Xoşbəxtlik həsrəti (4-cü hissə)

 
Xoşbəxtlik həsrəti (4-cü hissə)

Toy günlərindən düz iki ay keçmişdi. Bu iki ayda Sevinc Vahidə alışmışdı. Ona hörmət edir, sözünü tərəddüd etmədən yerinə yetirirdi. Elə Vahidin ailəsinə də alışmışdı. Qaynatası xəstə yatağında olsa da, ona da qulluq etməyi özünə bir övlad borcu hesab edirdi. İki baldızı vardı. Biri ailəli, 3 uşaq sahibi idi. Gec-gec gələrdi. Digər baldızı isə ailə qurmamışdı. Çünki həmişə bir sözü deyib dururdu : "Mən həyatımda bir dəfə sevənlərdənəm." Bəli, baldızı illər əvvəl sevdiyi insanı itirdiyi üçün daha evlənmək barədə nə düşünmür, nə də kiməsə düşünməyə qoymurdu. Qaynanası Zəminə xanım çox zəhmli qadın idi. Sevinci ilk gördüyü andan bəyənməsə də, biruzə verməzdi heç zaman. Sanki yeganə oğlunu ona qısqanırdı. Paylaşa bilmirdi.

Vahid də xasiyyətcə mehriban, deyib gülən, şən oglan idi. Hələ əsgərlikdən qayıdandan Rusiyaya işləməyə getmişdi. Bu neçə illər ərzində özünə həm vətəndaşlıq, həm də yaxşı iş qazanmışdı. Kiçik fabriki vardı. Bütün günü telefonda asılı qalırdı. Sevinc də buna bir o qədər əhəmiyyət verməzdi. Çünki varlığı ilə kimsənin həyatının dəyişməyini istəmirdi.

Qaynatası Veysəl kişi artıq Sevinci doğma qızı kimi çox istəyirdi. Hətta dəfələrlə olmuşdu ki, Sevinc təkbaşına ona qulluq edirdi. Suyunu, yeməyini, çayını canla başla verirdi. Atasını itirdiyi andan bu günə kimi ilk dəfə idi ki, ata qayğısı, ata sevgisi hiss edirdi. Bunu o da hiss etmişdi. Sevinc üçün elçi gedə bilməsə də, onu gəlinlikdə gördüyü andan qızı kimi sevmişdi. Hər gün mehribancasına söhbətlər edər, ona həyatından, zəmanədən, bu yaşına kimi yaşadıqlarından, gördüklərindən danışardı.

Günlərin bir günü elə evdə ikisi idi. Veysəl kişinin vəziyyəti çox ağır olsa da, Vahid Rusiyaya iki günlüyə getmişdi. Qaynanası Zəminə xanım isə bacısının oğlu üçün keçirdiyi xeyir işdə idi. Baldızı da iş yerində. Yəni Sevinc kimsəni köməyə çağıra bilmirdi. Tək güc onun çiyinlərinə düşdü. Qaynatasının üzünün rəngi heç xoşuna gəlmirdi. Bu iki ayda ona elə alışmışdı ki, "İlahi sən onu bizlərə çox görmə"- deyərək qəlbində yalvarmağa başladı. Tez telefona əlini atıb baldızını, qaynanasını çağırdı. Hər ikisi də dedilər ki, "Bu saat gəlirik". Amma artıq yarım saat keçmişdi, kimsə gəlmirdi ki, gəlmirdi. Sevinc Veysəl kişinin nəfəs almasının belə normal olmadığını hiss edirdi. Sanki bir an içində doğma atasını yenidən itirirmiş kimi bərkdən ağlayırdı.

Yazan: Xəyalə Murad

İcazəsiz kopya edilməsi qadağandır!


Geri dön

frog

  • 16 iyun 2012 01:03
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
thanks..............................
wink wink

I am Happy

  • 4 iyun 2012 20:06
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Cox sagol maraqli hekayedi.

--------------------

✰GoLd GirL✰

  • 1 iyun 2012 16:47
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
super..oxudum..tesekkurler.......

LoVe_LiFe

  • 26 may 2012 10:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler beyendim

Aysel_

  • 25 may 2012 14:30
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Cox maraqli hekayedi..

angelochik

  • 23 may 2012 20:10
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
Allah rehmet etsin Veysele

lie to the world

  • 20 may 2012 16:11
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
coxmaraqla oxuyuram..ama biraz cox yazinda maraqli yerinde qalire hemiwe.. recourse ardini sebirsizlikle gozleyirem..

--------------------

✰GlaMurKa✰

  • 19 may 2012 22:52
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
hmmm maraqlidi tsk

✰GoLd GirL✰

  • 19 may 2012 14:58
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
tesekkurler cox maraqlidir........

Hilary Duff

  • 19 may 2012 14:54
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler.....

✰Dгeaм✰

  • 19 may 2012 13:38
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Gozel hekaye idi.Tesekkurler.

EnD of TiMe

  • 19 may 2012 13:05
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
bu hekayeni cox beyenirem...duzunu deyim en maraqli oxudgum hekayelerdendir....devamini tez qoyunda..maraqla gozluyurem..tesekkurler

I am Happy

  • 19 may 2012 13:04
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Huznlu hekayedi. Elin var olsun.

--------------------

enigmatic_girl

  • 19 may 2012 13:01
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
beyenirem bu meqaleni)) ardi olsun

--------------------

_RiHanNa_

  • 19 may 2012 13:00
  • Məqalə: 84
  • Şərh: 1643
  • Bal:
{awards}
thankss xəbərə görə smile )

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}