Keçmişimizə bir nəzər

 
Keçmişimizə bir nəzər

Bəzən insan dönüb keçmişinə nəzər saldıqda, keçmişdə yaşadıqları bir-bir gözlərinin önündən gəlib keçdiyi zaman, gah sevinir, gah da kədərlənir. Bəzən etdiyi hər hansısa xoş hərəkətdən qürurlanır, bəzənsə bilərəkdən və ya bilməyərəkdən etdiyi səhvləri onu utandırır. Görəsən, insan keçmişə qayıtsaydı və etdiyi səhvləri düzəltmə imkanı qazansaydı, ilk düzəltdiyi hansı səhv olardı ? Dağıtdığı evi qurardı, yoxsa sındırdığı yetimin qəlbini ovundurardı, bəlkə köməyə ehtiyacı olduğunda atıb getdiyi dostunun köməyinə qaçardı və ya qəlbini qırıb, yarı yolda tək-tənha qoyub getdiyi sevgilisindən bağışlanmasını diləyərdi!?

Yox, bəlkə də insan bunların heç birini etməzdi. Çünki onun heç bir zaman ayrıla bilməyəcəyi Qürur adlı dostu ona imkan verməzdi bunu etməyə .Kim bilir bəlkədə qürurluğundan utanan insanlığı bütün etdiyi pislikləri təmizləmək üçün onun üzərində hökmranlıq etdiyi qüruru ilə mübarizəyə qalxıb və var gücü ilə bu mübarizədən qalib çıxıb insanlığın qürur və kibirdən daha üstün olduğunu sübut edərdi. Bəlkə də...

Bir anlıq təsəvvür edək ki, artıq Qiyamət Günü gəlib və biz Allahın hüzurunda etdiyimiz əməllərin hesabını vermək üçün dayanmışıq.Təsəvvür etmek bele qorxuludur . İnsanı dəhşətli vahimə bürüyür. Bu hələ sadəcə olaraq bir təsəvvürdür. Hər birimiz heç olmasa həyatımızda bir dəfə də olsa bizə göndərilmiş müqəddəs kitabımız olan Qurani-Kərimi oxumuşuq və o kitabda Qiyamət Günündən sonra gələcək günün necə ağır olacağını da bilirik . Məhz o gün biz insanlar bütün əməllərimizə görə bizi yoxdan var edən, sadəcə “ OL” dediyi anda hər bir şeyi yaradan Allaha cavab verməli olacağıq.

Keçmişimizə bir nəzər

Yadımdadır məktəbdə kim dərsini yaxşı öyrənib müəllimə dərsi daha aydın başa salardısa, o da əla qiymət alardı. Hətta şərəf lövhəsində şəkli də asılardı. Dərslərini oxumayan şagirdsə həmişə 2- dən başqa qiymət almazdı. Sinifdə qalanları da olurdu.

Məhz haqq-hesab günü də buna bənzəyir. Yəni insanlar da iki qismə bölünəcəklər. Yaxşı əməl sahibləri yəni əlaçılar və pis əməl sahibləri yəni iki qiyməti alanlar. Yaxşı əməl sahibləri əbədi həyat üçün Cənnətə, pis əməl sahibləri isə etdikləri pis əməllərin hesabını vermək üçün əbədi olaraq Cəhənnəmə göndəriləcəklər.

İndi görün hansı daha gözəldi Cənnət, yoxsa Cəhənnəm?


Əgər mən bir anlıq da olsa keçmişə qayıda bilsəydim çalışardım ki, heç kəsi incitməyim. Çünki mən Allahın qəzəbindən çox qorxuram və etdiyim pis əməllərin müqabilində Cəhənnəmdə əzaba düçar olacağımı da bilirəm. Amma Allahın mərhəmət və rəhmətinə də inanıram. Çünkü Allah ən zalım,günah içində batan bəndəsini də belə bağışlayır. Bəlkədə mənim nə zamansa etdiyim amma unutduğum hansısa yaxşı əməlim məni Cəhənnəmdə təmizləndikdən sonra Cənnətə qəbul ediləcəyimə səbəb olacaq. İnşallah ki, mən Allahın qatında bircə dəfə də olsa yaxşı əməl etmiş olum. Amin. Elə isə niyə də yaxşı işlər görüb hamılıqla Allahın bizə hədiyyə etdiyi gözəl Cənnətlərindən birinin sakinləri olmayaq.

Gəlin, elə bu gündən incitdiyimiz, qəlbini qırdığımız, ağlatdığımız , xətrinə dəydiyimiz və küsülü olduğumuz insanlardan üzr istəyib bağışlanaq və yaxudda əksinə biz kimlərisə bağışlayaq. Bax, o zaman artıq Cənnətə bir addım yaxınlaşmış olacayıq. Hər gün daha da yaxınlaşacayıq. Çünkü Allah ayələrinin birində bunu bizə göstərib artıq. Biz Allah o qədər yaxınlaşacayıq ki,artıq Cənnətin qapısı qarşısında olduğumuzu görəcəyik. Bax, ondan sonrası isə Allah Kərimdir.



Müəllif: Medina Abbasova


Geri dön

✰GlaMurKa✰

  • 2 iyun 2012 01:12
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
tesekkurler xebere goreee kecmisi unutmaq olmur

LoVe_LiFe

  • 25 may 2012 16:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MARAQLIDIR TESEKKURLER

enigmatic_girl

  • 18 may 2012 00:02
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir))

--------------------

★Azerbaijan girl★

  • 17 may 2012 23:44
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
TEWEKKURLER......................

✰GoLd GirL✰

  • 17 may 2012 22:41
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
super idi tesekurler.........

My_Life_

  • 17 may 2012 19:12
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
Kecmisimnen nifret edirem elimde olsa silerem

--------------------
..................

I am Happy

  • 17 may 2012 15:43
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Supeeeer hekayedi. Tshk.

--------------------

✰GlaMurKa✰

  • 17 may 2012 13:57
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkruerrr

2_BuYnUzLu_KeCi

  • 17 may 2012 13:36
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
{awards}
coox cox twk ler minatdaram bu movzuya toxunduqnuz ucun..! kelmelernizle meni kecmiwe qaytardiz gozlermi yawartdiz..! ellerinise sagliq recourse

ANGEL LOVE

  • 17 may 2012 12:23
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
qewengdi yaziya gore twkler...............

--------------------

enigmatic_girl

  • 17 may 2012 11:59
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: TurN Off ThE WorLd
cox sagol dogurdanda cox geseng idi

--------------------

TurN Off ThE WorLd

  • 17 may 2012 11:39
  • Məqalə: 5
  • Şərh: 501
  • Bal:
{awards}
cox sagol dogurdanda cox geseng idi

✰Dгeaм✰

  • 17 may 2012 09:11
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli idi.Ellerine sagliq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}