Cəsur ol, həyat cəsurları sevir

 
Cəsur ol, həyat cəsurları sevir

Cəsarətin qapısını aralamaq çətin görünə bilər. Amma bir dəfə həyatının məsuliyyətini alma cəsarətini göstər, o zaman həyat da sənin yanında olacaq. Cəsur ol, həyat cəsurları sevir.

Həyata inansan, o da sənə dəstək olur. Həyatın sənin yanında olduğunu görməməzlikdən gəlsən uduzarsan. Bu sadə, amma universal qaydanı anlamaq istəmədiyimizdə, qulaq ardı etdiyimizdə və ya inanmadığımız üçün bədbəxt və doyumsuz oluruq.

Universal qanunlar bunu söyləyir həmişə. "Necə düşünsən həyatın elə olacaq." O halda; özün haqqında nələr və necə düşündüyünü anla! Özünü dəyərli görürsənmi? Özünü dəyərli bilirsənsə, dəyərli insanları həyatına çəkəcəksən.



Yalnız özünü qiymətləndirməyə cəsarət et yetər!

Həyat bizi xoşbəxt görmək istəyir. Əslində mütləq olan həyatın təbiətində müdriklik və xoşbəxtlik var. Xoşbəxtlik həqiqətən sevməkdən, müdriklik həqiqətən anlamaqdan doğular.

Haqlısan sən, bu gün yaşadığımız sevgi deyil, mərhəmətsizlik, haqsızlıq, qorxu, çarəsizlik, günahkarlıqdır! Amma bunlar həmişə bu fani dünyanın ziddiyyətli gerçəkləridir! Bütün bu mənfiliklər ruhumuzdan deyil, ruh "bədənləşdikdən" sonra ortaya çıxır. Bəlkə də səbəbi ziddiyyət və təhlükələri anlayıb, keçici bir dünyanın tələlərinə aldanmayaq, ziddiyyətlərdən o tərəfə keçməyi öyrənə bilək deyədir, nə deyirsən ?

Keçirdiyimiz hər qəza, başımızdakı hər bəla həyatın gerçəkdə nə olduğunu anlamamız üçün bir təcrübədir! Bir fürsətdir! Başqa bir şey deyil ki...



Bunu bir dəfə anlaya bilsək və qəbul etsək, zehinimizdə belə özümüzünküləşdirsək həyat bizi sevəcək inan, biz də onu!

Əgər şərtlər sənin lehinə işləmir görünsə də, bu da makro planın bir parçasıdır, elə deyilmi? Hər şey istədiyin kimi olsaydı, sənin üçün gerçəkdə dəyərli olanı saxtasından necə ayıracaqdın?

Bu bacarığı göstərə bilmək! Bu müdrikliyi əldə edə bilmək!


Bu fani məktəbdən yaxşı məzun ola bilmək! Bütün bacarıq burada yatır! Kədərlənmə! Yaşadığımız acı-şirin hər təcrübə yenə də bizi məzun etmək üçündür!

Həyat özünü qucaqlayacaq birini gözləyir, xoşbəxt etmək üçün. Çünki həyat canlıdır və sağlam hər canlı kimi xoşbəxt edərək xoşbəxt olmaq istəyir! Həyatı qucaqlamaq üçün cəsarət lazımdır bir az...

Həyatı qucaqlayacaq cəsarətiniz varmı???


Geri dön

Ulya

  • 10 noyabr 2010 11:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
Yaşadığımız acı-şirin hər təcrübə yenə də bizi məzun etmək üçündür!
tesekkur yaziya gore.ellerien sagliq

Yusif

  • 9 noyabr 2010 23:02
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli ve deyerli xeberdi twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}