amma mühüm bir nöqtəyə diqqət etməlidir ki, insanın ehtiyacları yalnız yemək-içməkdə, geyimdə və bunlar kimi digər maddi şeylərdə xülasə olmur. Onun ruhi və mənəvi ehtiyacları da vardır ki, maddi ehtiyaclardan daha da önəmlidir. Bu ehtiyacların vaxtında təmin olunması və cavablandırılması zəruridir.


Məktubdan da göründüyü kimi, ərlə danışıb-gülmək, dərdləşmək, ondan sevgi-məhəbbət sözləri eşitmək, nəvaziş və mehribançılıq görmək, sevilmək qadınların ən əsas ehtiyacları və ən şirin arzularındandır.


Bu ehtiyac o dərəcədədir ki, insan bir neçə gün yemək-içməksiz və geyimsiz qala bilər, amma havasız bir an da olsun belə həyatı davam etdirə bilməz. Məhəbbət, ünsiyyət, sevgi, nəvaziş və qayğıkeşlik də qadının saf, şad, təravətli və ruhiyyəli olması üçün hava kimi zəruridir.


Kişinin öz ailə və uşaqlarına məhəbbət, qayğı göstərməsi və onların bu mühüm ehtiyaclarını təmin etməsi o qədər zəruridir ki, əziz Peyğəmbərimiz (s) bu işi, Mədinə şəhərində Peyğəmbər (s) məscidində etikaf saxlamaqla müqayisə etmiş və bu işə ciddi yanaşmayan kişilərə buyurmuşdur: “Kişinin öz arvad və uşaqları ilə oturması və ünsiyyət yaratması, Allah yanında mənim bu məscidimdə etikaf saxlamasından daha üstün və fəzilətlidir”.[3]


Halal qazanc Allah yolunda cihaddır


Geri dön

LoVe_LiFe

  • 25 may 2012 16:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
allah razi olsun

✰GlaMurKa✰

  • 17 may 2012 14:14
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ANGEL LOVE

  • 17 may 2012 12:40
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun...............

--------------------

Su Perisi

  • 17 may 2012 11:08
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Kişinin öz arvad və uşaqları ilə oturması və ünsiyyət yaratması, Allah yanında mənim bu məscidimdə etikaf saxlamasından daha üstün və fəzilətlidir”.

--------------------

Hilary Duff

  • 16 may 2012 21:59
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler... Allah razi olsun

enigmatic_girl

  • 16 may 2012 21:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ANGEL OF LOVE

  • 16 may 2012 20:58
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
“Kişinin öz arvad və uşaqları ilə oturması və ünsiyyət yaratması, Allah yanında mənim bu məscidimdə etikaf saxlamasından daha üstün və fəzilətlidir”.[3]
maraqlidir,thanks)

✰Dгeaм✰

  • 16 may 2012 20:45
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.Deyerli meqaledi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}