Dilində "Hüseyn!" nidası ilə gedən Zeynəb (s.ə)

 
Dilində "Hüseyn!" nidası ilə gedən Zeynəb (s.ə)

Dilində "Hüseyn!" nidası ilə gedən Zeynəb (s.ə)...

Həzrət Zeynəbin (s.ə.) vəfatı sadəcə bir dünyadan getmə deyil. Və inanc əhlinin daima bu vəfata önəm verməsi, dönə-dönə Kərbəla səhnəsinə qayıtmağı simvolizə edir. Aşura gününə dönüb dərs almaq deməkdir Həzrətin Zeynəb (s.ə.) vəfatını anmaq.
Artıq Kərbəla müsibəti sona çatmışdı. Əsir karvanına başçılıq edən Zeynəb (s.ə.) Peyğəmbər (s) şəhərinə - öz Mədinəsinə qayıdır. Əhli-beyti (ə) sevənlər şəhəri olub həmişə Mədinə. Kərbəla müsibətini unutmur Mədinə...

Tarixin axını baxımdan Kərbəla bitsə də, Xanımın (s.ə.) qəmləri, Xanımın (s.ə.) hüznü bitən deyil... Xanımın (s.ə.) hər ləhzəsi Kərbəladır, hər anı - Aşuradır...
Həzrət Zeynəbin (s.ə.) həyat yoldaşı Abdullah ibn Cəfər çox mömin bir insan idi və hər mənada sədaqət və səxavət daşıyıcısı idi. Dəyərli insan olan Abdullah insanlara əl tutmaqla tanınmışdı. Lakin Mədinədə iqtisadi durum ildən-ilə pisləşirdi. Abdullah ibn Cəfər görür ki, bir çox xeyriyyəçilik işləri ki, yükünü üzərinə götürmüşdür, artıq yerinə yetirilməmək təhlükəsi ilə üzləşmişdir. Bunları nəzərə alan Abdullah Şama köçür və burada kənd təsərrüfatı ilə məşğul olmağa başlayır. Həzrət Zeynəb (s.ə.) də həyat yoldaşı ilə Şama köçür və ömrünün qalan hissəsini burada yaşayır.
Günlər keçir və hüznlü məqam yetişir. Həzrət Zeynəbin (s.ə.) dünya ilə vidalaşmaq zamanı yetişir. Abdullah ibn Cəfər deyir ki, həyat yoldaşı bu məqamda ona müraciət edir və yatağını həyətdə, günəşin altında yerləşdirməyi xahiş edir. Abdullah eləcə də edir və Həzrət Zeynəbin (s.ə.) yatağını həyətə keçirir. Abdullah deyir: onu həyətdə yerləşdirdim və diqqət etdim ki, bir şeyi bağrına basıb və davamlı olaraq dodağının altında nə isə deyir. Yaxınlaşdım Xanıma (s.ə.) və gördüm ki, bağrına basdığı şey Kərbəladan yadigar qalan bir köynəkdir. Gördüm İmam Hüseynin (ə) qanlı və parə-parə olmuş köynəyini Xanım (s.ə.) öz mübarək əllərilə bağrına basır və davamlı olaraq deyir: Hüseyn!... Hüseyn!... Hüseyn!...
Həzrət Zeynəbin (s.ə.) dünyadan köçməsinin astanasında da o Həzrətin (s.ə.) dilindən İmam Hüseynin (s.ə.) adı düşmürdü. Və qızmar günəşin altında, Hüseynin (ə) qanlı köynəyi əlində Xanım (s.ə.) Kərbəlanı xatırlayır...

Dilində "Hüseyn!" nidası ilə gedən Zeynəb (s.ə)


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:34
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Hüseyn!... Hüseyn!... Hüseyn!...
Həzrət Zeynəbin (s.ə.) dünyadan köçməsinin astanasında da o Həzrətin (s.ə.) dilindən İmam Hüseynin (s.ə.) adı düşmürdü. Və qızmar günəşin altında, Hüseynin (ə) qanlı köynəyi əlində Xanım (s.ə.) Kərbəlanı xatırlayır...

B_A_H_A_R

  • 24 may 2012 14:54
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.HEQIQETEN HUSEYNIN SEVGISI HZ.ZEYNEBIN QELBINE ISLEMISDI.BELE SEVGI QISMET ETSIN REBBIM BIZE AMIN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✰GlaMurKa✰

  • 23 may 2012 01:13
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RZI OLSUN

✰GoLd GirL✰

  • 22 may 2012 18:34
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun..........

hasbi_kul

  • 22 may 2012 14:06
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Evvelce teşekkürler edirem yazınıza göre.....Sizde her mömin insan kimi Ehl-i Beyte olan sevginizi ve onların her birinin başina gelenlere garşı olan gelbinizdeki üzüntünüzü dile getirmisiniz....Onlarla eyni dünyanı,eyni atmosferi,eyni hissleri paylaşdıgınıza göre onların sevinclerini sevinciniz kederlerini kederiniz kimi görür ve hiss edirsiniz...Elbetde onlarla eyni dünyanı paylaşdıgdan sonra zaman ve mekanın ne fergi var ki...Ha 14 esr sonra ha azerbaycanda.....Onları seven ve onlarla dünyada eyni atmosferi yaşayan axiretde onlarla bir dirildilecekler.Meselen:Mehşerde Dinara baxıb deyeceklerki '' Bu Zeyneb(r.a) deyil amma Zeyneb(r.a) kimi...Bu Ali (r.a) deyil amma Ali(r.a) kimi....ve sair...Peygemberimiz (s.a.v) '' Kişi sevdiyi ile beraberdir'' buyurmakla bu kimi daha neçe hegigetlere işaret etmişdir...Ancak birşey varki Dinar xanim Onlara garşı olan sevgimiz ve üzüntülerimizin derecelerine çox digget elemeliyik.Yeni o böyüklerimizin her birine aid sevgimizin dereceleri ayrı-ayrı olmalıdır.Meselen Hz Hüseyne garşı olan sevgimizin derecesi Hz Ali'ye olan sevgimizin derecesini keçmemelidir...Hz Aliye olan sevgimizin derecesi ise Hz Muhammede (s.a.v) olan sevgimizin derecesini keçmemelidir..Hz Muhammede (s.a.v) olan sevgimizin derecesi ise Allaha garşı olan sevgimizin derecesini keçmemelidir...Yoxsa Allah gorusun dozalarını gaçırdıgımız bu sevgilerin neyinki faydası dünya geder zereri ola biler...Çünki bir növ sevgimizi kontrolsuzdugumuz üzünden içimizde hansısa bir yaralıdışı putlaşdırmiş olarık.Yeni bir növ şirke girmiş olarık.Xristiyanların Hz İsaya(a.s) olan ifrat sevgilerinden düştükleri şirkler kimi....Hz İsaya(a.s) olan sevgilerini o dereceye çıxartdilarki ona hem Allahın oglu kimi hem bir növ İlah kimi baxmaga başladılar...Estagfurlar! Hz İsa (a.s) sevilmesin demirem...Sadece insanlar arasında seçilen böyük peygamber kimi sevile biler...Ancak yene dediyim kimi Hz İsa'ya olan sevgimiz Hz Muhammede olan sevgini keçmemeli...Çünkü Efendimizin(s.a.v) megamına hec bir peygemberin megamı yetişe bilmir...Ona göre Peygemberimiz bir dünya geder menaları içine alan bu hedisi söyleyir: ''Kim meni yaradılan herşeyden çox sevmese (kamil) iman etmiş olmaz''......Ancak birşey daha varki bezen bütün bunları bildiyimiz halda yenede içimizde hisslerimizde doza gaçıtmaları yaşayırık....Yeni aglımız bildiyi halda derk etdiyimiz haldakı men filan şeyi filan şeyden daha çox sevmemeliyem yenede ixtiyarımız elinde olmur.İçimizdeki hisslerimiz illa da Filankesi sevirem ! deyir...Onda ne etmeliyik ki mesul olmayak! .....Ne ise uzun getdim...Bu hakda imkan olsa sonra.....Sizi çox yormamag üçün dayandım...Bagışlayın

SU PƏRİSİ

  • 22 may 2012 13:52
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
maraqli yazi idi....

--------------------

man-utd

  • 22 may 2012 13:10
  • Məqalə: 1
  • Şərh: 148
  • Bal:
{awards}
thankssssssssss

★Miss Love★

  • 22 may 2012 12:45
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli ve deуerli meqaleni bizimle paуlawdigin ucun cox sagol))

Miss Lady

  • 22 may 2012 12:42
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
ALLAH razi OLSUN canim SENDEN

SeL_cAn

  • 22 may 2012 12:29
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

Həzrət Zeynəbin (s.ə.) dünyadan köçməsinin astanasında da o Həzrətin (s.ə.) dilindən İmam Hüseynin (s.ə.) adı düşmürdü. Və qızmar günəşin altında, Hüseynin (ə) qanlı köynəyi əlində Xanım (s.ə.) Kərbəlanı xatırlayır...

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

ay seven ulduz

  • 22 may 2012 11:28
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
tewekkurler sagolun allah razi olsun

_RiHanNa_

  • 22 may 2012 10:43
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Çooox gözəl məqalədi..ALLAH RAZI OLSUN bacı)

enigmatic_girl

  • 22 may 2012 10:34
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hüseyn!... Hüseyn!... Hüseyn!... recourse

--------------------

✰Dгeaм✰

  • 22 may 2012 10:34
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}