Uşaqlarımıza ev tapşırığı lazımdır, yoxsa, yox?

 
Uşaqlarımıza ev tapşırığı lazımdır, yoxsa, yox?

6 yaşlı Fateh bu il birinci sinfi yekunlaşdırmaq üzrədir. Lakin məktəbi fəth edəcəyini gözləyən Fatehin artıq o həvəsi qalmayıb və tez bir zamanda məktəbin bitməsini istəyir. Çünki dərslər başlayar-başlamaz uşağa əməlli-başlı yük olub. Fatehin anası deyir ki, ev tapşırıqları o qədər çox olur ki, uşağı əlavə məşğuliyyətlə məşğul olmasına vaxtı çatmır: “Fikirləşiridm ki, məktəblə yanaşı onu rəqsə və üzgüçülüyə də apararam. Amma ev tapşırıqları çox və ağır olduğundan əvəzində Fatehi müəllim yanına göndərməli oluram. Dərsdən gəlir, bir az istirahət edir, sonra başlayır dərslərinə: Ana dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika, Texnologiya”.

Fatehin anasının sözlərinə görə, ev tapşırığının çox olması məktəbdə dərs saatlarının çatmaması ilə əlaqədardır. Yeni kurrikulumla uşaqların keçdikləri mövzuların möhkəmləndirilməsinə vaxt çatmır. Ona görə də uşaqlar ev tapşırıqları ilə yüklənirlər.

Fateh kimi uşaqlar bütün məktəblərdə və ailələrdə var. Məktəblərdə təzə tətbiq edilən kurrikulum uşaqların dərs yükünü həm fiziki, həm də psixi olaraq artırıb. Bu da öz növbəsində cəmiyyətdə müəyyən narazılıqlara gətirib çıxarıb. Valideynlər artıq axşamlar da uşaqlarını masa arxasında dərs çalışan görmək istəmirlər.

Qeyd edək ki, Avropada da belə problem var və artıq aparıcı Avropa ölkələrində - Fransada və Britaniyada ibtidai siniflərdə dərs proqramlarını yüngülləşdirərək ev tapşırıqlıarını ləğv etmək qəraına gəliblər. Əsas səbəb kimi ibtidai siniflərdə uşağın ev tapşırıqlarına valideynlərin yardım etməsi göstərilir, bu isə müəllimin uşağın biliyi barədə dəqiq məlumat almasına mane olur. Nəticədə, bəzən ibtidai məktəbdə əlaçı oxuyan uşaq valideynlər üçün çətin olan yuxarı siniflərdə kafi qiymət belə almaqda çətinlik çəkirlər. Evdə saatlarla dərs masasının arxasında vaxt keçirən uşaq yaş dövrünün tələb etdiyi fiziki hazırlığa da vaxt ayıra bilmir və nəticədə sağlamlığı zəifləyir. Azərbaycanda bu problemi ağırlaşdıran başqa bir səbəb isə ev tapşırışı kitablarının da ağır olmasıdır. Azərbaycanlı ibtidai sinif şagirdlərinin çantası həddindən ağırdır və bu, uşaqlarda onurğa sümüyü əyriliyinə səbəb olur. Bir çox valideynlər uşaqlarını bu təhlükədən qorumaq üçün onların çantalarını özlər daşıyırlar.

Uşaqların həddən artıq yüklənməsinin səbəbi nədir?

Təhsil üzrə ekspert Etibar Əliyev ANS PRESS-ə bildirib ki, Azərbaycan məktəblərində proqramlar və yazılmış kurrikulumlar həddindən artıq yüklənmiş vəsaitə çevrilib və bu da çox böyük geriləmələrə gətirib çıxarıb. Proqram ağır olduğundan, uşaqlar birini mənimsəməmiş digərinə keçməli olurlar. Bu da uşaqların əlavə müəllim yanına getməsinə gətirib çıxarır. Ekspert düşünür ki, şagirdlərin heç bir standartlara uyğun gəlməyən, ağır proqramlı dərsliklər əsasında yüklənməsi onların psixikasına mənfi təsir göstərir.

“Bizdə uşaq 3 hissəyə bölünüb: repetitor, məktəb və ev. Bu üç prosesdə əgər mənimsəmə yetərincə deyilsə, yenidən bu məsələlərə baxmaq lazımdır. Ev tapşırıqları isə mövzu çərçivəsində olmalıdır. Ev tapşırıqları elə lakonik olmalıdır ki, öhdəsindən gəlmək mümkün olsun. Məktəbli dərsin 70%-ni mənimsəməli, 30%-ni isə tapşırıqlarla həll etməlidir”,- deyə ekspert əlavə edib.

Digər maraqlı məqam indiyədək dərsliklərin monitorinqinin aparılmamasıdır. “Təhsil Nazirliyi hətta qeydiyyatdan keçmiş QHT-lərin keçirdikləri monitorinqlərin nəticələrini nəzərə almır. Bu da öz nəticələrini göstərir”,- deyən təhsil ekspertinin sözlərinə görə, tərtib edilmiş kurrikulum proqramına yenidən baxılmalıdır.

Bakıda ibtidai sinif müəllimi işləyən Lətafət Həsənova kurrikulumun ağır olduğunu daha detallı izah edir: “İkinci sinif şagirdləri Azərbaycan dilindən yüklənib, amma 4-cü sinifdə oxumağa heç nə yoxdur. Dördüncü sinifə 6 və 7-ci sinifin mövzuları keçirilir”. Müəllimənin sözlərinə görə, indi tərtib edilən dərsliklərin dili çox qəlizdir.

Psixi yüklənmiş, beli əyilmiş məktəbli

Lətafət müəllimə uşaqların kitablarının çəkisinin çox olmasının səbəblərini də izah edir: “Keçilən hər fənnin özünə bərabər iş dəftəri var. Burada əsas narazlıqlardan biri də odur ki, II sinifdəki kitabların ağırlığı, IV sinifdə ümumiyyətlə olmur. Bu isə gələcəyimiz sayılan uşaqların skalioza (onurğa əyriliyinin ən kəskin forması- red.) tutulmasına gətirib çıxaracaq”.

Uşaqların izafi şəkildə yüklənməsi həm fiziki, həm də psixi təsirsiz də ötüşmür. Onurğası əyilməyə doğru gedən uşaqların eyni zamanda sinir sistemi də pozulmağa başlayır. Belə uşaqlarda aqressiya, tez qıcıqlanma, əsəbilik, yorğunluq, diqqət problemi, qorxular, həddən artıq yüklənmə və s. müşahidə olunur.

Peşəkar Psixologiya Mərkəzi”nin rəhbəri, psixoloq Nuriyyə Quliyevanın fikrincə, dərs yükünün çox olması uşaqlarda məktəbə qarşı mənfi münasibətlərin yaranmasına şərait yaradır. Bu zaman onlarda məktəbə qarşı itaətsizlik, hətta qorxu hissi belə yarana bilər. “Elə pasiyentlərim var idi ki, dərs proqramının ildən-ilə çətinləşdiyini düşünən şagird növbeti illərdə bunun öhdəsindən gələn bilməyəcəyi düşüncəsindən qurtula bilmirdi”,- deyə psixoloq ANS PRESS-ə bildirib.

Psixoloq hesab edir ki, proqram tərtib olunanda şagirdlərin yaş və qavrama səviyyələri mütləq nəzərə alınmalıdır. Eks təqdirdə bu əlavə informasiya yüklənməsinə gətirib çıxarır. Nəticədə uşaqda aqressivlik, əsəbilik halları müşahidə edilir.

“İbtidai sinif şagirdllərinin diqqətinin davamlılıq müddəti 20 dəqiqədir. Əgər şagird fasiləsiz olaraq 1 saat və ya 1 neçə saat dərs çalışırsa, burada keyfiyyətli qavramadan söhbət gedə bilməz. Bu zaman uşaqda yorğunluq halı müşahidə edirik. Amma əgər dərs və istirahət vaxtı düzgün bölünsə, yorğunluq halları azalar və şagird daha diqqətli olaraq materialı qavramaqda çətinlik çəkməz”,- deyə psixoloq Nuriyyə Quliyeva vurğulayıb.

Lakin ev tapşırıqlarının saxlanmasının da tərəfdarları yetərincədir. Bu cür düşünənlərin əsas arqumenti odur ki, uşaq müstəqil qaydada keçilənləri təkrarlamazsa, dərsi mənimsəyə bilməz. Onların fikrincə, uşaq evə çatanda artıq məktəbdə öyrəndiklərinin 70%-ni unudur, buna görə hər şeyi yenidən başlamaq lazım gəlir. Bu cür düşünənlər sovet dövründə ev tapşırıqları vasitəsi ilə tədrisdə böyük uğurlar əldə edildiyini vurğulayırlar.

Psixoloq Nuriyyə Quliyeva bu məsələni unutmur. Onun fikrincə, məktəbdə dərs müddətinin daha çox olması və ya ev tapşırıqlarının daha çox olması bölgü nisbətinin pozulması deməkdir: “Əslində tapşırıq tərtib olunarkən uşağın onu öz biliyi ilə sərbəst etməsi nəzərə alınmalıdır. Əks halda, əlavə müəllim hazırlığına ehtiyac duyulacaq”. Yəni psixoloqun fikrincə, ev tapşırıqları tamam götürülməsə də, müəyyən qədər yüngüllədirilməlidir.

Məsələ ilə bağlı son qərarı, təbii ki, Təhsil Nazirliyi verməlidir və qurumun bu barədə mövqeyi dərc edilsə idi, hər kəs üçün maraqlı olardı. Amma təəssüflər olsun nazirliyin şöbə müdiri Aydın Əhmədovla əlaqə saxlamaq mümkün olmadı, o, gah iclasda, gah da tədbirlərlə olduğundan ANS PRESS-ə vaxt ayıra bilmirdi. Amma biz məsələ ilə bağlı Təhsil Nazirliyinin fikirini dərc etməyə həmişə hazırıq, çünki millətimizin gələcəyi üçün, böyüməkdə olan nəslin sağlamlığı baxımından çox önəmlidir. İndi Aydın müəllim, gözləyirik ki, deyəsiniz, uşaqlarımıza ev tapşırığı lazımdır, yoxsa, yox?


Geri dön

✰GlaMurKa✰

  • 2 iyun 2012 00:57
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
VALLAH boyuk siniflere veriirler meselen bize veriirler yazmaqlari elemirik esasen haziliqlara fikir veriirik ona gore amma ders oxuyuruq tsk

LoVe_LiFe

  • 26 may 2012 09:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidir tesekkurler

enigmatic_girl

  • 19 may 2012 05:42
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
balaca usaglara biraz az ders versinler de nc nc nc

--------------------

Prank girl

  • 18 may 2012 22:26
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ev tapşirigi lazimdirki dersde kecdiklerini evde mohkemlendirsinler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰GoLd GirL✰

  • 18 may 2012 22:10
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
mueyyen yasdan sonra baslamalidir bu dersler ....... bele agir olmasi usaqlara yaziqdir......

✰Dгeaм✰

  • 18 may 2012 21:07
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Balacalara he,amma boyuklere yox lazim deyil.

_favorit_arkadas

  • 18 may 2012 20:14
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
xebere gore tewekkur

--------------------

EnD of TiMe

  • 18 may 2012 20:12
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
yox eslinde yuxari siniflerde duzgun deyil...hem hazirliq ve ev tapsirigi tutmur..bizdeki de beyindi axi...bezi vaxtlar bunun uzunden gece yata bilmirdim..tesekkurler gozel movzu idi..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}