[23.05.12] Gündəlik Qaynar Xəbərlər

 
[23.05.12] Gündəlik Qaynar Xəbərlər

23 May 2012 [13:23]
Paytaxtda küləkli hava şəraiti nə vaxtadək davam edəcək?


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Sabah əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.


23 May 2012 [11:15]
Azərbaycanda kimlərə əlavə məzuniyyət düşür?


Azərbaycan qanunvericiliyi iş stajına görə əlavə məzuniyyət günləri nəzərdə tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən bildiriblər.


"Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, işçilərin əmək stajına görə onlara əlavə məzuniyyət günləri verilir. İşçinin beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir, - deyə qurumdan bildiriblər. - Əmək stajına görə əlavə məzuniyyət pedaqoji və elmi fəaliyyətlə məşğul olanlara, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, teatr-tamaşa və digər analoji müəssisələrin əməkdaşlarına verilir".

Bundan başqa, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ var.


Milli.Az


Geri dön

frog

  • 19 iyun 2012 21:40
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS...........................................

LoVe_LiFe

  • 1 iyun 2012 17:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
sssuper tesekkurlerrr maraqli xeberlere gore

✰GlaMurKa✰

  • 24 may 2012 00:33
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
askim xeberlere gore tsk

_BiRiCiK_

  • 23 may 2012 20:36
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
ÇÇÇÇÇOOOOX TEWEKKUR

--------------------

Deniz

  • 23 may 2012 20:23
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Sitat: love me
Hemiseki kimi adamin elini yandiran ve isti-isti xeberlerdi.Tesekkurler.

Calisdim qaynar xeberleri tapim, verim size... wink
Sitat: solitary_girl
Oxudum canimm cox sagol =)

feel

Narka E-ZaDe

  • 23 may 2012 20:20
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Oxudum canimm cox sagol =)

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

✰Dгeaм✰

  • 23 may 2012 19:58
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hemiseki kimi adamin elini yandiran ve isti-isti xeberlerdi.Tesekkurler.

enigmatic_girl

  • 23 may 2012 19:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqli xeberlerdir))

--------------------

_favorit_arkadas

  • 23 may 2012 19:28
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
xəbər üçün çox sağol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}