Kompas Nədir?

 
Kompas Nədir?

Kompas — (italyanca com-passo- qövs yolu) fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazdır.

Tarixi

Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3-2-ci əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi. "Qayığ"ın bir ucu kürəyə, bir ucu isə oxa bənzəyirdi. 11-ci əsrdə isə Çində balıqvari kompas icad edildi. "Balıq" sərbəst şəkildə üzür və başı ilə istiqaməti göstərirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi.

Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi.

XII əsrin əvvəllərində Çin kompası Ərəbistana, XIII əsrin əvvəllərində isə Avropaya keçdi. Avropada isə Çin kompasından ilk istifadə edənlər italyanlar oldular. İtalyanlardan sonra Avropadakı başqa xalqlar da kompasdan istifadə etməyə başladılar.

XVI əsrin əvvəllərində italiyalı Flavio Coyya kompası təkmilləşdirdi. Coyya maqnitləşdirilmiş əqrəbi bir iynənin ucuna qoyaraq kağız dairənin mərkəzində yerləşdirdi, sonra da bu kağız dairəni 16 hissəyə, yəni, 16 rumba böldü (yeri gəlmişkən deyək ki, yunan dilində "rhombos" -"dairəvi hərəkət" deməkdir). Sonrakı illərdə rumbların sayı 16-dan 32-yə çatdırıldı. Bu sadə ixtira dənizçiliyin inkişafında çox böyük rol oynadı. Artıq dənizçilər uzaq və təhlükəli səfərlərə qorxmadan çıxmağa başladılar.

Sonralar kompas müxtəlif alimlər tərəfindən daha da təkmilləşdirildi. Bu gün istifadə etdiyimiz kompası isə ilk dəfə 1483-cü ildə portuqaliyalı Pyer Qarsia Ferdinand icad etdi. Maqnit kompaslarından başqa, ən çox istifadə edilən kompaslar isə hiroskopik və elektron kompaslardır.


Geri dön

---ANGELA---

  • 1 iyun 2012 21:56
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
BUNU BİLİRDİM TƏŞƏKÜRLƏR...

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Leyla M_va

  • 30 may 2012 11:55
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
Suuuuuuuuuuuuppppppppppeeeeeeeeeeeeerrrrrrrrrrrrrrrrr

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

LoVe_LiFe

  • 27 may 2012 18:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli meqaley gore twkler

Miss Lady

  • 24 may 2012 18:34
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
enigmatic_girl,
xexexe...aferinn.. qiz oo boyda cavab tapib suala sen 7sozle cavab verirsen..xexexe

enigmatic_girl

  • 24 may 2012 16:26
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
kompasss hmmmm cehetleri teyin etmek ucun cihaz)

--------------------

✰GoLd GirL✰

  • 24 may 2012 16:09
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
maraqlidir tesekkurler........

✰GlaMurKa✰

  • 24 may 2012 13:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqlidi tesekkurlerrr

★Miss Love★

  • 24 may 2012 13:12
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi biraz bilirdim bu hakda bilmediklerimide oуrendim cox sagol=)

SeL_cAn

  • 24 may 2012 13:05
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

winked
TƏŞƏKKÜRLƏR


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

nar_18

  • 24 may 2012 12:44
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli xeber idi teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

queen of sorrow

  • 24 may 2012 12:34
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
adiiiiiiiiiiiiiiiiii xeber wink

✰Dгeaм✰

  • 24 may 2012 11:42
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumat ucun tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}