Bir gün susmağı öyrəndim

 
Bir gün susmağı öyrəndim


Bir gün susmağı öyrəndim....
Elə bir susdum ki bəlkə sonsuza qədər susacaqdım.
Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum ünsiyyət tərzi idi...
Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim.
Atam sarılar, öpər sonra da, "indi otağına get!" deyərdi.
Yemək hazırlanınca anam çağırar bu dəfə masada bir araya gəlirdik atamla.
Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım.
Atam əsəbiləşər, "Bütün gün insanlara söz başa salmaqdan dəliyə döndüm birdə sən başmı ütüləmə!" deyərdi.
Anam da "Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?" deyə danlayar, məni otağıma göndərərdi.
Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim...
Atam arxamdan, "Bizim bir otağımız belə yox idi, hər şeyə sahib, hələ nə istəyir anlamadım." deyə qışqırmağa davam edərdi. ?
"Kaş ki mənim də bir otağım olmasaydı, kaş ki bizim də evimiz bir otaqlı olsaydı da birlikdə otursaydıq" deyərdim içimdən...
amma yüksək səslə söyləməyə cəsarət edə bilməzdim…
Yeməkdən sonra atam divana uzanar televiziya seyr edərdi….
Məni yanına çağırar bir az sevərdi….
Onun izləyəcəyi əhəmiyyətli bir şey varsa məni sanki yerimdən belə tərpətməzdi.
Azca hərəkət edib qaçıb oynamağa çalışsam otaq həbsim yenidən başlar idi..
Bir gün susmağı öyrəndim
Bir gün anladım ki susunca atamla daha yaxşı razılaşırıq…
Bu dəfə susaraq edə biləcəyim oyunlar inkişaf etdirməyə başladım.
Əvvəl şəkil çəkərək başladım işə.Atam çəkdiyim şəkilləri çox bəyənir; "Bax, belə dinc dinc oyna!" deyirdi.
Atam bəzən göz ucuyla baxır, şəkillə əlaqədar bir şey soruşsam danlayardı.
Amma mənə əsəbləşərək otağıma göndərmirdi.
"Son günlərdə necədə də ağıllandı mənim oğulum.' deyə qonşulara danışırdı anam halımı...
Bir gün susmağı öyrəndim
Şəkillərim artdıqca ortalıq dağılmağa başladı…
Anam "Otağını topla!" diyə otağıma bağladığında işə haradan başlayacağımı bilmirdim.
Mən bunlarla məşğul olarkən zaman keçir; amma otaqmı yığışdırmağı bacara bilmirdim.
Anam otağıma gəlib "Bax sənə şəkil çəkməyi qadağan edəcəyəm!" dedi bir gün.
Susqun olmamı dinclik olaraq qiymətləndirən ailəm şəkil çəkməyi də əlimdən alsa mən nə edəcəkdim?
Bu düşüncələrlə bir ailə cədvəli çəkdim.
Atam evə gəlincə uyğun zamanı gözlədim.
Hər zamanki kimi yeməklər yeyildi, otağa keçildi.
Atam oturar oturmaz çəkdiyim rəsmi gətirdim.
Atam baxdı. Hmm, dedi "Çox gözəl olmuş. Bu adam mənəm hərhalda!"dedi .
Mən "Xeyr o adam deyil, bu uşaq sənsən!" dedim.
O "Xeyr, bu adam mənəm, bu uşaq sənsən, bu kiçik qız dostundur! dedi.
Mən yenə "Xeyr, o böyük adam mənəm, bu kiçik adam sənsən, bu kiçik qız da anam!" dedim.
Atam mənimlə məşğul olmaqdan imtina edib: 'Yaxşı bəs niyə bizi kiçik çəkdin?' dedi.
Həyəcanla başladım izah etməyə...
Bir gün susmağı öyrəndim
Mən böyüyüb adam olacağam. İş tapıb çalışacağam. Siz yaşlanıb kiçiləcəksiniz.
Beliniz büküləcək, qonşumuz Elgün əmi ilə Leyla xala kimi kiçik qalacaqsınız.
Mən işdən gəldiyimdə yorğun olacağam.
Siz mənimlə danışmağa çalışdığınızda işyerində başım şişmiş olacağından sizi eşitməyəcəyəm belə.
Siz mənimlə bir şeylər paylaşmaq istədiyinizdə '"İndi otağınıza çəkilin də dincəlim!" deyəcəyəm.
Və bir də qışqıracağam "Hər şeylərini alıram. İsti otaqları da var, daha nə istəyirlər" deyə...
Anamla atamın gözləri təəccübdən açıla qalmışdı.
Eşitdiklərinə inana bilmirdilər .
Mənə sarılıb məni elə içdən bir qucaqlamaları vardı ki sonsuza qədər danışsam heç bezmədən dinləyəcəklər kimi idi...

Fərqində Olmalıdır insan..Özünün, Həyatın,Hadisələrin, Gedişatın Fərqində Olmalıdır...
Ömür Dediyin Üç Gündür,Dünən Gəldi Keçdi,Sabah Məchuldur...
O Halda Ömür Dediyin Bir Gündür,O Da Bu gündür!


Geri dön

L_SimuS

  • 3 yanvar 2011 00:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tewekkur eziyyete gore

Nihad

  • 23 dekabr 2010 17:04
  • Məqalə: 3
  • Şərh: 140
  • Bal:
{awards}
Təşəkkürlr həqiqətəndə ibrətsmiz bir hekayədir. hətta oxuduqda belə sıxılmadım

--------------------
Həyatda ən gözəl şey elə həyatın özüdür:)

Ulya

  • 10 noyabr 2010 11:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Yusif

  • 9 noyabr 2010 22:06
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkur marqli xeberdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}