Qara qızıl

 
Qara qızıl

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XVIII-XIX əsrlərin sənaye inqilabı neftə tələbatı kəskin artırdı və onu ölkənin inkişafı üçün birinci dərəcəli əhəmiyyətə malik strateji məhsula çevirdi. Dünyada neft "bum"u başladı. Azərbaycanın neftçıxarma sahəsinə xarici sərmayə axını başladı. Qədim neftçıxarma ənənələrinə malik Bakı qazma, neftçıxarma və neft emalı sahəsində ən yeni texnologiyaların ixtirası və ilkin tətbiq meydanına çevrildi. Hələ XIX əsrin ortalarında neftçıxarmada dönüş yaranmış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır (ABŞ-da həmin ildə 9,1 mln ton neft hasil edilmişdir).

1941-ci ildə Azərbaycanın neft hasilatı tarixində (2006-cı il istisna olmaqla) maksimum miqdarda - 23,5 mln ton neft çıxarılmışdır və bu da bütün keçmiş Sovetlər Birliyi neftinin 71,4 %-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.

Azərbaycanda dünyada ilk dəfə olaraq dənizdə neftin çıxarılmasına başlanılmış və Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqların mənimsənilməsinə başlanılmışdır. 1949-cu ilin 7 noyabrında açıq dənizdə sahildən 40 km və Bakıdan 90 km aralı "Neft Daşları" yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi.

1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan "Azəri", "Çıraq", "Kəpəz" və hazırda ARDNŞ neftinin 60%-dən çoxunu verən "Günəşli" kimi yataqlar aşkar edildi.

1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında", sonradan "Əsrin müqaviləsi" adını almış Sazişin imzalanması həyata keçirildi. Bu
müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzalamışdır.

Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətlərilə belə bir Sazişin imzalanması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin ifadəsi idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Bununla da Azərbaycan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında "Hasilatın pay bölgüsü" tipli 27 saziş imzalanmışdır.


Geri dön

Sergio Ramos

  • 26 dekabr 2010 03:17
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
təşəkkür xəbər görə

--------------------

Yusif

  • 8 noyabr 2010 17:42
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 8 noyabr 2010 16:34
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
twk

SerSeRi_RuzGaR

  • 8 noyabr 2010 13:41
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
Xe Xe)))) TEwekkuRlEr_))

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 18
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}