İçərişəhərdə “Meydan bazarı” açıldı

 
İçərişəhərdə “Meydan bazarı” açıldı

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə ölkəmizin çoxsaylı xarici qonaqları arasında mədəniyyətimizin və tariximizin təbliği, xalq tətbiqi sənətinin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-də Qoşa qala qapısı meydanında ənənəvi “Meydan bazarı” açılıb.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Azerfon” və “Gazelli International ltd” şirkətlərinin dəstəyi ilə keçirilir.

Bununla yanaşı, həmin gün Qız qalasının qarşısında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyanın yayım imkanlarından istifadə edilməklə “Eurovision” fanatları ilə canlı bağlantı yaradılıb.

Bütün bunlar ziyarətçilərə müsabiqə günlərində həm “Meydan bazarı”nda, həm də bütövlükdə İçərişəhər ərazisində “İçərişəhərin tarixi tipajları”nı görmək və onlarla canlı ünsiyyət qurmaq imkanı yaradıb.

Qədim şəhərin tarixinin, abidələrinin, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliği istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri özəlliyi ilə seçilir.

Qədim şəhərə müxtəlif istiqamətlərdən daxil olan turistlərə pulsuz olaraq İçərişəhərin xəritəsi paylanılır. Həmçinin hər girişdə məlumat mərkəzi yerləşdirilmişdir. Bu məlumat mərkəzlərində otel rezervasiyası, tur, bələdçi sifariş etmək, restoranlar və digər ictimai-iaşə obyektləri haqqında geniş məlumat əldə etmək mümkündür. Beş dildə – Azərbaycan, rus, ingilis, fransız, alman dillərində məlumatlar yerləşdirilmiş audiobələdçini alan turist artıq heç kimin köməyi olmadan tarixi tikililər, görməli yerlərlə sərbəst tanış ola bilir.

Xüsusi olaraq “Euovision-2012” üçün həyata keçirilən “Ask me” (“Məndən soruş”) layihəsi çərçivəsində Bakıda yaşayan avropalılar xarici turistlərə ölkəmiz haqqında könüllü olaraq bilgilər verirlər. Üzərində “Ask me” yazılmış köynəklərdə gəzən könüllülər, həmçinin turistlərə bukletlər və təbliğat materialları paylayırlar. Layihənin əsas maraqlı cəhəti burada turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Bu layihəyə, həmçinin azərbaycanlı könüllülər də qoşulublar.

İçərişəhərdə həmişə yüksək səviyyədə olmuş muzeylərin, qalereyaların, sərgilərin, otellərin, restoranların da ab-havasına “Eurovision” nəfəsi əlavə olunub. Mahnı yarışması ilə əlaqədar buradakı muzeylər səhər saat 9.00-dan axşam saat 21.00-dək iş rejiminə keçmişlər.

Müasir turizm infrastrukturu çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Wİ-Fİ şəbəkəsi də yaradılmışdır ki, sistemə mobil telefon vasitəsilə qoşularaq audiobələdçi informasiya mənbəyindən pulsuz istifadə etmək olar. Beləliklə, İçərişəhər bu dəfə tarixi və müasirliyinə “Eurovision-2012” nəfəsi qatmaqla öz ziyarətçilərini heyrətləndirib.

Mayın 25-dək hər gün saat 12:00-dan 20:00-a kimi davam edəcəkMeydan bazarı”ında bakılılar və şəhərimizin qonaqları İçərişəhərlə yaxından tanış olacaq, musiqili-əyləncəli tədbirlərdə iştirak edəcək, elektromobil vasitəsilə təşkil edilmiş turlara qatılacaq və milli yeməklərimizdən dadacaqlar.


Geri dön

LoVe_LiFe

  • 2 iyun 2012 09:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
maraqli xebere gore tesekkurler

ツMrs.Crazy ツ

  • 23 may 2012 10:19
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
lap yaxsi
thankssssss

★Miss Love★

  • 22 may 2012 01:51
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Maraqlidir,gederem inwallah...xebere gore тewekkurler))

enigmatic_girl

  • 21 may 2012 21:02
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmm maraqli olar)) getmek isteyrem))

--------------------

✰GoLd GirL✰

  • 21 may 2012 20:09
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
oxumusdum..tesekkur......

SU PƏRİSİ

  • 21 may 2012 19:29
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
NE YAXSİ ...
love

--------------------

✰Dгeaм✰

  • 21 may 2012 19:22
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Maraqlidi.Gedib gormek lazimdi.Xeber verdiyin ucun cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 31
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}