Əhli-Beyt bağçasından bir neçə çiçək (14-cü hissə)

 
Əhli-Beyt bağçasından bir neçə çiçək (14-cü hissə)

Bağışlayan və mərhəmətli Allahın adı ilə

Dil və Qeybət


İmam Əli (ə) :
“Hər insanda 10 xislət vardır ki, onun dili onları aşkar edir. Dil bir şahiddir ki, insanın batinindən xəbər verir, dil hakimdir ki, dava-dalaşlara son qoyur, danışandır ki, onun vasitəsi ilə suallara cavab verilir, bir vasitədir ki, onunla müşküllər aradan qalxır, vəsf edəndir ki, onunla əşyalar tanınır, hökm edəndir ki, yaxşılığa hökm edir, nəsihət edəndir ki, insanı çirkinliklərdən saxlayır, təsəlli edəndir ki, qəmlər onunla təskinlik tapır, bir hazır olandır ki, onun vasitəsi ilə kin-küdurət aradan qalxır və qəlbi aparandır ki, qulaqlar onun vasitəsi ilə ləzzət alır” . “Qəlbində bir şeyi gizlədən elə bir şəxs yoxdur ki, dil sapmalarında o şey çöhrəsində aşkar olmasın” . “Dil bir yırtıcıya bənzəyir, əgər buraxılsa dişləyər” . “Dilin səni uzunmüddətli zindana və fəlakətə salmamışdan qabaq sən onu zindana sal!” “Qeybəti dinləyən şəxs qeybət edən şəxs kimidir”.

Peyğəmbər (s) : “Hər kəsin Allaha və qiyamət gününə imanı varsa, ya xeyir sözlər danışsın, ya da sükut etsin” . “Kişinin gözəlliyi dilinin gözəl danışması ilədir” . “Qeybətin nə olduğunu bilirsinizmi? Dedilər: Allah və Onun Rəsulu daha yaxşı bilər. Buyurdu: "Qeybət din qardaşının onun xoşu gəlmədiyi şeylərlə yad etməkdir. Soruşdular: "Əgər dediklərimiz din qardaşımızın barəsində düz olsa necə?" Buyurdu: "Əgər dedikləriniz onda olsa belə bu, qeybətdir, əgər olmasa ona böhtan atmış olursunuz” . “Hər kəs bir mömin kişinin, yaxud mömin qadının qeybətini edərsə, sahibi onu bağışlamayıncaya qədər Allah da onun namazını orucunu 40 gün-40 gecə ərzində qəbul etməz” . “Əgər bir neçə nəfərin arasında bir şəxsin qeybəti olunsa, qeybəti olunan şəxsə kömək et və o cəmiyyəti qeybət etməkdən çəkindir və onların arasından dur get” . “Qeybət etmək müsəlman şəxsin dinini məhv etməkdə onun daxilindəki xora xəstəliyindən də şiddətlidir” . “Qiyamət günündə bir nəfəri gətirib Allahın hüzurunda saxlayarlar, əməl dəftərini ona verərlər, amma o öz yaxşı əməllərini orada görməz və deyər: "Pərvərdigara, bu mənim əməl dəftərim deyildir. Həqiqətən, mən onda itaətdən bir şey görmürəm". Ona deyilər: "Sənin Allahın unutmaz və zəlalətə düşməz. Sənin əməllərin camaatın qeybətini etdiyinə görə aradan getmişdir". Sonra başqa birini gətirdilər və onun əməl dəftərini ona verərlər və o, orada çoxlu yaxşı əməllər, itaət və ibadət görər və deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir, çünki mən bu itaətləri yerinə yetirməmişdim". Ona deyilər: "Filankəs sənin qeybətini etdiyi üçün onun gözəl əməlləri sənə verilmişdir”.

İmam Baqir (ə) : “Həqiqətən bu dil bütün xeyirlərin və şərlərin açarıdır, mömin üçün layiqdir ki, öz dilinə qızıl-gümüş kisəsinə möhür vurduğu kimi dilinə də möhür vursun”. “Hər kəsin yanında mömin qardaşının qeybəti edilərsə və o şəxs qeybəti olunan şəxsin köməyinə qalxarsa, Allah dünya və axirətdə ona kömək edər”.

İmam Səccad (ə) : “Dilin haqqı budur ki, onu çirkin danışmaqdan uzaq edib, xeyir və yaxşılıqıara, faydasız və əbəs sözləri tərk etməyə, camaata yaxşılıq və onların barəsində yaxşı sözlər danışmağa adət etdirəsən”.

İmam Sadiq (ə) : “Əgər Allah bir bəndəni rüsvay etmək istəsə, onu dili vasitəsi ilə rüsvay edər” . “Hər zaman fasiq və günahkar şəxs aşkarda günah edərsə, onun nə hörməti vardır və nə də qeybəti haramdır”.

Müəllif: Santa_Xatun


Geri dön

LoVe_LiFe

  • 26 may 2012 10:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
allah razi olsun

enigmatic_girl

  • 19 may 2012 05:43
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun feel

--------------------

✰GoLd GirL✰

  • 18 may 2012 22:22
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun........

Repery

  • 18 may 2012 22:15
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Xebere Gore Twk

--------------------

Prank girl

  • 18 may 2012 21:30
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰Dгeaм✰

  • 18 may 2012 21:04
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Angel-11

  • 18 may 2012 20:29
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
tewekkurler.......

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}