Kərbəla meydanının qadın qəhrəmanı

 
Kərbəla meydanının qadın qəhrəmanı


Kərbəla meydanının qadın qəhrəmanı
«Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim». Təkcə bu cümlə kifayətdir ki, onun müəllifininin adı tarixin qəhrəman şəxsiyyətləri ilə bir cərgədə qeyd edilsin. Və nə qədər qəribə də olsa aradan ötən 14 əsrlik dövr ərzində Kərbəla hadisəsinin mahiyyətini bu qədər lakonik şəkildə bəyan edəcək başqa cümlə söyləyən olmayıb. Kərbəla inqilabının dəqiq qiymətini verən, onun ilahi missiyasını bəyan edən bu ifadənin müəllifi Həzrət Zeynəb idi. Xanım Zeynəbin fədakarlığı, düşmən qarşısında sınmadan haqqı müdafiə etməsi əsrlər boyu davam edəcək Aşura inqilabı ənənəsinin əsasını qoydu.

Doktor Əli Şəriətinin Hz.Fatimə(s.ə) barəsində işlətdiyi cümləni Hz.Zeynəb(s.ə) haqqında da söyləmək olar. Hz.Zeynəbi(s.ə) bir cümlə ilə təqdim etmək üçün çoxlu ifadələr olsa da, onları bir yerdə cəmləmək olmur. Hz.Rəsuləllahın(s) nəvəsi, Hz.Əlinin(ə) və Hz.Fatimənin(s.ə) qızı, İmam Həsən(ə) və İmam Hüseynin(ə) bacısı Zeynəb. Ancaq bütün bu mübarək adlarla yanaşı, Hz.Zeynəb(s.ə) tarixə öz adını yazıb. Mübarizlik, əyilməzlik simvolu olan adını. Bu gün İslam tarixi ilə azacıq tanış olanlar Xanım Zeynəbi(s.ə) fədakarlıq, mübarizə nümunəsi kimi tanıyırlar. Təsadüfi deyil ki, Hz.Zeynəb(s.ə) adı çəkiləndə onun müqəddəs ailədən olmasından çox, Kərbəlada, Kufədə, Şamdakı qəhrəmanlıqları yada düşür. 14 əsr əvvələ nəzər saldıqda Kərbəla səhnəsində şəhid olmuş 72 müqəddəsin cəsədlərinin yanında əyilməz vücud gözə dəyir. Bu, dəhşətlər önündə əyilməyən, sınmayan, ölümün gözünə dik baxan, ancaq bildiyi, gördüyü, tanıdığı haqqı tərəddüd etmədən söyləyən ağ saçlı Zeynəbdir…

Kərbəla meydanının qadın qəhrəmanı

Atasının zinəti

Tarixin Zeynəbi Kubra tanıtdığı xanım Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Rəvayətə görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.

Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı…

Artıq o vaxt idi ki, Muhəmmədin(s) reyhanı İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı.

Kərbəla meydanının qadın qəhrəmanı

Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var

Neçə yüzilliklər keçəcəkdi və tarix yazanlar, Kərbəla vaqiəsini araşdıranlar bu cümləni işlədəcəkdilər: «Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var». İmam Hüseynin(ə) Kərbəlada qılınc gücünə qanla qırılacaq mübarizəsini Hz.Zeynəb(s.ə) fironların sarayında sözlə davam etdirəcəkdi. Amma hələ buna qədər çox hadisələr baş verəcəkdi. Tarix şahidlik edir ki, Aşura gününə qədər Xanım Zeynəb(s.ə) hər zaman qardaşının yanında olaraq ona mənəvi dəstək verir, karvandakı qadınlara rəhbərlik edirdi. Aşura günü İmam Hüseyn(ə) sonuncu dəfə bacısı ilə görüşərək ona son sözlərini dedikdən sonra qayıtmayacağı döyüşə yollanır…

Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim

Kərbəla Hz.Zeynəb(s.ə) üçün 7 qardaş, iki oğul, bir neçə qardaşoğlu və ümumilikdə 72 nəfər şəhidin itkisi demək idi. Amma bu itkilər Həzrət Fatimənin(s.ə) qızını sındıra bilmir. Düşərgə yandırılanda, qadınlar və uşaqlar əsir kimi Kufəyə aparılanda da Xanım Zeynəb(s.) özünü mətanətli aparır, köməksiz qadın və uşaqları himayə edirdi. Məhz onun təmkini və faciə qarşısında özünü itirməməsi səbəbindən şəhidlərin ailə üzvləri təhqir və alçaldılmalardan qorunur. Artıq missiya Həzrət Zeynəbindir(s.ə). Bundan sonrakı mübarizəni o davam etdirəcək. Mübarizə Əli(ə) övladlarının alın yazısıdır.

Bu da Kufə. Bir zamanlar atasının rəhbərlik etdiyi dövlətin paytaxtı indi Hz.Zeynəbi(s.ə) əsir kimi qarşılayır. Amma bu xatirələr, acı tale onu sındırmır. Kufəlilərə müraciət edərək onların dönüklüyünü, vəfasızlığını ən sərt şəkildə üzlərinə vurur. Yezidin Kufədəki valisi Übeydullah ibn Ziyad isə qazandığı «qələbəni» qeyd etmək üçün şəhər camaatını məscidə dəvət edir. Əksəriyyəti qadınlardan ibarət olan Kərbəla əsirlərini də bura gətirirlər. Məhz burada, ibn Ziyadın qarşısında Xanım Zeynəb(s.ə) özünün tarixi ifadəsini işlədir. Zəmanənin qəddar hökmdarının nümayəndəsi öz qələbəsini qeyd etmək, əsirləri alçaltmaq üçün şəhidləri təhqir edir, onları aşağılamağa çalışır. Bu həm də xeyirlə şərin qarşıdurması idi.

«Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhadətini əvvəldən müəyyən etmişdi. Onlar da itaət edib öz axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları Qiyamət günündə üzləşdirəcək, onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək». Zeynəbi Kubra(s.ə) bu ifadəni onun əzizlərini öldürmüş və qarşısında əsir kimi dayandığı şəxsin üzünə deyirdi. Bu sözlər indi yox, 7-ci əsrdə qəddar hakimiyyətin hökm sürdüyü bir dövrdə qadının dilindən söylənilirdi. Yenə də Əlinin(ə) övladı bəşəriyyətə mübarizə dərsi verirdi. Bu dəfə meydanda yox, zalım hökmdar qarşısında aparılan mübarizənin qəhrəmanı qadındır. Hz.Zeynəbin(s.ə) mübarizəsi Yezidin sarayında da davam edirdi. Kərbəla şəhidlərinin ailə üzvləri Şama - dövrün zalım hakimiyyətinin paytaxtına aparılır. Yezid qələbəsini əsirlərin qarşısında bayram etmək istəyirdi.


Kərbəla meydanının qadın qəhrəmanı


Geri dön

frog

  • 22 iyun 2012 02:38
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN...............

LoVe_LiFe

  • 1 iyun 2012 15:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GlaMurKa✰

  • 25 may 2012 01:10
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN CANIM

_favorit_arkadas

  • 23 may 2012 19:24
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun....

--------------------

enigmatic_girl

  • 23 may 2012 17:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm tesekkurler...

--------------------

esi .i.

  • 23 may 2012 17:58
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrr

✰Dгeaм✰

  • 23 may 2012 16:17
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

✰GoLd GirL✰

  • 23 may 2012 16:14
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}