"Apple" və "Samsung" şirkətlərinin rəhbərləri öz aralarında olan patent mübahisəsini həll etmək üçün bu gün görüşəcəklər.
Bu görüşün keçirilməsində məqsəd problemin məhkəmədən kənarda həll etməkdir.
Qeyd edək ki, "Apple" şirkəti "Samsung"-u patent hüququnu pozmaqda ittiham edir. "Apple" iddia edir ki, "Samsung" şirkəti "iPad" və "iPhone" modellərini kopyalayır və öz telefonlarında "Apple" şirkətinin icazəsi olmadan "iPhone" texnologiyalarından istifadə edir.
Bütün bu narazılıqlara baxmayaraq, bu iki şirkət yenə də partnyor olaraq qalırlar. Belə ki, "Samsung" şirkəti "Apple" avadanlıqları üçün yaddaş çipləri və displeylər istehsal edir.

Milli.Az