


Cahil ilə dost olma: Elm bilməz, mədəniyyət bilməz, söz bilməz; kədərlənərsən.
Hörmətsizlə dost olma: Üsul bilməz, ədəb bilməz, sərhəd bilməz; kədərlənərsən.
Ac gözlü ilə dost olma: İkram bilməz, qayda bilməz, doymaq bilməz kədərlənərsən,
Mədəniyyətsizlə dost olma: Yol bilməz, yördəm bilməz, qayda bilməz; kədərlənərsən.
Qürurluyla dost olma: Hal bilməz, əhval bilməz, könül bilməz; kədərlənərsən.
Çoxbilmişlə dost olma: Çox danışar, boş danışar, kəm danışar; kədərlənərsən.
Namərdlə dost olma: Mərdlik bilməz, ürək bilməz, dost bilməz; kədərlənərsən.
- Elm bil, mədəniyyət bil, söz bil.
- İkram bil, qayda bil, doyum bil.
- Üsul bil, ədəb bil, sərhəd bil.
- Yol bil, yördəm bil.
- Hal bil, əhval bil, könül bil.
- Çox danışma, boş danışma, kəm danışma.
- Mərd ol, ürəkli ol.
- Kimsənin ümidini qırma.
Sən səni bil; ömürün boyunca bu yetər sənə.




