Son Sözü Demək Xəstəliyi

 
Son Sözü Demək Xəstəliyi

Ətrafınızdakı insanları bir neçə saat olsa belə müşahidə etsəniz, insanların böyük əksəriyyətinə hakim olan önəmli bir xüsusiyyəti görərsiniz: "Son sözü demək xəstəliyi"...

İnsanlardakı bu xəstəliyi görmək üçün mütləq çox əhəmiyyətli mövzulardan danışmaq lazım deyil. Bəzən dilə gətirilən bir xatirə, bəzən bir yemək tərifi, bəzən seyr edilən bir televiziya proqramı, bəzən yaşanan gündəlik bir hadisə, bəzən də oxunan adi bir qəzet xəbəri belə insanlardakı bu xəstəliyi ortaya çıxara bilər. Əlbəttə ki, bu qədər adi gündəlik söhbətlərdə belə bu rəftarı göstərən insan daha əhəmiyyətli və həyati mövzular olduqda belə son sözü özündən başqa heç kimə buraxmaz.

Bir çox insan özündəki bu vərdişi "şəxsiyyətli olmaq", "iştirakçı olmaq", "ağıllı hərəkət etmək", ya da "şəxsiyyətini ortaya qoymaq" kimi düşüncələrlə təyin edə bilər. Amma nə cür adlandırılırsa adlandırılsın, son sözü ifadə etmək vərdişi çox böyük çatışmamazlıqdır.
Üstəlik insan həqiqətən çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünə bilən biri ola bilər. Ancaq bütün bu şərtlər bir yerdə olsa belə insanın yalnız öz ağlına güvənməsi, öz dediyində israr etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir.

Əvvəlcə insanın hər nə olursa-olsun son sözü söyləmədən rahat ola bilməməsinin arxasında gizlənən duyğu "eqoizm", yəni "böyüklük" hissidir. Nəfslərindəki "hər kəsdən daha böyük olmaq istəyi" bu insanların ətrafdakı insanlar üzərində yalnız özlərinin söz sahibi olmağa çalışmasına səbəb olur. İstəyirlər ki, yalnız öz dedikləri olsun, hər bir hadisə onların təkliflərinə görə həll edilsin, hər kəs bu adamın doğru və səhvlərinə tabe olsun, hər kəsin ən çox hörmət etdiyi, etibar etdiyi şəxs özləri olsun. Bunun əksini edən biri olduqda isə eqoizm hissinə qapılan şəxslər bu adamın rəftarlarından son dərəcə narahat olurlar. Özləri kimi son sözü demək xəstəliyinə tutulmuş başqa bir adamla qarşılaşdıqları zaman isə, bu şəxsə ciddi şəkildə qarşı çıxır və qalib gəlmək istəyinə düşürlər.

Bir mövzuda üstünlük təmin edə bilmək, haqlı çıxa bilmək, öz fikirlərini qəbul etdirə bilmək və son sözü deyə bilmək üçün gözəl əxlaqa uyğun olmayan bir çox rəftar göstərməyi də nəzərə alırlar. Bəzən tərs davranışlar göstərərək, sərt üslublardan istifadə edərək, söz kəsərək, incidici və iynələyici sözlər söyləyərək, gözəl bir söhbəti mübahisəyə çevirərək, necə olursa olsun bu pis vərdişi davam etdirərlər.
Halbuki gözəl əxlaqlı insanın haqlı çıxmasındansa, əvvəlcə yanlarındakı Müsəlman qardaşlarına sevgiylə, hörmətlə, təvazökarlıqla, xoşgörüşlə yaxınlaşması, ən doğrunu özü bilsə belə mövzunu mütləq onların könüllərini alaraq, mehribanlıqla, onların razı qalacaqları şəkildə həll etməsidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolu var. İnsanın bütün bu gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə Quran əxlaqına uyğun deyil.

Bundan əlavə insanın hər zaman, hər mövzuda mütləq ən doğru olanı bilməsi çox çətindir. Hər insanın ətrafındakı insanlardan öyrənəcəyi, istifadə edəcəyi, fikir mübadiləsi aparacağı, nümunə götürəcəyi bir çox mövzu var. Bəzən bir nəfərin heç düşünə bilmədiyi detal, heç gözlənilməyən bir nəfərin ağlına gələ bilər. Allah hərəyə bir mövzunun fərqli cəhətlərini göstərib hər birinə fərqli üsullarla düşünmələrini ilham edə bilər.

Buna görə də insanın özündən başqa heç kimi söz sahibi qəbul etməməsi, özündən başqasının sözünü dinləməməsi və mövzuya nöqtə qoyanın həmişə yalnız özünün olmasını istəməsi məqbul qarşılana biləcək əxlaq deyil.

Allah Quranda, "elmini dilədiyi şəxsə verə biləcəyini" və "hər biləndən üstün bir bilən olduğunu" bildirmişdir:


... Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!. (Yusuf Surəsi, 76)

Quran əxlaqına uyğun olan, bir Müsəlmanın dünyanın ən ağıllı insanı olsa belə, yenə də mömin qardaşlarına qarşı təvazökar olmasıdır. Mömin ən yaxşı bildiyi bir mövzuda belə bu əxlaqın tələbi olaraq son sözü başqalarının öhdəsinə buraxmalı, hər kəsin fikirlərinə hörmət etməli, nəzakətlə və könül alaraq hərəkət etməlidir.
İnsan nə qədər özündən əmin olursa olsun, son sözü söyləmədiyi zaman o mövzuda çatışmamazlıq olmayacağını bilməlidir. Əgər mömin Allahın rizasına tabe olaraq gözəl əxlaq göstərirsə, Allahın onu hər zaman ən doğru olana yönəldəcəyindən və ona ən doğru olanı etdirəcəyindən əmin olmalı və heç vaxt şübhəyə düşməməlidir.

Allah Quranda möminlərə bu həqiqəti belə bildirmişdir:

Kafir olanlar: "Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?" – deyirlər. De: "Allah istədiyini sapdırır. Tövbə edən şəxsi isə Öz hidayətinə qovuşdurur". (Rad Surəsi, 27)


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:31
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
Allah Quranda, "elmini dilədiyi şəxsə verə biləcəyini" və "hər biləndən üstün bir bilən olduğunu" bildirmişdir:

LoVe_LiFe

  • 2 iyun 2012 00:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

faithful

  • 23 may 2012 13:42
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun

✰GlaMurKa✰

  • 23 may 2012 00:34
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

esi .i.

  • 22 may 2012 22:19
  • Məqalə: 9
  • Şərh: 1166
  • Bal:
{awards}
eladiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
iiiiiii

enigmatic_girl

  • 22 may 2012 20:42
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
belay maraqlidir))

--------------------

SU PƏRİSİ

  • 22 may 2012 20:02
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
... Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!. (Yusuf Surəsi, 76)

--------------------

nurlana77

  • 22 may 2012 18:46
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

oliviya

  • 22 may 2012 17:58
  • Məqalə: 0
  • Şərh: 381
  • Bal:
{awards}
duzdur gozel meqaledi

✰GoLd GirL✰

  • 22 may 2012 17:29
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun.........

... Deryam ...

  • 22 may 2012 17:13
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN çox gözəl məlumatlardı.
Bilmədiklərimi öyrənmiş oldum smile

--------------------

✰Dгeaм✰

  • 22 may 2012 16:06
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 73

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 717
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}