Budapeşt haqqında nə bilirik ?

 
Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt
Budapeşt - Macarıstanın paytaxtı. Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb.

Tarix
E.ə. 1-ci əsrdə Budapeştin hazırda yerləşdiyi ərazidə ticarət və sənət mərkəzi olan Ak-İnk adlı kelt yaşayış məntəqəsi mövcud olmuş, romalıların gəlişindən sonra isə ərazi e.ə. 89-cu ildə Pannoniya əyalətinin tərkibinə daxil edilmişdir. 106-cı ildə Ak-İnkin adı Akvinkuma dəyişilmiş, şəhər isə əyalətin inzibati mərkəzinə çevrilmişdir. O zaman 20 min sakini olmuş şəhərdə Roma qarnizonu yerləşirdi. Sözügedən zaman dövründən qalmış ictimai binaların, evlərin, akvedukların xarabaları bu gün də görmək mümkündür. 4-cü əsrə qədər Akvinkum Yeni Pannoniyanın inzibati mərkəzi idi.

450-ci il üçün romalıların yerini hunlar və ostqotlar tutmuş, şəhər isə Hun imperiyasının mərkəzinə çevrilmişdir. Kiçik yaşayış məntəqəsi olmuş və Contra Aquincum ("Akvinkuma qarşı") adlanmış hazırkı Peştin əsası xan Krumun hakimiyyəti dövründə qoyulmuşdur. Macar tayfalarının Dunaya gəlməsi təxminən 895-ci ilə təsadüf edir. Adı adı ilk öncə Buda, sonradan isə Obudaya ("Köhnə Buda") dəyişilmiş Akvinkum Macarıstanın ilk siyasi mərkəzi olmuşdur. Yüz il bundan sonra burada macar dövləti elan edilmişdir. 1241-ci ildə baş vermiş monqol hücumun nəticəsi olaraq, Buda və Peşt dağıdılmışdır. Bundan sonra kral IV Bela Qala dağında Buda istehkamını tikdirmişdir. 1361-ci ildə Buda macar dövlətinin paytaxtına çevrildi. 1473-cü ildə burada ilk macar kitabı dərc olunmuşdur.

1541-ci ildə Buda və Peşt Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdur. Vilayətlərin birinin paytaxtına çevrilmiş şəhər tənəzzül etməkdə idi. Lakin 1686-cı ildə təxminən 40 gün sürən mühasirənin nəticəsi olaraq Buda qalasını türklərdən azad etmək mümkün oldu və şəhər Habsburq imperiyasının tərkibinə daxil oldu.

18-ci əsrdə ticarət mərkəzi kimi inkişaf etməyə başlayan Peştin əhalisi 1800-cü il üçün Budanın və Obudanın toplam əhalisindən çox idi. Sonrakı illərdə bu fərq yalnız artırdı. Üç şəhəri birləşdirməyə doğru ilk səylər 1848-1849-cu illərin inqilabı ilə bağlıdır. Lakin inqilabın məğlubiyyəti və Habsburqların restavrasiyası yenidən parçalanmaya gətirib çıxardı. Birləşmə 17 noyabr 1873-ci il tarixində baş verdi. 1900-cü ildə birləşmiş şəhərin əhalisi 730 min nəfər təşkil etmişdir. Bu zaman üçün Budapeştdə elektrik fənərlər (1873-cü ildən bəri), şəhər telefonu (1885), tramvay (1887) və kontinental Avropanın ilk metrosu (1896) istifadəyə verilmişdir. Macarıstan 1918-ci ildə respublikaya, 1919-cu ildə isə sovet respublikasına çevrilmişdir. Bundan sonra hakimiyyətə admiral Mikloş Horti gəlmişdir. Hortinin hakimiyyətdən kənarlaşdırılmasından sonra, 1944-cü ilin mart ayında Budapeşt alman qoşunları tərəfindən zəbt olunmuşdur. 1944-cü ilin sonunda şəhər Qırmızı Ordu tərəfindən 102 gün davam etmiş və 13 fevral 1945-ci il tarixində uğurla bitmiş mühasirəyə alınmışdır. Bununla belə, Budapeştin bütün körpüləri və binaların dörddə biri məhv olunmuşdur. İşğaldan öncə 250 min nəfər təşkil etmiş yəhudi əhalisinin böyük qismi holokostun nəticəsi olaraq qırılmışdır. Şəhərin bərpası 1960-cı illərədək davam etmişdir. 1956-cı ilin üsyanı zamanı şəhərə daxil olmuş sovet qoşunları kommunist rejiminin süqutuna qədər burada saxlanılmışdır.

2006-cı ilin 17-18 sentyabr tarixlərində Budapeştdə kütləvi etiraz aksiyaları baş vermişdir. Bunun səbəbi baş nazir Ferents Dürçanyın seçiciləri aldatma halını sübut edən audioyazıların üzə çıxması idi. 10 minə yaxın nümayişçi baş nazirin istefasını tələb edərək Budapeştin mərkəzində toplaşmışdır. İğtişaşlar Dürçanyın partiyasının tam məğlubiyyətə uğradığı 1 oktyabr seçkisinə qədər davam etmişdir.

Nəqliyyatı
Budapeştdə şəhərdə bütün nəqliyyat növləri (metro, tramvay, trolleybus, avtobus, şəhərətrafı elektrik qatarları) "BKV" adlanan qurumun nəzarətindədir və vahid nəqliyyat şəbəkəsi mövcuddur. Bu isə nəqliyyatın daha asan idarə olunması və onlayn təchizatının qurulması üçün çox əlverişlidir.


Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?

Budapeşt Haqqinda Ne Bilirik?


Geri dön

frog

  • 18 iyun 2012 10:51
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
GOZEL YERDIR...................

LoVe_LiFe

  • 2 iyun 2012 00:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE

SU PƏRİSİ

  • 22 may 2012 20:04
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
COX MARAQLİ İDİ.......... love

--------------------

nurlana77

  • 22 may 2012 19:10
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
aydaaa ne qewey yeriymiw... twkrler bilmirdim bu cur gozel yerdi

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

enigmatic_girl

  • 22 may 2012 18:39
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
bilmirdim tesekkur....

--------------------

✰GoLd GirL✰

  • 22 may 2012 17:42
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
super yere benzeyir........tesekkurler..........

✰GlaMurKa✰

  • 22 may 2012 17:03
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
hecne wink saka saka indi bildik tesekkurler canim

..:MeleK kiz:..

  • 22 may 2012 16:19
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
olmaq istiyrem yaya insallah

✰Dгeaм✰

  • 22 may 2012 16:02
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Macaristan wow.Gozel yere oxsayir.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}