Zövq

 
Zövq

Zövq... Bu məfhum üçün belə bir ifadə var: Zövqlər mübahisə və müzakirə olunmur. Əslində bu həqiqətən də belədir. Nisbi anlayışdır. Birinə görə zövqlü olan digəri üçün olmaya bilər. Müxtəlif insanların zövq etalonu fərqlidir. Bu normal qəbul edilməlidir. Zövq deyəndə ilk olaraq geyim seçimi zövqü, musiqi zövqü daha çox göz önündə olan və əslində müzakirə olunmamalı olsa da, lağa qoyulmamalı olsa da, ən çox "müzakirə obyekti" olan zövqlərdir. Bunlara ətir zövqünü, ev dizaynı zamanı edilən seçim zövqü və s. əlavə etmək olar. Çox xırdalamaq istəməsəm də "Zövqlərin zövqü" anlayışı da var bizlərdə... Zövqlərdən çox danışmaq olar, necə ki, mix.azda biz bunu hər Üzeyir xəbərində, hər qadın dünyası, moda aləmi xəbərində edirik. Bu gün sizin də fikrinizi öyrənmək istədiyim isə tamam başqadır. Bir çoxumuz kiminsə zövqünü müzakirə etməsək "ürəyimiz partlayar". Kiminsə zövqündən üstün zövqə sahib olduğumuzu iddia etməsək (bu pisdir demirəm, ümumiyyətlə belədir) narahat olarıq. Müxtəlif insanların müxtəlif zövqləri var. Sual meydana çıxır:
Bəs bu zövq dediyimiz anlayış necə və harada formalaşır?
Bir neçə variant ola bilər. Ətraf mühit və o mühitdə olanlar - hansı ki, məncə zövqün formalaşması üçün daha çox təsir göstərir. İstər-istəməz ətrafındakıların səninlə zövqünün üst-üstə düşməsi və ya səninlə zövqü üst-üstə düşənlərlə eyni mühitdə olmaq - psixoloji olaraq zövqün formalaşmasına, onun daha da sənin ruhuna "yerləşməsinə" səbəb ola bilir. Bu variantın daxilində, amma hardasa daha fərqli müasir texnologiya - internetin təsiri. Zövqün formalaşmasında bəlkə də, ən çox təsir dairəsi olan texniki vasitədir. Təbii ki, bu sırada televizor və radio da var. Amma internet bir gəncin zövqünün formalaşmasına həm televizordan, həm də radiodan daha çox təsir edə bilər. Xüsusilə də getdikcə internetin rahat və ucuz əldə edilməsi asanlaşmağa doğru gedərkən. İstənilən halda bu fikirlər hər kəsdə müxtəlif cür olacaq. Kimə hansı daha çox təsir edib, kimdə hansı mühitdə formalaşma olub yəqin ki, onun təsirini daha çox görəcək. Tam dəqiq bilmədiyim üçün dəqiq şəkildə qeyd edə bilməyəcəm, görəsən zövq genlə keçə bilirmi? Əgər bu suala cavab hə olsa belə, inanmıram ki, bu böyük bir əhəmiyyət daşıyır. Əsas oan sənin olduğun mühitdir. Bəs faizlə hesablasaq bunlar necə bölüşər? Bax onu da sizdən öyrənək:

Sizcə, zövq dediyimiz anlayış necə və harada formalaşır?


Geri dön

Grace_Angel

  • 8 noyabr 2010 21:03
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
Tewekkurler xebere gore...insanlarin xarakteri muxtelif oldugu kimi ,zovqleride muxtelifdir....

--------------------

Yusif

  • 8 noyabr 2010 17:50
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 8 noyabr 2010 16:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore.herenin ozune gore zovqu var. winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 7
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}