Yalan nədir?

 
Yalan nədir?

Haqq-ədalət, doğruluq Allaha məxsusdur.
Fitnə-fəsad, yalan şeytana məxsusdur.


Hər kim Allah-təalanın haqq-ədalət xasiyyətindən istifadə edib, doğru danəşıb, dürüst davranarsa, həyat özü ona yaxşılıqlar bəxş edər, çətin işlərini asanlaşdırar.

Çünki işlərini haqla mayalandırıb.

Əks halda kim doğru sözünü və işini saxta yalana çevirib, şeytanın fitnə-fəsad xasiyyətindən istifadə edib, yalan danışarsa bütün işləri alt-üst olub ziyana uğrayar.

Çünki işlərini yalanla mayalandırıb. Yala-xeyir işləri çaxnaşdıran, çürüdən zay bir mayadır.

Yalan-gözəgörünməz külək kimi davalara səbəb olan silahdır.


O, yalnız zəif düşüncəli şəxslərlə ünsiyyətdə olur, tələshik və müvəqqəti fəsad törədə bilir.
Kölgə əşyanın üstünə müvəqqəti düşüb boş keçdiyi kimi, saxta yalanın fəsad kölgəsi də o cür boş keçir.

Yalanın qatili paklıq və doğruluqdur. Haqq-ədalət və doğruluq o qədər geniş və böyükdür ki, heç bir əşya tapılmaz ki, onun üstünü örtüb gizlətsin.
Yalnız yalan fəsad qalmaqalı ilə insanların başını qatır, ədalətin üstünə müvəqqəti kölgə salıb keçir.

Bu zaman böhtan, yalan, qarğış, qəhr-qəzəb insanları həyəcanlandırır, çaşqınlıqdan ədaləti müvəqqəti dərk edə bilmir.
Nəhayət, yalanın fəsad burulğanı kölgə kimi ötüb keçir, ədalət üzə çıxır.

Saxta yalan məhv olur, yalan danışan xar, ona inananlar isə peşman olurlar.
Bu peşmanlıq da gec olur, çünkü inciyən qəlblər inciyib, edilən günahlar nameyi əmələ yazılıb.
Edilən günahların bağışlanması isə Allahın rəhmətindən, bəndənin ibadətindən asılıdır.
Zəif ağaclar calanıb peyvənd edildiyi kimi, Allah-təala da zəif bəndələrinin günahlarını bağışlayır, şər əməllərini xeyrə calayıb ədalətə çevirir.

Ağacın yarpaq və sairə məhsulu öz dibinətökülüb, öz ətrafını çirkləndirdiyi kimi, dil-ağızın da ləyaqətsiz söz-söhbət məhsulu öz ətrafına yayılır, özünü şərafətsiz edib, ziyana uğradır.

Buna görə danışıq və davranışlarınızda diqqətli olun. Bütün işlərinizi Allaha həvalə edin.
Allaha sığının, Allaha pənah gətirin.Çünki hamının sahibi Allahdır!

Hədis

Həzrəti Mühəmməd(s.ə.s) peyğəmbəri öldürmək üçün düçmənlər onu axtarırdılar. Həzrətin ən yaxın əshabələrindən biri olan Səlman Farsi bu işdən xəbər tutub, Həzrəti gizlətmək üçün onu kisənin içinə qoyub aparırdı. Yolda bir nəfər ona rast gəlib soruşur:
- Ya Səlman, kisədə apardığın nədir?
- Səlman deyir: Həzrəti Peyğəmbərdir.
Səlman Həzrəti Peğəmbəri gizlətmək istədiyi evə gətirir, kisədən çıxarır. Həzrəti Peyğəmbər Səlmandan soruşur:
- Ya Səlman, məni buraya niyə gətirdin?
- Gizlətmək üçün
- Elə isə kisədə olduğumu niyə dedin?
- Səlman dedi:
- Allahın Peyğəmbərinə görə də olsa, yalan danışa bilmərəm.

Bu hədisdən ibrət almaq lazımdır. Belə ki, yalanın Cəhənnəm odu olduğunu bilən şəxs heç vaxt, heç kimə görə yalan danışmamalıdır...


Geri dön

frog

  • 22 iyun 2012 02:32
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN.................

✰GlaMurKa✰

  • 25 may 2012 01:29
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GoLd GirL✰

  • 23 may 2012 15:44
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.......

Miss Lady

  • 23 may 2012 14:04
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
cox sagol. wink beyendimmm

R.M Fanatı...

  • 23 may 2012 13:38
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
TEWEKKURLER.....

--------------------

tek dileyim

  • 23 may 2012 12:44
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
yalan danismaq gunahdir. amma bezen kimese komey ucun yalan danismali olursan. Allah komeymiz olsun

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

....::::INNA::::....

  • 23 may 2012 11:28
  • Məqalə: 3
  • Şərh: 201
  • Bal:
{awards}
ALLAH razi olsun
xebere gore minnetdaram

✰Dгeaм✰

  • 23 may 2012 10:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah insani yalan danismaqdan qorusun.Amin.Meqaleye goreAllah razi olsun.

enigmatic_girl

  • 23 may 2012 09:56
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler men yalan demirem ama yalan esitmek de istemirem biri yalan danisanda cox pis oluram beyendim meqaleni recourse

--------------------

Nako92

  • 23 may 2012 09:42
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
TSK XEBERE GORE

--------------------

AysU_DilarE

  • 23 may 2012 09:13
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Bu hədisdən ibrət almaq lazımdır. Belə ki, yalanın Cəhənnəm odu olduğunu bilən şəxs heç vaxt, heç kimə görə yalan danışmamalıdır...

mencede ama efsuski insanlar oyrewib yalana bezi insanlarin elinde su i4mek kimi birweydi yalan twkler xeber u4un

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}