Zəkat nədir?

 
Zəkat nədir?

ZƏKAT NƏDİR?

Keçən fəsildə xums və onun vacibliyi barəsində bəhs olundu. Bu bəhsimizdə isə dinin on şaxəsindən biri sayılan “zəkat” haqqında bəhs edəcəyik. “Zəkat” ərəb sözü olub əslində “inkişaf” və “artım” mənasınadır. Amma şəriətdə zəkat “müsəlmanın bəzi mallarından bir miqdar ayırıb şəriət deyən yerlərə sərf etməsidir.

Xums bəhsində nə qədər məsələlər və işarələr etmişdiksə, onlardan artıqlaması ilə zəkat bəhsində də danışmaq olar. Ona görə ki, əgər xums bəhsi Qurani-Kərimdə dörd-beş yerdə gəlibsə, zəkat bəhsi ən azı əlli dəfə Qur`anda namazla birlikdə qeyd olunmuş və onun verilməsinə çox tə`kid olunmuşdur. Xums və zəkat İslam dininin iqtisadiyyatını təşkil edən ən böyük əsaslardan sayılır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) İslam hökuməti təşkil etdiyi ilk günlərdən xums və zəkat məsələsinə çox diqqət yetirmiş və bununla da müsəlmanların iqtisadi vəziyyətlərini möhkəmlətmişdir. Bu cəhətdən Allah-taala Quranda namazdan sonra ən çox zəkata təkid etmişdir. Qur`an başdan-başa “namaz qılın və zəkat verin” – deyə car çəkir. Bu da İslamda zəkatın nə qədər zəruri və əhəmiyyətli olmasına dəlalat edir. İndi də Quranda zəkat barəsində olan bir neçə ayəyə diqqət yetirək:

QURAN ZƏKAT BARƏSİNDƏ

1. Maidə surəsi, 12-ci ayə
“...Allah buyurmuşdur: Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o, artıq doğru yoldan azmış olar!”

2. Əraf surəsi, 156-cı ayə
“Allah buyurdu: İstədiyimi əzaba düçar edərəm. Mərhəmətim hər şeyi əhatə etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”

3. Tövbə surəsi, 34, 35-ci ayələr
“Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (Qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacıq (və onlara): Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızı (əzabını, acısını) dadın! – deyiləcəkdir!”

4. Tövbə surəsi, 71-ci ayə
“Mömin kişilərlə mö`min qadınlar bir-birinə dost, həyandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!”

5. Muminun surəsi, 1,2,3,4-cü ayələr
“Həqiqətən, mö`minlər nicat tapmışlar. O kəslər ki, namazlarında müti olub (yalnız Allaha) boyun əyərlər!
O kəslər ki, lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər.
O kəslər ki, zəkat verərlər.”

6. Nur surəsi, 37-ci ayə
“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (Qiyamət günündən) qorxarlar.”

7. Nur surəsi, 56-cı ayə
“Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun!”

8. Loğman surəsi, 4-cü ayə
“O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.”

9. Tövbə surəsi, 60-cı ayə
“Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir vacib əməl olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isnişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin (börcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtardığı üçün yolda qalan) yolçulara məxsusdur. Allah hər şeyi biləndir və hikmət sahibidir!”

ZƏKAT RƏVAYƏTLƏRDƏ

Qeyd olunan Quran ayələrindən əlavə yüzlərlə rəvayətlərdə zəkatın verilməsinə təkid olunmuş və onun şəri vəzifə kimi (şəraiti olan) hər bir müsəlmana vacib olması bildirilmişdir. Əlbəttə, oxuduğumuz Quran ayləri tam aydınlığı ilə zəkatın vacib olmasına dəlalət edir. Amma Məsumların (ələyhimussalam) kəlamından bu barədə eşitmək məsələni daha da aydınlaşdırar. Ona görə də bu mövzuda bir neçə rəvayətə işarə etmək istərdik.

Əmirəl-möminin Əli (ələyhissalam) bu barədə “Nəhcül-Bəlağədə” buyurur:
Namaz və zəkat, müsəlmanların Allaha yaxın olmasından ötrü vəsilə qərar verilmişdir. Hər kim bu əməlləri öz meyli, rəğbəti ilə və səmimi qəlbdən əncam versə, bu ondan ötrü günahlarının kəffarəsi və Cəhənnəm atəşinin müqabilindkə maneəsi hesab olunar. Hər kim onu (zəkatı) verirsə, yaddan çıxarmalı və bu əməli özünə görə qəm və zərər hesab etməməlidir. (Çünki, bu əməl sırf xeyirdən başqa bir şey deyildir və tezliklə bir neçə qat savabına çatacaq). Lakin hər kim onu meyilsizliklə edə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qanunlarına cahildir.

Yenə də Əli (ələyhissalam) öz oğlanlarına və əhli-beytinə vəsiyyətində buyurur:
Bütün övladlarımı, əhli-beytimi və möminləri Allahdan qorxmağa çağırıram. Əzizlərim! Allah! Allah! Zəkata çox əhəmiyyət verin! Çünki, zəkat Allahın qəzəbini soyudur!

HANSI ŞEYLƏRƏ ZƏKAT DÜŞÜR?

Zəkat məsələsi xumsdan daha aydın və dəqiqdir. Zəkatın vacib olmasının bir neçə şərtləri vardır.
Əvvəlcə hansı şeylərə zəkat düşür. Aşağıdakı doqquz şeyə zəkat düşür:

1. Buğda; 2. Arpa; 3. Xurma; 4. Kişmiş; 5. Qızıl; 6. Gümüş; 7. Dəvə; 8. İnək; 9. Qoyun; Zəkatın vacib olmasının şərtləri vardır ki, aşağıdakılardır:

1. Mal sonradan deyiləcək miqdar həddinə çatsın;
2. Malik həddi-büluğa çatsın;
3. Malik öz malından istifadə edə bilsin;


Qeyd etmək lazımdır ki, hər bir malın zəkatının özünün xüsusi vaxtı vardır. Xumsda olduğu kimi, əgər bir şey müəyyən miqdara çatdıqda zəkatı verilirsə, ikinci müəyyən olunmuş həddə çatmayınca o malın zəkatı yoxdur. Yalnız ikinci və sair deyilmiş olacaq miqdarlara çatdıqda malların yenidən zəkatları vacib olur. İndi də hər bir malın özünəməxsus zəkat hesabını aydınlıqla nəzərdən keçirək. Bu hesabların hər birinə çatdıqda malının zəkatını çıxarmaq hər bir müsəlmana vacibdir. Lakin malın zəkatını nə qədər olmasına gəlincə, hər bir malın özünəməxsus zəkat miqdarı vardır.


Geri dön

LoVe_LiFe

  • 26 may 2012 09:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
allah razi olsun deyerli meqaley gore

ASMIYA

  • 19 may 2012 17:26
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}

ALLAH RAZI OLSUN. BİLMƏYƏNLƏR VARDISA ÖYRƏNDİLƏR.

ALLAH HƏR KƏSƏ ÖYRƏNİB ƏMƏL ETMƏYİ NASİB EYLƏSİN. AMİN

--------------------


enigmatic_girl

  • 19 may 2012 05:38
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰GoLd GirL✰

  • 18 may 2012 22:18
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
menim bunlar haqqinda melumatim derindir tesekkurler yene de..............
Allah razi olsun......

✰Dгeaм✰

  • 18 may 2012 21:09
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

lie to the world

  • 18 may 2012 21:00
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
twkrler cox deyerli meqaledi...ALLAH RAZI olsun..

--------------------

_favorit_arkadas

  • 18 may 2012 20:12
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
allah razi olsun....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}