Dünya siyasətində sensasiya: iki ərəb ölkəsi birləşir

 
Dünya siyasətində sensasiya: iki ərəb ölkəsi birləşir


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının (Gulf Cooperation Council, GCC) toplantısında sensasiyalı qərar açıqlanıb.
"The New York Times"a istinadən bildirir ki, yeni regional ittifaq yaradılır. Bu ittifaqın ilk üzvləri Səudiyyə Ərəbistanı və Bəhreyn krallıqları olacaqlar.
Onlar İran tərəfdən artan təhlükəni nəzərə alaraq müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahələrində birgə siyasət yürütməyə qərar veriblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl Feysəlin dediyinə görə, ittifaqa sonradan Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Oman da birləşə bilərlər.
Lakin Səudiyyə Ərəbistanı və Bəhreyndən fərqli olaraq, həmin ölkələr ittifaqa assosiativ üzvlük prinsipi ilə qatıla bilərlər.

"The Wall Street Journal" bildirir ki, Səudiyyə Ərəbistanı və Bəhreynin birləşməsinin təşəbbüskarı rəsmi Manamadır. Əhalisi 700 min nəfər olan Bəhreyn sakinlərinin 2/3 hissəsi şiələrdir. Onlar hakimiyyətdəki əmir əl Xəlifə sülaləsinə qarşı çıxaraq genişmiqyaslı etiraz aksiyaları keçirirlər. Əmir əl Xəlifə də bu etirazları yatırmaq üçün Ər-Riyada müraciət etmiş, Səudiyyə Ərəbistanı qonşu Bəhreyn ərazisinə qoşunlar yeritmişdi.

Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanının hakimiyyət dairələri şiələrin etiraz aksiyalarının ölkənin Şərq əyalətinə sıçraya biləcəyindən qorxurlar. Səudiyyə Ərəbistanının neft ehtiyatlarının tam əksəriyyəti əhalisinin çoxu şiə ərəblər olan Şərq əyalətinin payına düşür.

Üstəlik, rəsmi Ər-Riyad hərbi, siyasi və iqtisadi baxımdan çox zəif olan Bəhreynin müəyyən müddətdən sonra İranın təsir dairəsinə düşməsinə yol verməməyə çalışır.

Şahzadə əl Feysəlin dediyinə görə, Səudiyyə Ərəbistanı və Bəhreynin silahlı qüvvələri, xarici siyasəti və iqtisadiyyatı birləşəcək.

Bununla belə, birləşmə nəticəsində vahid dövlət yaranmayacaq. Sadəcə olaraq, Səudiyyə Ərəbistanı və Bəhreyn regionda Fars Körfəzi ölkələrinin Avropa Birliyinə analoqu olacaq strukturunu yaratmağa çalışdıqlarını bəyan edirlər.

Bəhreynin inteqrasiya naziri Samirə Rəcəbin dediyinə görə, Səudiyyə Ərəbistanı ilə birliyin maksimum dərəcədə sıx olmasına çalışacaqlar.
"Ölkələrimiz dövlət müstəqilliklərini saxlayacaq, BMT üzvü olmağa davam edəcəklər. Lakin xarici siyasət, təhlükəsizlik, müdafiə və iqtisadiyyatda vahid ölkə kimi çıxış edəcəyik", - S.Rəcəb deyib.

Bəhreynin baş naziri Xəlifə bin Salman əl Xəlifə isə bəyan edib ki, sərhədləri ləğv edərək "insanların xəyalını gerçəkləşdirmək planları" var.


Geri dön

LoVe_LiFe

  • 25 may 2012 16:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
MARAQLIDIR TESEKKURLER

man-utd

  • 21 may 2012 16:41
  • Məqalə: 1
  • Şərh: 148
  • Bal:
{awards}
thankssssssssss

✰GlaMurKa✰

  • 17 may 2012 18:36
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurlerrrrrrr

hello kitty

  • 17 may 2012 16:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hmmmmmm twkler

ANGEL LOVE

  • 17 may 2012 12:48
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
xebere gore twkler............

--------------------

enigmatic_girl

  • 16 may 2012 20:41
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmmm tesekurler....

--------------------

ANGEL OF LOVE

  • 16 may 2012 20:14
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
Bəhreynin baş naziri Xəlifə bin Salman əl Xəlifə isə bəyan edib ki, sərhədləri ləğv edərək "insanların xəyalını gerçəkləşdirmək planları" var.

thanks))

✰Dгeaм✰

  • 16 may 2012 18:36
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli xeberdi.Tesekkurler.

_RiHanNa_

  • 16 may 2012 16:50
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Hmmm..thankss

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}