Islamda Təvazökarlıq

 
Islamda Təvazökarlıq

Təvazökarlıq

Təvazökarlıq bu qayda-qanunlardan biri və gözəl əxlaqa malik şəxsin xüsusiyyətlərindəndir. Müqəddəs dinimizdə bu əxlaqi dəyərə yiyələnmək dönə-dönə müsəlmanlara tövsiyə edilmişdir. İndi isə bu mövzuya aid ayə və rəvayətləri burada qeyd edirik.

«Quran»da təvazökarlıq

Allah-təala mömin bəndələrin xüsusiyyətlərini sadalayarkən təvazökarlığı o xüsusiyyətlərdən biri kimi qeyd edir:
“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər.”
(«Furqan» - 63).

Allah-təala özünün əsl mömin bəndələrini ən gözəl keyfiyyətlərlə vəsf edərkən öncə onları təmkinli, vüqarlı yerişləri və təvazökar rəftarları ilə vəsf edir. Çünki yeriş insanın daxili xüsusiyyətlərindən xəbər verir. Bəzi adamlar o qədər lovğa və təkəbbürlüdürlər ki, bu xüsusiyyətləri yerişlərindən asanlıqla seçilir. Buna görə də böyük Yaradan başqa bir ayədə təkəbbürlə yeriməyi xüsusi bir fəlsəfi anlamla qadağan etmişdir:
“Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən.”
(«İsra» - 37).

Müdrik Loğman oğluna deyir:
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” («Loğman» - 18).

Həzrəti-Əli(ə) təqva əhlini vəsf edərkən buyurur:
“.......Onlar təvazökarlıqla, təmkinlə yeriyərlər......”
(«Nəhcül-bəlağə» Sübhi Saleh: Beyrut nəşri: Xütbə - 193)

Əziz Peyğəmbər(s)-imız təvazökarlığı insan məqamının yüksəlməsi üçün vasitə hesab edərək buyurur:
“......Təvazökarlıq başıucalıq və alnıaçıqlıq vasitəsidir. Təvazökarlıq edin. Qoy Allah məqamınızı ucaltsın.....”
(«Biharül-ənvar» Beyrut nəşri: LXXII c/ s.119)

İmam Sadiq(ə) buyurur:
“.......Həzrət Loğman oğluna dedi: “Şərəf və alicənablıq Allah qarşısında təvazökarlıq edənindir....”
(«Mişkatul-ənvar» Nəcəf nəşri: s.226)

Peyğəmbər(s) buyurur:
“Allah qarşısında təvazökarlıq edəni Allah ucaldır. Təvazökar şəxs özünü kiçik saysa da, xalqın gözündə uca, əzəmətlidir.”
(«Kənzül-ümmal» III c/ s.113)

Təvazökarlıq kamilliyin nişanəsidir.

İmam Sadiq(ə) bir hədisdə buyurur:

“Ağlın kamilliyi üç şeylə ölçülür: onlardan biri Allah qarşısında təvazökar olmaqdır.....”
( «Müstədrəkül-vəsail» II c/ s.305)

Təvazökarlıq ən üstün ibadətlərdəndir.

Əmirəlmöminin(ə) imam Həsən Müctəba(ə)-ya etdiyi tövsiyələrindən birində buyurur:
“.....Təvazökar ol, çünki təvazökarlıq ən üstün ibadətlərdəndir.”
(«Əl-Əmali» (Şeyx Tusi): s.5)

Təvazökarlıq və xalqın sevgisi

Əmirəlmöminin(ə) buyurur:
“Təvazökarlığın nəticəsi xalqın məhəbbətini qazanmaqdır.”
(«Darussəlam» Mühəddis Nuri: Daş çapı: 1305-ci h.q./II c/ s.172)

Təvazökarlıq və ağlın inkişafı

İmam Kazim(ə) buyurur:

“Bu cür hikmət yalnız təvazökar insanın qəlbində olar. Təkəbbürlü və zorakı insanın qəlbində hikmət olmaz. Çünki Allah-təala təvazökarlığı əqlin, təkəbbürü isə cəhlin (nadanlığın) artması üçün bir vasitə kimi təyin etmişdir.”
( «Biharül-ənvar» LXXV c/ s.312)

Təvazökarlıq və nemətin kamilliyi

Həzrəti-Əli(ə) buyurur:
“......Təvazökarlıqla nemət kamilləşir.....”
(«Nəhcül-bəlağə» Sübhi Saleh: Hikmət – 224)

Təvazökarlıq Allah dostlarının sifətlərindəndir

Əziz Peyğəmbər(s) buyurdu:

“Dörd gözəl xisləti Allah-təala sevmədiyi şəxsə verməz.... Onlardan biri təvazökarlıqdır.”
(«Cameüs-səadat» I c/ s.35)

Təvazökarlığın əlamətləri

Bəziləri danışıqda özlərini təvazökar kimi qələmə verir, əmələ gəldikdə isə dedikləri ilə əməlləri arasında böyük fərq olduğu nəzərə çarpır.
İndi isə təvazökarlığın bir sıra əlamətlərini qısaca olaraq qeyd edirik. Ümid edirik ki, bu xüsusiyyətləri öz həyatımızda əməli olaraq yerinə yetirəcəyik.

İmam Səccad(ə) Allaha münacat edərkən deyir:
“.....İlahi! Səndən istəyirəm ki, məni bəndələrin qarşısında təvazökarlıq əlaməti olaraq mülayim edəsən.”
(«Səhifeyi-Səccadiyyə»: 26-cı dua)

Təvazökarlıq əlamətlərindən biri salam verməkdir.

İmam Sadiq(ə) buyurur:
“Təvazökarlığın əlaməti budur ki, rastlaşdığın adama salam verəsən.”
(«Üsuli-Kafi» II c/ s.646 / hədis №12)

İmam Həsən Əskəri(ə) buyurur:
“Təvazökarlığın nişanəsi budur ki, birinin yanından ötərkən ona salam verəsən.”
(«Tühəfül-üqul» s.366)

Təvazö o qədər əhəmiyyətlidir ki, «Qurani-Kərim»də bir çox ayələrdə açıq-aşkar bu əməli yerinə yetirmək əmr edilmiş, Əhli-beyt(ə) hədislərdə salam vermək haqda dönə-dönə tövsiyələr etmişlər. Ümumiyyətlə, müqəddəs dinimizdə salam vermək üçün çoxlu mükafat, əcr və savablar nəzərdə tutulmuş, onu tərk etmək kəskin tənqid olunmuşdur. Bu haqda bir neçə hədisə işarə edirik.


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:33
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
Əmirəlmöminin(ə) imam Həsən Müctəba(ə)-ya etdiyi tövsiyələrindən birində buyurur:
“.....Təvazökar ol, çünki təvazökarlıq ən üstün ibadətlərdəndir.”
(«Əl-Əmali» (Şeyx Tusi): s.5)

LoVe_LiFe

  • 2 iyun 2012 00:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GlaMurKa✰

  • 23 may 2012 01:08
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GoLd GirL✰

  • 22 may 2012 18:13
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun.......

ASMIYA

  • 22 may 2012 15:28
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
İNSANIN İÇİNİ HUZURLANDIRAN KƏLİMƏLƏR HEPSİ.

HƏLƏDƏ BU KƏLİMƏLƏRİ DƏYƏRİ SAYILA BİLMƏYƏCƏK QƏDƏR ÇOX OLAN GÖZƏL İNSANLAR BUYURUBSA.


TƏŞƏKKÜRLƏR SİZƏ. winked

--------------------


enigmatic_girl

  • 22 may 2012 14:11
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
"""“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər.”"""

--------------------

Hilary Duff

  • 22 may 2012 13:56
  • Məqalə: 0
  • Şərh: 444
  • Bal:
{awards}
Tewekkurler...Alah razi olsun

Miss Lady

  • 22 may 2012 13:53
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN CANIM.COX SAGOL.

SU PƏRİSİ

  • 22 may 2012 13:40
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
Allah razi olsun twk..

--------------------

SeL_cAn

  • 22 may 2012 13:38
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}


Təvazökarlıq kamilliyin nişanəsidir.


ƏLLƏRİNİZƏ SAQLIQ


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

✰Dгeaм✰

  • 22 may 2012 13:37
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 37
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 107
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}