Ey Musa! Mən Allaham və bəndələrdən üstünəm

 
Ey Musa! Mən Allaham və bəndələrdən üstünəm


Ey Musa! Mən Allaham və bəndələrdən üstünəm
Bəndələr məndən aşağıdır və hər biri qarşımda zəlildir. Nəfsini daim ittiham et (heç vaxt ona arxayın olma; qorx ki, səni aldadıb xoşbəxtliyini əlindən ala). Dininə münasibətdə övladına (da) e’timad göstərmə. Saleh insanları eynən sənin kimi sevən övlad istisnadır.

Tövhidə və Allahın aləmdə hakimiyyətinə e’tiqadın zəruriliyi
Minacatın bu hissəsində Allah-təala dörd mühüm məsələni bəyan edir:
Həqiqi tövhidə e’tiqad
Belə bir e’tiqada əsasən insan bütün işlərində Allahın iradə və tədbirinə istinad edir, Allahı bütün məxluqlardan üstün sayır. Aydındır ki, keçmiş qövmlərin bir çox büdrəmələrinin və fəsada uğramalarının qaynağı onların tövhidə e’tiqadsızlığı olmuşdur. Onlar Allaha inanmaqla yanaşı bütlərə də tapınmış, əksər işlərində onlara arxalanmışlar. Hətta bütlərə pərəstiş də olunmuşdur. Həmin qövmlər Allahı pərəstişə layiq bildikləri kimi Allahdan qeyrilərinin də müdiriyyət məqamını qəbul etmişlər. Bu cür büdrəmə bir çox e’tiqadi, əxlaqi və əməli fəsadların mənşəsidir.

Qur’an müşriklərin bütlərə e’tiqadı haqqında buyurur: “O kəslər ki, Allahın yerinə özlərinə dostlar seçdilər. (Bəhanə gətirdilər ki,) biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə pərəstiş edirik.”
Göründüyü kimi, müşriklər Allahı inkar etmirdilər. Onlar bütləri Allaha yaxınlaşmaq üçün vasitə sayır, onlara ibadət edirdilər. Başqa bir ayədə Allahdan qeyrisinə pərəstiş haqqında oxuyuruq: “Allahın yerinə elə şeylərə pərəstiş edirlər ki, həmin şeylərin onlara nə ziyanı var, nə də xeyiri. Deyirlər ki, bunlar Allah yanında bizim şəfaətçilərimizdir.

Ey Musa! Mən Allaham və bəndələrdən üstünəm

Sual: Müşriklərin bütlərin, bizim Allah övliyalarının şəfaətinə e’tiqadımız arasında nə kimi fərq var?
Cavab: Müşriklərin e’tiqadına əsasən şəfaətçi Allahın istəyindən asılı olmayaraq şəfaət verə bilər. Guya bütlər bilavasitə bağışlatdırmaq gücünə malikdir. Əslində isə şəfaətin qəbulu Allahın iradəsindən və şəfaətçinin ləyaqətindən asılıdır. Müşriklər inanırdılar ki, mələklər Allahın qızlarıdır və mələklərin timsalı saydıqları bütlərə pərəstiş edirdilər. Onlar bu yolla tanrılarının qızları qarşısında hörmət qazanmağa çalışır, bütlərin şəfaəti ilə cəhənnəmdən qurtulacaqlarına ümid edirdilər. Onların nəzərincə Allah şəfaəti qəbul etməyə məcburdur. Həqiqətdə belə bir şəfaət batil və şirkdir. Qanunun ziddinə şəfaət şəfaət yox, dəstəbazlıqdır. Belə bir şəfaətdə insanın ləyaqəti nəzərə alınmır. Guya bütün iş şəfaətçidən asılıdır. Müşriklər düşünürlər ki, Allah şəfaətçilərlə yaxınlığı və onlardan asılılığı səbəbindən şəfaəti qəbul etməyə məcburdur.
Amma tövhid inancına əsasən, bütün işlər Allahın istək və iradəsindən asılıdır. Həqiqi istiqlal yalnız Allaha aiddir. Allahdan savayı kimsədə tə’sir müstəqilliyi yoxdur. Həm od və su kimi təbii amillər, həm də peyğəmbərlər və imamlar kimi qeyri-təbii amillər Allahın iradəsinə bağlıdır. Demək, peyğəmbərlərin və övliyaların şəfaəti Allahın izni ilə baş tutur. Allahın izni olmadan şəfaətdən faydalanmaq mümkünsüzdür. Qur’anda oxuyuruq: “Onun izni olmadan hüzurunda şəfaət verən kimdir?!
Ölüləri diriltmək, kor gözə şəfa vermək yalnız Allahın izni və peyğəmbərə verdiyi qüdrətlə həyata keçən mö’cüzələrdir. Övliyalar Allahın nümayəndəsi olaraq Onun izni ilə mö’cüzələr göstərmişlər. Allahın hökmü olmadan kimsədə qeyri-təbii işlər görmək iqtidarı yoxdur. Bu səbəbdən də Allah-təala həzrət İsa haqqında buyurur: “Onu peyğəmbər olaraq Bəni-İsrailə doğru (göndərər və o deyər:) həqiqətən, mən sizin Rəbbiniz tərəfindən mö’cüzə gətirmişəm. Sizin üçün gildən quş şəkilli bir şey düzəldərəm, Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldaram, ölüləri dirildərəm. Sizə yediklərinizdən və ehtiyat saxladıqlarınızdan xəbər verərəm. Şübhəsiz, bunda sizin üçün ibrət var.
Peyğəmbərlər nəinki özbaşına şəfaət vermir, mö’cüzə göstərmir, hətta sözdə də Allahdan önə keçməyib Onun izni ilə danışırlar. Qur’anda buyurulur: “Danışıqda Ondan önə keçməzlər, onun göstərişi ilə iş görərlər.


Geri dön

LoVe_LiFe

  • 1 iyun 2012 15:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN

Leyla M_va

  • 30 may 2012 12:13
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
ALLAH sizden razi olsun

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

✰GlaMurKa✰

  • 25 may 2012 01:09
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLUN

frog

  • 24 may 2012 21:04
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
Sitat: angel00
Allah razi olsun.......

_favorit_arkadas

  • 23 may 2012 19:23
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun.....

--------------------

enigmatic_girl

  • 23 may 2012 17:59
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

esi .i.

  • 23 may 2012 17:57
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
xebere gore tesekkurler

-KoR-ReSSaM-

  • 23 may 2012 17:33
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------
sevgi :/

✰GoLd GirL✰

  • 23 may 2012 16:39
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.......

Deli urek

  • 23 may 2012 16:20
  • Məqalə: 0
  • Şərh: 73
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

✰Dгeaм✰

  • 23 may 2012 16:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

mi-ni

  • 23 may 2012 16:16
  • Məqalə: 10
  • Şərh: 80
  • Bal:
{awards}
ALLAH razi olsun.twk.

--------------------
Həyat: Sənin,olduğun,sənin varlığınla davam edən və sən,
olanda gözəl olan içində yaşadığımız qısa bir zaman...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 28

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}