Mənəviyyatımızda bəzək və bəzənmək

 
Mənəviyyatımızda bəzək və bəzənmək

İtidal dini olan, yəni hər şeydə orta yolu əsas götürən İslam, insanların yaratılışdan bəri onlarda mövcud olan xüsusiyyət və gözəlliklərini müəyyən hala çevirən bəzək-düzəyi, boyanmağı, taxılan bəzək əşyalarını və geyinməyi bəzi şərtlərə əməl etməklə mübah elan etmişdir. Ancaq fitrəti, yaradılış etibarı ilə verilmiş xüsusiyyət və çəkilləri dəyişdirmək mənasında bəzək, makyaj və plastik cərrahiyyəni qadağan etmiş, bunları şeytani hərəkətlər saymışdır, çünki şeytan belə demişdi: “Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!..” (“Nisa,” 4/119).

Yuxarıdakı ayədə işlədilən “Allahın yaratdıqlarını dəyişdirmək” ifadəsinin nə demək olduğu, hər halda başa düşülür. İndi isə ən geniş yayılmış bər-bəzək və sifəti, bədəni dəyişdirmə növlərini sırası ilə izah etməyə çalışaq:

Döymə vurdurmaq və dişlərin şəklini dəyişdirmək

Həzrəti- Peyğəmbər (sas.) bədəninə doymə vurduran və vurana, (normal) dişləri yonduraraq şəklini dəyişdirən və bunu etdirənə lənət etmişdir. (Müslim. “Libas,” 119; Buxari. “Libas,” 82-87.) Tibbi və estetik baxımdan normal olan dişləri dəbdə olan şəklə uyğunlaşdırmaq üçün sökdürüb təzədən düzəltdirmək caiz deyildir. İstər iynə batırmaqla açılan dəliklərə boyaq maddələri tökərək edilən döymə və istərsə də xarici mina qatını məhv edən dişləri seyrəkləşdirmə/yonma işinin sağlamlıq baxımından da zərərli olduğu məlumdur.

Estetik əməliyyat

Böyük məbləğdə pullar xərcləyib burun, çənə, sinə kimi bədən üzvlərinin şəklini dəyişdirməkdən ibarət olan estetik əməliyyat da yuxarıdakı ayə və hədislərdə bildirilən haram dairəsinə girir. Ancaq insanı alçaldan, cəmiyyət içərisində mənəvi olaraq işkəncə çəkməsinə səbəb olan bir anormallıq olarsa, bunu aradan qaldırmaq üçün müalicə xarakterində cərrahi müdaxilə edilə bilər. Yoxsa “bədənimin burası belə görünsün, orasını şişirdim, gözəl görünsün” məqsədi ilə etdirilən cərrahi əməliyyatlar əxlaqımıza ziddir. Peyğəmbərimiz (s.a.s.) gözəllik üçün dişlərini seyəkləşdirənləri lənətləmişdir. (Buxari. “Libas,” 82, 84; Müslim. “Libas,” 120.) Adı çəkilən hədisdə işlədilən “gözəllik üçün” ifadəsi bir ehtiyaca görə aparılan əməliyyatları istisna edir.

Qaş aldırmaq

Mənəvi qaynaqlarımıza görə qaş aldıranlar da lənətlənənlərə daxildirlər. (Əbu Davud. “Təraccül,” 5; Buxari. “Libas,” 82, 84; Müslim. “Libas,” 120.) Qaş aldırmaq xilqəti, yəni Allahın yaratmasını bəyənməmək deməkdir, buna görə edilir. Lakin qadının üzünün tüklərini təmizlətməsini bir çox mənəviyyatçılar əxlaqa zidd hesab etmirlər.

Qadınların və kişilərin insan saçından və ya süni saç taxmaları, parik qoymaları

Allah Rəsulunun (s.a.s.) qadağan etdiyi və lənətlədiyi şeylərdən biri də saçı tökülən və ya tökülməyən adamların başlarına başqalarının saçlarını (parik) qoymaları və ya bunları əkmələridir. Saç taxmaq və əkmək həm təbii şəkli dəyişdirmək, həm də qarşısındakını aldatmaq, ona gənc görünməkdir ki, İslam bunları xoş qarşılamamışdır.

Əsma binti Əbi Bəkrdən (r.a.) şöyle dediyi rəvayət edilmişdir.

Allah Rəsulunun (s.a.s.) yanına bir qadın gəldi və dedi:

- Ey Allahın Rəsulu! Gəlinlik yaşında bir qızım var. Qızam xəstəlik keçirdi və saçları töküldü. Ona saç taxımmı?

Rəsulullah belə buyurdu:

- Allah saç taxana və saç taxdırana lənət etsin. (Müslim: 3/1676.)

Cabir b. Abdillahdan (r.a.) da bu rəvayət edilir:

“Allah Rəsulu (s.a.s.) qadının başına (saç növü) bir şey taxdırmasını qadağan etdi.” (Müslim: 3/1679.)


Bunun nümunələrindən biri də bu gün parik olaraq bizə məlum olan şeydir.

Kişilərə (oğlanlara) ipək paltar və qızıl bəzək əşyaları qadağandır

Xalis saf ipək və ya tərkibinin çoxu ipək olan geyimlərlə qızıl bəzək əşyalarından istifaqdə etmək kişilərə haramdır. Həzrəti-Peyğəmbərimiz sağ əlinə ipəyi, sol əlinə qızılı alaraq: “bu ikisi ümmətimin kişilərinə haramdır,”-buyurmuşdur.

Qızıl və gümüşü qadının yalnız ziynət əşyası kimi istifadə etməsinə icazə verən İslamın kişilərə bunu haram elan etməsinin, əlbəttə, çox hikmətləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:

Bu iki mədən məhsulu və xüsusi ilə də qızıl, əsrlər boyu ya birbaşa pul kimi, yaxud da pul əvəzinə təminat olaraq istifadə edilmişdir. Buna görə də qızıl həmişə iqtisadiyyatda böyük rol oynamışdır. Buna görə də qızılın ziynət əşyası kimi işlədilməsi iqtisadiyyata böyük zərər vurar və bu gün də vurur. Çünki cəmiyyətin faydasına xidmət edəcək olan bir sərvət istifadəsiz qalır.

Bununla yanaşı, Allahın kişilər üçün uyğun gördüyü və yaratdığı fitrət və xarakter qızıl və ipəklə bəzənməyə möhtac və münasib deyildir. Ustəlik də üstə-başa, əl-ayağa, ev-eşiyə sərf edilən sərvətlər diqqət cəlb edir, qibtəyə, həsədə, paxıllığa səbəb olur. İslam insanın maddi həyatı ilə ruhi və mənəvi həyatı arasında ideal bir tarazlıq qurur. Maddi həyata bu qədər diqqət və əhəmiyyət vermək insanın mənəvi, ruhi həyatına zərər verməzmi?

Bir də qızılın kişilərə haram, gümüşün halal edilməsinin kişi və qadının yaradılış fərqləri ilə əlaqədar ola bilməzmi? Əlbəttə olar, qızılın, gümüşün insan orqanizminə təsiri haqqında tibb elminin əlində təkzibedilməz faktlar vardır. Gümüş qabdakı su ilə qızıl qabdakl suyun tərkibində bambaşqa dəyişikliklər baş verirsə, bədəninin yarıdan çoxu sudan ibarət olan (yaşa görə bu faiz dəyişdiyi üçün konkret rəqəm göstürü bilmirik) insana qızıl və gümüşün, qadına gümüşün, kişiyə qızılın hansı mənfi təsirlər göstərdiyini müəyyən etmək mümkündür. Amma nədənsə təbiblər bu barədə susmağa üstünlük verirlər.


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:32
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
Allah Rəsulu (s.a.s.) qadının başına (saç növü) bir şey taxdırmasını qadağan etdi.” (Müslim: 3/1679.)

LoVe_LiFe

  • 2 iyun 2012 00:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

faithful

  • 23 may 2012 13:45
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun

✰GlaMurKa✰

  • 23 may 2012 01:02
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

SU PƏRİSİ

  • 22 may 2012 20:05
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
TESSEKURLER........ love

--------------------

enigmatic_girl

  • 22 may 2012 18:34
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razi olsun bezilerini bilirdim.....

--------------------

✰GoLd GirL✰

  • 22 may 2012 17:59
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun.....

✰Dгeaм✰

  • 22 may 2012 16:01
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 45
Cəmi: 88

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 632
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}