Arzusu onunla birlikdə qəbrə getdi

 
Arzusu onunla birlikdə qəbrə getdi

Ölümcül xəstəliyə düçar olmuş gənc qızın gündəliyinin son səhifəsindəki yazı:
“ Həyat gözəldir,yaşamaq inanılmaz şirindir.İnsanlar bunu dərk etmir.Elə bil,belə də olmalıdır.Bilirsiniz,mən həyatın dəyərini son 1 ildə anladım.19 yaşım var.Ömrümün,gəncliyimin ən gözəl,əvəzolunmaz dövrünü yaşayıram.Daha doğrusu yaşamalı idim.Yəni mənim 20-ci doğum günüm qeyd olunmayacaq.Mən ömrümün 20-ci payız yağışlarında islanmayacam! Bir daha 20-ci qışın,qarın yağmasına tamaşa etməyəcəyəm!Çünki…Çünki,mən 20 yaşıma qədəm qoymamış bu gözəl həyata “Əlvida”deyəcəm.Deməyə məcburam.Çünki,mən xəstəyəm.Heç vaxt sağalmaq ümidi olmayan xəstə.Əslində mən heç də taleyimdən gileylənmirəm.Hamı nə vaxtsa bu dünya ilə vidalaşır.Mən də hamı kimi.Amma bilirsiniz, mən özümü daha şanslı hesab edirəm.

Bir düşünün.İnsanların çoxu qəfil ölüm nəticəsində dünyasını dəyişir.Çox arzuları, planları yarımçıq qalır.Amma, mən həkimlərin sayəsində təxmini də olsa, ölüm vaxtımı bilirəm.(Dəqiq ölüm vaxtını isə Rəbbimdən başqa kimsə bilməz.) İlk öncə Allahın, sonra da valideynlərimin köməyi ilə istəklərimi həyata keçirirəm.

Onu deyim ki, xəstəliyim xarici görünüşümdən hiss olunmur.Məni daxilən yeyib-bitirir.Hər şey bir kənara, ata-anam çox üzülür.Təsəvvür edin, gözlərinin qarşısında, min əziyyətlə böyütdükləri qızları, gənc yaşda hər gün şam kimi əriyir, amma, onlar bunun qarşısında acizdirlər.Mənə necə həsrətlə baxdıqlarını görmək məni daha da pis edir.

Bu həyatda hər şeyə sahib olmuşam.Valideynlərimin sayəsində heç bir əksiyim olmadan şəhzadə kimi yaşamışam.Amma ürəyimdə tək bir istəyim qalıb.Bircə onu bu həyatda dadmamışam.Deyəcəyəm, amma gülməyin də…Elə istərdim ki, sevəcəyim, əlini bərk-bərk tutacağım, öləndə yanımda olacağını bildiyim sevdiyim olsun.Əslində məni sevən biri var.Neçə ildir məni sevir.Xəstə olsam da yenə də sevdiyini deyir.Amma mən ona “hə” deməmişəm.1 ildir xəstəyəm.Hələ 6 ayım var.Sabah ona “hə” deyəcəyəm. Birlikdə əl-ələ tutb gəzməyə gedəcəyik.Elə günü sabah cavabımı verən kimi gəzməyə getmək istədiyimi deyəcəyəm.O, məni pis başa düşməyəcək.Çünki, ömrümə 6 ay qaldığını bilir. Nəysə, yoruldum,xəstəlikdəndir.Eybi yox.Sabah yazaram. Tarix:17 aprel, 2012.

Gecə saat 4.
Tibb bacısı:-Doktor, qan təzyiqi düşür! Ürək pulsu aşağı səviyyədədir! Doktor, ürəyi dayanır!!!
Həkim:- Elektron aparatı qoş! 200! Cərəyan! Bir də! Bir də! Bir də!
Uşaqlar,onu xilas edə bilmədik.Əlimizdən gələni etdik.Qoyulan vaxt bitmişdir.Tibb bacısı:-Doktor, axı 6 ay da yaşaya bilərdi. Həkim:-Düzdür, amma bu ehtimal çox az idi.Hər şey istədiyi kimi olsaydı bəlkə ola bilərdi.Təəssüf…
Gənc qızın üzünə ağ örtük çəkildi.Və o, onu sevənə “hə” deyə bilmədi. Sevginin nə olduğunu bilmədən, bu həyatdakı tək arzusunu öz ürəyində qəbrə apardı.
Həyatda ikən hər anınızın dəyərini bilin!
Bu hekayənin bəzi cümlələri mənim həyatıma aid olsa da, mən çox şükür Allaha xəstə deyiləm.Hekayəm təsvirimin məhsuludur.


Geri dön

frog

  • 16 iyun 2012 01:04
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
chox sagol.............................

LoVe_LiFe

  • 26 may 2012 09:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox beyendim tesekkurler

loran

  • 23 may 2012 17:14
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
uf ne pis oldum oleceyini bile bile bedbin deyil

Priya

  • 19 may 2012 12:16
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Ah, Enigmatic, bacım, heç də həmişə həyat istədiyimiz kimi olmur.Şərhləriniz için təşəkkürlər.Bəyəndiyiniə sevindim.

--------------------




enigmatic_girl

  • 19 may 2012 05:26
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Ay Allah cox pis oldum......... Priya.... Meni aglatdin.. Offf yaaa niye he deye bilmedi???

--------------------

I am Happy

  • 19 may 2012 01:26
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Heqiqetende cox huznlu hekaye idi. Tshk.

--------------------

✰Dгeaм✰

  • 18 may 2012 21:25
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox tesirlendirici hekaye idi.Tesekkurler.

lovelyyy

  • 18 may 2012 21:23
  • Məqalə: 0
  • Şərh: 344
  • Bal:
{awards}
Çox kederli hekayedi...

--------------------
İnSaNıN hƏyAtInDa CəMi Üç BöYüK hAdİsƏ vAr: DoĞuLmAq, YaŞaMaQ vƏ öLmƏk... O, nEcƏ dOğUlDuĞuNu HiSs EtMiR, iNsAn KiMi YaŞaMaĞı UnUdUr Və ƏzAbLaR İçİnDə ÖlÜr...

lie to the world

  • 18 may 2012 20:07
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
cox kederli hekayeydi..Allah heckimin arzusun isteyin ureyinde qoymasin :/

--------------------

_favorit_arkadas

  • 18 may 2012 19:31
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
cox tesirlendim...

--------------------

Angel-11

  • 18 may 2012 19:31
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
coox tesrili bir hekaye idi

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

✰GoLd GirL✰

  • 18 may 2012 19:12
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox tesirlendim.........tesekkurler..........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}