Xoşbəxtlik həsrəti (7-ci hissə)

 
Xoşbəxtlik həsrəti (7-ci hissə)

-- Qızım, Vahid burda yazıb ki, mən daha burda qalacam. Və burdakı ailəm, uşaqlarım səndən dəyərlidir. Sən də tezliklə get atan evinə. Məni də unut.

Sevinc Zəminə xanımın "oxuduqlarına" inana bilmirdi. "Yəni Vahid belə yazıb?" Əvvəlcə heç etmədiyi bir zarafat kimi düşündü. Sonra bir an içində həyatı alt-üst oldu. Zəminə xanım ona həqiqəti dedi:

-- Bəli, Sevinc, Vahid 24 yaşında orda evlənmişdi. Nadejda adlı yoldaşı var. Mənə şəklini göndərmişdi. Mən də demişdim ki, rus-mus mənlik deyil. Öz millətimizdən olsun gəlinim. Bax onda o da acığıma evləndi. Sonra iki ekiz qızları oldu. Sveta, Sima -şirin baladılar. Albomda var ey şəkilləri. Dayan göstərim.

Zəminə xanım termoya yaxınlaşıb kiçik albom çıxartdı. Sevinc həmin albomu evi yığışdıranda görmüşdü. Amma heç zaman başqasına aid bir şeyə baxmadığı üçün, bu alboma da baxmamışdı. Amma halbuki, Zəminə xanım albomu göz qabağına qəsdən qoymuşdu ki, Sevinc görsün.

Zəminə xanım sanki qonşu oğlundan və qonşu qızından danışırmış kimi elə sakit və soyuq idi ki. Albomu da rahatlıqla açıb verdi Sevincin əlinə. Dedi:

-- Bax bu Nadejdadı. Toylarında çəkiblər.

Sevinc gəlinlik içində olan sarışın xanımı gördü. Vahidi də üzündə təbəssüm, əynində bəyliklə...

-- Bax bu da Nadejda ilə bal ayında olanda çəkdiriblər. Antalyaya getmişdilər.

Sevinc yenə Vahidin yanağındakı təbəssümü və Nadejdanı necə qucaqladığını gördü.

--Bax bu da ekiz nəvələrim. - Zəminə xanım elə ağız dolusu danışırdı ki, sanki qarşısındakı insan deyil, cansız əşyadır. Sevinc uşaqlara da baxdı. Bəli, şəkildəki uşaqlar Vahidə çox bənzəyidilər. Albom uşaqların doğum evində, 6 aylığında, bir yaşlarında, və başqa-başqa yerlərdə Vahidlə və Nadejda ilə birlikdə çəkilmiş şəkillər ilə dolu idi.

-- Yəni qızım, artıq özün də uşaq deyilsən. Başa düşürsən ki, Vahidim nə zamana kimi sonsuz biri ilə yaşamalıdır? Onun o Nadejdaya yenidən qayıtmasına sən səbəb oldun. Vaxtında uşaq versəydin ona, o da orda burda olmazdı.

İlk dəfə idi ki, Sevinc özündən çıxdı:

-- Necə yəni? Mənəm günahkar? Onun evli olduğunu gizlədən sizlər deyilsiz? Bu vaxta kimi məni fil qulağında yatızdıran, həkimə gedək deyəndə ağzımdan vuran siz deyildizmi? Kimdir burda günahkar olan? Bilirsiz nə var? Əgər Vahid kişi kimi o da xanımının yanında olsaydı, onda uşaq da olardı....

Yazan: Xəyalə Murad

İcazəsiz kopya edilməsi qadağandır!


Geri dön

frog

  • 16 iyun 2012 00:57
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
maraqli idi........................

✰GoLd GirL✰

  • 1 iyun 2012 16:56
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
ardina tez kecmeliyem......tesekkurelr.....

LoVe_LiFe

  • 1 iyun 2012 10:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox beyendim tesekkurler

_favorit_arkadas

  • 29 may 2012 15:03
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
sylvie,.........
.

--------------------

Yağmur_

  • 25 may 2012 16:06
  • Məqalə: 2
  • Şərh: 140
  • Bal:
{awards}
tesekkurler maraqli idi xais edirem ardini tez yazin

Aysel_

  • 25 may 2012 14:43
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler.. Xais edirem ardin tez yazin..

enigmatic_girl

  • 24 may 2012 15:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir)

--------------------

Mehri_94

  • 24 may 2012 09:55
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
tesekkurler maraqliydi

--------------------
R :love: M

INCI-INCI

  • 24 may 2012 07:56
  • Məqalə: 1
  • Şərh: 83
  • Bal:
{awards}
maraqli hekayedi...sag ol.

✰GlaMurKa✰

  • 23 may 2012 23:32
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurler

esi .i.

  • 23 may 2012 22:04
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

Rogue

  • 23 may 2012 21:53
  • Məqalə: 0
  • Şərh: 359
  • Bal:
{awards}
xosbextlik insanin oz elindedir sadece emel etmek lazim.

--------------------
kimlərsə mənim şəkillərimi yenə götürüb başqa saytlarda öz adlarıyla qoymasun söyüşüm pisdi !

....::::INNA::::....

  • 23 may 2012 21:45
  • Məqalə: 3
  • Şərh: 201
  • Bal:
{awards}
maraqli idi

C.I

  • 23 may 2012 21:34
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
tesekkur xebere gore...................

--------------------

✰Dгeaм✰

  • 23 may 2012 21:28
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox maraqli hekaye idi.Ardini tez gelsin.

sylvie

  • 23 may 2012 21:21
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
men evvlkileri tapa bilmirem

angelochik

  • 23 may 2012 21:20
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
aydasaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Niqul

  • 23 may 2012 21:15
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
COOOOOOOOX MARAQLIDI.BUTUN HISSELERI OXUMUSAM.VE ARDINI SEBIRSIZLIKLE GOZLEYIREM winked
YAZIQ SEVINC sad

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

★Miss Love★

  • 23 may 2012 21:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqlidir oxudum ardi тez gelsin...тewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}