Nə üçün?

 
Nə üçün?

NƏ ÜÇÜN ŞİƏLƏR SÜNNÜLƏRİN ƏKSİNƏ OLARAQ DƏSTƏMAZ ALARKƏN QOLLARINI AŞAĞIDAN YUXARIYA TƏRƏF DEYİL, YUXARIDAN AŞAĞI YUYUR VƏ AYAQLARINI YUMAQ ƏVƏZİNƏ ONLARA MƏSH ÇƏKİRLƏR?

Bildiyimiz kimi, dəstəmaz namazın müqəddimati işlərindən biridir. “Maidə” surəsində bu haqda buyurulur:

يَا اَيُّهَا الَّذينَ آمَنُوا اِذاقُمْتُمْ اِليَ الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ اَيْدِيَكُمْ اِليَ الْمَرافِقِ وَ امْسَحُوا بِرُوُوسِكُمْ وَ اَرْجُلَكُمْ اِليَ الْكَعْبَيْنِ

“Ey iman gətirənlər! Namaz üçün ayağa qalxdıqda, üzünüzü və əllərinizi - dirsəyə qədər - yuyun, başınıza və ayaqlarınıza kə`beynə qədər məsh edin.”


Birinci cümlədə “əydi” sözü işlənmişdir. Bu söz ərəb dilində “əl” sözünün cəm formasıdır. “Yəd” sözü ərəb dilində müxtəlif mə`nalarda işlədilir. Məsələn: bə`zi vaxtlar yalnız barmaqlara, bə`zi vaxtlar biləkdən barmaqlara qədər olan hissəyə, bə`zi vaxtlar dirsəkdən barmaqlara qədər yerə və bə`zi vaxtlar da çiyindən aşağıyə (qola) deyilir.

Digər tərəfdən dəstəmazda qolun dirsəkdən barmaqların ucunadək hissəsi yuyulmalı olduğundan, Qur`ani-kərim “iləl-mərafiq” sözünü bu üzvün nə qədər yuyulmasınıi tə`yin etmək üçün buyurmuşdur.

Deməli, “iləl-mərafiq” ifadəsindəki “ila” sözü qolun hansı istiqamətdə (yuxarıdan aşağı və ya əksinə) yuyulmasını deyil, yuyulacaq miqdarı tə`yin etmək üçündür. Çünki bir şeyin necə yuyulması xalq arasında olan adətə bağlıdır. Adətən təmizlik işlərində həmişə yuxarıdan aşağı istiqamətdə yuyurlar. Məsələnæ həkim xəstəyə, ayaqlarını dizə qədər yumasını göstəriş verdikdə onun ayaqlarını aşağıdan yuxarı deyil, əksinə yuxarıdan aşağıya tərəf yuyurlar. Elə buna görə də şiə məzhəbi dəstəmazda üz və əllərin yuxarıdan aşağı yuyulmasını göstəriş vermiş və bunun əksini düzgün bilməmişdir.

Dəstəmazda ayrı bir məsələ də ayaqlara məsh etməkdən ibarətdir. Şiə fiqhinə əsasən, dəstəmaz vaxtı ayaqları yumaq deyil, məsh çəkmək lazımdır. Onların dəlili də “Maidə” surəsinin 6-cı ayəsinin zahiri məfhumudur. Bu ayəyə əsasən dəstəmaz alan şəxs iki iş görməlidir: üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək. Bu mətləb ayədəki iki cümlənin müqayisəsindən başa düşülür:

1-Üzlərinizi və əllərinizi dirsəkdən yuyun.

2-Baş və ayaqlarınıza kə`bəynə qədər məsh çəkin.

Biz bu iki cümləni əvvəllər fiqhi hökmlərlə tanış olmayan ərəbdilli bir şəxsə göstərdikdə, şübhəsiz “bizim vəzifəmiz üzümüzü və əllərimizi yuyub, baş və ayaqlarımıza məsh etməkdir” deyə cavab verəcəkdir.

Ərəb qrammatikasına əsasən, “ərcüləkum” (ayaqlarınıza) sözü “və” bağlayıcısı vasitəsilə “birüusikum” (başlarınıza) kəlməsinə bağlanmalı və nəticədə ayaqlara məsh etmək mə`nası ifadə olunmalıdır.


Həmçinin (ayaqlarınız) sözünü heç vaxt “əydiyəkum” (qollarınız) sözünə aid edib ayaqları (məsh etmək əvəzinə) yumaq olmaz. Çünki belə halda mə`tuf (yə`ni “və ərcüləkum” kəlməsi) ilə mə`tufun-əleyh (yə`ni “və əydiyəkum” kəlməsi) arasında mö`tərizə cümləsi olan “fəmsəhu birüusiküm” gələcəkdir ki, bu da ərəb qrammatikasında düzgün bir ifadə olmayıb, mə`nanın tam dəyşməsinə səbəb olacaqdır. Həmçinin bu zəminədə “ərcüləkum” kəlməsini kəsrə və ya fəthə ilə oxumağın heç bir fərqi yoxdur: hər iki surətdə ərcüləkum” qollarınız, kəlməsi, “birüusikum” - başlarınız kəlməsinə bağlanacaq və təkcə onun zahirində ətf edildikdə onu məcrur, məhəllinə ətf (aid) etdikdə isə mənsub ediləcəkdir. Əhli-beyt ə-dan nəql olunmuş mö`təbər rəvayətlərə əsasən, dəstəmaz iki əməldən ibarətdir: “Ğəslətani” – iki üzvü yumaq və “məshətani” - iki üzvə məsh çəkmək. Həzrət İmam Baqir (ə) da Peyğəmbərin (s) necə dəstəmaz almasını nəql edərək o Həzrətin ayaqlarına məsh çəkməsindən xəbər verir.

Qeyd etmək lazımdır ki, dəstəmaz alarkən təkcə Əhli-beyt ¢ imamları ayaqlarına məsh çəkmir, həm də bir çox səhabələr və tabein bu nəzərdə olmuşdur. Lakin sonralar müəyyən səbəblərə əsasən, müsəlmanlar məsh etməyi yumaqla əvəz etmişlər. Bu haqda fiqhi kitablarda ətraflı mə`lumat qeyd olunmuşdur

Nə üçün?


Geri dön

frog

  • 22 iyun 2012 02:32
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN........

✰GlaMurKa✰

  • 25 may 2012 01:33
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GoLd GirL✰

  • 23 may 2012 17:01
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
Allah razi olsun..........

✰Dгeaм✰

  • 23 may 2012 10:38
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Allah razi olsun.

enigmatic_girl

  • 23 may 2012 09:51
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
maraqlidir en birinci suali bilmiridm oyrendim tesekkur

--------------------

_RiHanNa_

  • 23 may 2012 09:38
  • Məqalə: 84
  • Şərh: 1643
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacı)

Sakpayota

  • 23 may 2012 08:22
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
кто какими материалами пользуется для шумоизоляции автомобиля ?

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}