Rəhman və Rəhm olan Allahın adıyla

 
Rəhman və Rəhm olan Allahın adıyla

"Ər-Rəhman"

Rəhman və Rəhm olan Allahın adıyla...

Rəbbim,
Bu dünya qürbətində tək olarkən, ruhumda alovlar alovlanmışkən başqa çarəm yoxdu. Başqa bölgəm yox yox, başqa istiqamətim yox. Yaradanımsan, sənə gəlirəm. Sənə sığınıram. Çöllərdəyəm. Ruhumda damar damar çatlaqlarım var rəhmətinə möhtacam.Çöllərdə səni sayıqlayan bir məcnunum, Leylasını axtaran. Bütün çölləri , bütün dağları, bütün yoxuşları aşmaq diləyər könül dağım. Bir viranəyəm dil xanasında.
Səndən mərhəmət diləyirəm.
Özümü görürəm aynada. Min qəbiristanlıq var ürəyimin dərinliyində. Darı dünya kədərli, mən kədərliyəm. Pisliklər yeni saatını qurur yeni səhərlərə. Mən oyanıram. Ürəyimi açıram, əllərimi açıram ərzi səmaya...

Rəhman və rəhm olan Rəbbim,
Bu dünya qürbətində təkəm, sənə sığınıram...
Məni də qat sevdiklərinə.
Cənnətinə, rəhmətinə, mərhəmətinə...


Rəbbim,
Yağış yağmır artıq. Könül sahillərimiz quraq kərbəla kimi. Göllər quruyur, çöllər oyanıq. Həyat uğuldayır son nəfəs. Çox incitdik dünyanın xəritəsini. Bu yaşadığımız cümlə məxluqatın qarğışıdır. Əmanət idi bütün kainat. Bütün qərənfillər barışdı. Cənnətdən bir parça idi bütün uşaqlar, analar. Himayəçisiz sanaraq insanlığı, qəddar və ürəyi kor əllər yağmaladı dünya bağına. Dəhşət və hüzn yumağı qitələr, dənizlər, yorğun çaylar səndən himmət diləyər... Yanırıq rəbbim. Rəhm eylə. Sənin sonsuz mərhəmətin qucaqlasın bizi. Rəhmətinin sərhədi yox. Şəfqətinin dənizi böyük. Bizi də qat dənizinə.Ürəyimi qoyuram sənin göylərinə...

Rəhman və rəhm olan Rəbbim,
Bu dünya qürbətində təkəm, sənə sığınıram...
Məni də qat sevdiklərinə.
Cənnətinə, rəhmətinə, mərhəmətinə...

Rəbbim,
Dünya qoxularını üzərimdən silmək və bir şam zamanı gəlmək qapına. Sonsuz bir səcdəyə bağlanmaq. Əllərimi bağlasam, hüzurunda səcdəyə dayansam və donsam sonsuza qədər. Küləklərinə qarışmaq yarpaq kimi... Bu sevdanın xülyasındayam. Sinəmdə düyünlənilən sirlərimi həll etsəm. Dilə gəlsə günahlarım hüzurunda. Hüznüm sona çatsa. Sinəmə ilişdirdiyim adın xaricində yaddaşım unutsa bildiyim hər şeyi.Eşitməsəm, görməsəm, ilişməsəm yaşadığım heç bir şeyə. Mərhəmətin dərman qanayan ürəyimə. Sən Rəhmansan. Məni qoruyan, güdənsən. Məni tək və kimsəsiz buraxmayansan.Həmişə yanımdasan. Mənə məndən daha yaxınsan. Sonsuz mərhəmətinə sığınıram...

Rəhman və rəhm olan Rəbbim,
Bu dünya qürbətində təkəm, sənə sığınıram...
Məni də qat sevdiklərinə.
Cənnətinə, rəhmətinə, mərhəmətinə...


Rəbbim,
Sən Rəhmansan... Cümlə məxluqatı əhatə edənsən. Şəfqətdən ,mərhəmətdən, rəhmətdən, yaxşılıqdan gözəllikdən yana nə varsa selsə bil üstümüzə yağdıransan. İlıq mərhəmətin, ipəkdən şəfqətin, rəhmətin olmasa mən olmaram. İnsanlıq olmaz. Tufanım olar, tufanımız olar darı dünya. Bir qədim gerçəkdir sənə olan eşqim, eşqimiz.Talehim yanmaqsa illərcə yanaram. Ərimək diləyirəm atəşində pərvanə kimi. Bu könül sənsiz neyləsin nəfəs almağı. Yaşamağı. Ruhumun ünvanında sən varsan. Doxsan doqquz adın var. Həyatım talehin düzümündədir. Sahibimsən, əfəndim, sultanımsan. Sahib olmadığın heç bir şeyim yox...


Rəhman və rəhm olan Rəbbim,

Bu dünya qürbətində təkim, sənə sığınıram...
Məni də qat sevdiklərinə.
Cənnətinə, rəhmətinə, mərhəmətinə...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

☪SkAzKa KaVkAzA☪

  • 9 noyabr 2010 17:10
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Rəhman və rəhm olan Rəbbim,
Bu dünya qürbətində təkəm, sənə sığınıram...
Məni də qat sevdiklərinə.
Cənnətinə, rəhmətinə, mərhəmətinə...

Teshekkurler ela xeberdi

Yusif

  • 9 noyabr 2010 16:43
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Allahin eziz adlaridi Cox Gozel xeberdi

sevgi yalandir

  • 9 noyabr 2010 15:48
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}

Rəbbim,
Sən Rəhmansan... Cümlə məxluqatı əhatə edənsən. Şəfqətdən ,mərhəmətdən, rəhmətdən, yaxşılıqdan gözəllikdən yana nə varsa selsə bil üstümüzə yağdıransan. İlıq mərhəmətin, ipəkdən şəfqətin, rəhmətin olmasa mən olmaram. İnsanlıq olmaz. Tufanım olar, tufanımız olar darı dünya. Bir qədim gerçəkdir sənə olan eşqim, eşqimiz.Talehim yanmaqsa illərcə yanaram. Ərimək diləyirəm atəşində pərvanə kimi. Bu könül sənsiz neyləsin nəfəs almağı. Yaşamağı. Ruhumun ünvanında sən varsan. Doxsan doqquz adın var. Həyatım talehin düzümündədir. Sahibimsən, əfəndim, sultanımsan. Sahib olmadığın heç bir şeyim yox...


--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Just For Legend

  • 9 noyabr 2010 15:43
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
MINNETTARAM BELENDIM

--------------------

Ulya

  • 9 noyabr 2010 15:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.cox xosuma geldi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}