İnqrediyentlər:
İçi üçün.
Maskarpone - 250 q
Qaymaq (şəkərlə çırpılmış) - 250 ml
Gilas (çəyirdəksiz) - 500 q
Likvor (albalı) - 2 x.q.
Xəmiri üçün
Əridilmiş kərə yağı- 250 q
Qəhvəyi şəkər tozu- 250 q
Un - 220 q
Tünd şokolad - 60 q
Yumurta - 5 ədəd
Hazırlanması
Yağ və şəkəri həmcins kütlə alınana qədər çırpırıq , üzərinə yumurtaları əlavə edib hər dəfə qarışdırırıq. Sonra isə– unu və şokoladı əlavə edib yenə də qarışdırmağa davam edirik. Daha sonra xəmiri diametri 24 santimetr olan xüsusi qaba töküb sobada 160 °C-də 50 dəqiqə bişiririk. Xəmir hazır olduqdan sonra onu soyumağa qoyuruq və sonra 3 hissəyə bölürük. Hər hissəyə likvor səprik.
Maskarponeni və çalınmış qaymağı qarışdırıb, kremi hazırlayırıq. Bu kremi hər listə çəkib,üzərinə gilas da əlavə edib tort formasında yığırıq. Üzərini isə şokolad sürtüb, şəkər tozu səpirik və qızılgüllərin ləçəkləri və giləmeyvələrlə bəzəyirik.
Nuş Olsun!