Tələb edənə xidmətçi ol

 
Tələb edənə xidmətçi ol

Gecə yarısından sonra, Hz. Mövlananın dərgahının qapısı döyülür. Tələbələri açarlar. Sərxoş bir gənc, mən Ustad Mövlananı görüb, əlini öpüb duasını alacam deyər. Tələbələr qovsalar da, o getməz, duasını almadan getməyəcəm deyə dirəşər. Tələbələr nə etsələr də gənci oradan uzaqlaşdıra bilmədilər.

Səs-küyə Hz. Mövlana oyanar, nə var, nə bu səs-küy? deyə soruşar. Tələbələri, əfəndim, sərxoş bir gənc, duanızı almadan getməyəcəyini söyləyir deyərlər.

Hz. Mövlana tələbələrinə, o, sərxoş başla bu saatda bizi tapa bilmiş, siz ayık başla içəri ala bilmirsiniz. Bəlkə səmimidir, niyə qovursunuz?
Tələb edəni, ixlasla axtaranı qovma səlahiyyətimiz yoxdur. Atəşdən çıxıb gələnə, dön təkrar atəşə deməyə haqqımız varmı? Buraxın gəlsin yanıma buyur ora Hz Mövlana.

Mövlana həzrətlərinin bu sözlərini eşidən gənc gəlir və ağlayaraq, müəllimim mənim kimi sərxoş, ədəbsiz biri üçün, tələbələrinizə giley etmənizə könlüm razı olmadı. Məni də tələbəliyə qəbul buyurmazsınızmı? O tələbələrin və sizin xidmətinizdə olmaqla şərəflənmək istəyirəm deyər.

Hz. Mövlana gəncin gözyaşlarını silib deyər ki: Övladım xoş gəldin aramıza, kimin nə vaxt nə olacağı müəyyən olmaz, hansı vəsilə ilə Allaha qovuşacağı müəyyən olmaz. Allahu təala aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbər əfəndimizə (S.A.V), "Məni tələb edənə xidmətçi ol" deyə əmr edir. Buna görə tələb edənin halına vaxtına saatına baxılmaz, tələbinə baxılar. Sən bizi Allah üçün sevib tapmısan. Gerçəkdə tələbin biz deyil, Allah sevgisinə qovuşmaqdır. Buna mane olmağa kimsənin haqqı olmaz. Tələbələrə giley etməyim buna görə idi
.


Tələb edənə xidmətçi ol


Geri dön

Melek Kiz

  • 31 may 2012 19:00
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
maraqlidi cox sagolun

LoVe_LiFe

  • 25 may 2012 22:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler maraqli meqaleye gore

Su Perisi

  • 18 may 2012 19:56
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
çox sağ olun

--------------------

ANGEL LOVE

  • 18 may 2012 12:46
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk yaziya gore.......

--------------------

enigmatic_girl

  • 17 may 2012 18:50
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Aaayyyyy cox sag ol cooxxx beyendim bu meqaleni.....Movlanani cox sevirem)) oxudum cox tesekkur

--------------------

✰GlaMurKa✰

  • 17 may 2012 18:22
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
Sitat: GüN_GüN
Allah razi olsun. thanks...

Priya

  • 17 may 2012 17:16
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Pelincim, çox sağ olun.Maraqlı və mənası dərin bir məqalədir.Oxumağa həqiqən də dəyər.Təşəkkürlər.

--------------------




✰Dгeaм✰

  • 17 may 2012 14:53
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}